|
|
səhifə | 116/161 | tarix | 28.04.2022 | ölçüsü | 0,93 Mb. | | #56523 | növü | Dərs |
| Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş
Kredit - Borc kapitalının hərəkət forması.
Kredit bazarı – Borc kapitalı bazarı.
Kredit siyasəti - Makroiqtisadi səviyyədə pul tədavülünün sabitliyini qoruyub saxlamaq, inflyasiyaya yol verməmək tədbirlərini həyata keçirmək.
Q
«Qaçaqmal» əmtəəsi - Dövlət sərhədindən gizli olaraq, gömrük nəzarətindən yayınmaqla keçirilmiş mal.
Qaçırılmış divident - Səhmlər üzrə vaxtaşırı ödənilməli olan dividentlərin alınmaması.
“Qadağanedici qiymət» - Əmtəə-xidmətə tələbin sıfıra bərabər olduğu qiymət.
Qadağan tarifi - Müxtəlif əmtəələrin ölkəyə gətirilməsi və aparılmasını məhdudlaşdırmaq məqsədilə tətbiq edilən yüksək gömrük tarifi.
Qanun – hadisə və proseslərdə ən mühüm, sabit, təkrar olunan səbəb-nəticə əlaqələrinin ifadəsidir.
Dostları ilə paylaş: |
|
|