Sahibkarlıq inhisarı - Bazarda bir və ya bir neçə şirkətin eyni sahədə hökmranlığı.
SDV – Sərbəst dönərli valyuta.
Senoraj – dövlətin tədavüldə olan pul kütləsini artırması (emissiyası) əldə etdiyi gəlir.
Sertifikat- Məhsulun keyfiyyətini təsdıq edən sənəd.
Səhm- Səhmdar cəmiyyətinin Nizamnamə fonduna pul verdiyini və sahibinə səhmdar cəmiyyətinin mənfəətinin müəyyən hissəsini dividend şəklində almaq və cəmiyyətin idarə olunmasında iştirak hüquqi verən qiymətli kağız.
Səhmdar cəmiyyəti- Təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə, Nizamnamə fondunu səhmlər buraxmaq yolu ilə formalaşdıran fiziki və hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılmış cəmiyyət.