|
|
səhifə | 139/161 | tarix | 28.04.2022 | ölçüsü | 0,93 Mb. | | #56523 | növü | Dərs |
| Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş
Real əmək haqqı - Pulla alınan (nominal) əmək haqqının yaşayış vasitələri və xidmətlərdə ifadəsi.
Real faiz norması - Ölkədə inflyasiyanın səviyyəsi nəzərə alınmaqla hesablanan faiz norması.
Real gəlir - Özünü konkret yaşayış vasitələrində əks etdirən əhalinin alıcılıq qabiliyyəti.
Real ümumi daxili məhsul - Müəyyən bir əvvəlki baza ilinin dəyişməz qiymətləri ilə hesablanan məhsul və xidmətlərin illik dəyərinin həcmi.
Renta - torpaq mülkiyyətindən istifadəyə görə mülkiyyətçinin əldə etdiyi gəlir.
Reklam - Şirkətlər tərəfindən alıcıların müxtəlif əmtəə-xidmətlərin keyfiyyəti, üstünlükləri, sərfəli qiymətləri haqqında məlumat çatdırmaq vasitəsi.
Dostları ilə paylaş: |
|
|