Qərəzli müflisləşmə- Şirkət, yaxud sahibkar tərəfindən öz borcunu ödəməmək və maliyyə resurslarını gizlətmək üçün qəsdən elan edilən vəziyyət.
Qəti qiymət- Müqavilə, saziş bağlandığı, yaxud ikitərəfli razılaşma əldə edildiyi zaman təyin edilmiş və bunların qüvvədə olduğu müddətdə dəyişməyən qiymət.
Qəza- Əmlak və obyektin müxtəlif səbəblər üzündən sıradan çıxması, yaxud normal iş ahənginin pozulması.
Qısamüddətli dövr- İqtisadiyyatda müddəti bir il olan dövr.
Qısamüddətli proqnoz- Sosial, elmi-texniki, iqtisadi məsələlərlə bağlı, bir aydan bir ilə qədər olan müddət.
Qızıl- Əmtəə istehsalı şəraitində ümumi ekvivalent vəzifəsini yerinə yetirən xüsusi növ əmtəə.
Qızıl paritet – müxtəlif ölkələrin milli valyutaları arasındakı nisbət.
Qızıl təminatı– ölkənin Mərkəzi Bankının qızıl ehtiyatı.
Qızılın hərəkəti – qızılın ölkəyə axıb gəlməsi, yaxud xaricə axını.