Revalvasiya - Milli valyuta məzənnəsinin başqa ölkələrin valyutalarına nisbətən rəsmi yüksəldilməsi.
Renovasiya- Fiziki və mənəvi cəhətdən aşınmış (köhnəlmiş) istehsal fondla-rının yeniləri ilə əvəzlənməsi.
Reeksport- Xaricdən gətirilmiş məhsulların emal olunmadan, başqa bir ölkəyə ixrac edilməsi.
Reket- Hədə-qorxu və şantaj yolu ilə başqasından pul alan şəxs, yaxud qrup.
Regional bazar- Müəyyən ərazini əhatə edən bazar.
Regional qiymətlər- Ayrı-ayrı region bazarlarında əmtəə və xidmətlər üçün formalaşan qiymətlər.
Rentabellik - Şirkətin və müəssisənin müəyyən vaxt (ay, il) ərzində istehsal fəaliyyətinin mənfəətliyini yaxud ziyanla işləməsini xarakterizə edən göstərici.
Resurs - Maddi nemətlərin istehsalı üçün insanların istifadə edə biləcəyi maddi, əmək və təbii sərvətlərin məcmusu.
Rəqabət- İqtisadi subyektlər arasında istehsal-xidmət dairəsi və satış bazarlarında üstünlük uğrunda mübarizə forması.