Səhmlərin nəzarət paketi- Səhmdar cəmiyyətinin bütün səhmlərinin yarıdan çoxunun (50% + 1) bir sahibin nəzarəti altında olması.
Səhm kapitalı - Səhmdar cəmiyyətinin bütün kapitalı.
Sənayeləşdirmə- Ölkədə maşınlı iri sənayenin yaradıl-ması və iqtisadiyyatın sənaye əsasları üzərinə keçirilib inkişaf etdirilməsi.
Sindikat - İnhisar forması olub, eyni təyinatlı əmtəələr istehsal edən şirkətlərin elə birliyidir ki, hazır məhsulların satışı ilə yaradılmış sindikat məşğul olunur.
Son hədd xərcləri - Məhsulun əlavə istehsal olunan hər vahidinə sərf olunan xərclərin kəmiyyəti.
Son hədd gəliri - əmtəə vahidinin satış həcminin artması nəticəsində əldə olunan əlavə gəlir.