Mühazirələr Müəllimlər: Babayev E. A, Rzayeva T.İ. Sumqayit 2020 f ə nnin m ə qs ə



Yüklə 131,33 Kb.
Pdf görüntüsü
səhifə29/43
tarix25.12.2023
ölçüsü131,33 Kb.
#196964
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   43
529-19.111

 
 
 
Birləşmələr və onların təsnifatı. 
İstənilən maşın və mexanizmlərin, qurğu və cihazların quruluşunu təhlil etsək, 
onların hissələrinin bir – biri ilə müxtəlif üsullarla birləşdiyini görərik. Bu 
birləşmələr funksional təyinatlarına görə söküləbilən və söküləbilməyən, eyni 
zamanda hərəkətli və hərəkətsiz olmaqla qruplara bölünür ( şəkil 1) 


Şəkil 1 
Məmulata daxil olan hissələrin bir – birindən zədələnmədən ayırmaq və 
yenidən yığmaq mümkün olan birləşmələrə söükləbilən birləşmələr deyili. 
Söküləbilən birləşmələrə yiv, işgil, şlis, çiv və s. aid edilir. 
Məmulata daxil olan hissələri ayırdıqda və ya yığdıqda, onların kontakt 
səthləri zədələnmə nəticəsində öz forma və ölçülərini dəyişirsə, belə birləşmələrə 
söküləbilməyən birləşmələr deyilir. Bu birləşmələrə lehim, qaynaq, pərçim, 
yapışqan və s. aiddir.
Hərəkətli birləşmələrdə yığıma daxil olan hissələr istismar zamanı bir – 
birinə nəzərən yerdəyişmə imkanına malik olur. Bu növ birləşmələrə misal olaraq 
sürət qutusunun şlisli valı üzərində oturdulmuş dişli çarxın ox boyu hərəkətini
oynaqlı birləşmələri göstərmək olar. 
Hərəkətsiz birləşmələrə qarşılıqlı əlaqədə olan hissələr yerdəyişməyə məruz 
qalmır.
Standartlaşdırılmış hissələrin və birləşmələrin təsvir olunma qaydaları 
Dövlət Standartları ilə müəyyən edilir. bu zaman onların çertyojlarının tərtib 
edilməsi və oxunması asanlaşır. Standartlaşdırma eyni zamanda hissələrin 
qarşılıqlı əvəz edilməsi üçün imkan yaradır.
 


Yivlər, elementləri və profilləri 
Düzbucaqlı üçbucağı diametri 
d
olan silindrə doladıqda, silindrin səthində 
üçbucağın hipotenuzu silindrik vint xətti cızır( bir şərtlə ki,dolanan katetin
uzunluğu πd olsun). Vint xətti boyunca hər hansı yastı fiquru, məsələn, 
üçbucaq,düzbucaqlı və s. hərəkət etdirsək, onda yiv alınar.
Həndəsi formasında (profilinə) görə üçbucaqlı, düzbucaqlı, trapesiya, dayaq və 
dairəvi yivlər olur.
Yivlərin əsas elementləri : 
d- xarici diametr 
d1- daxili diametr 
d2- orta diametr 
h- içşi hündürlük 
H – tam hündürlük
ɑ- profil bucağı 
S – addım adlanır. 
Addıma görə yivlər iri addımlı və xırda addımlı olur. Vint xəttinin qalxmasına 
görə sağ və sol yivlər vardır.
Yivlərin tipləri: 
1)
Metrik yivlər, ɑ=60 olur ( möhkəmliyi çoxdur) 
2)
Düyüm yivləri - ɑ=55 ( kipliyi çoxdur)
3)
Boru yivləri. Bu yivlər də düyüm (düymə) yivləri kimi olur, yalnız addımı 
daha da xırda olur və təpələri dəyirmilənir. 
Yivlər çertiyojda şərti təsvir olunur. Belə ki yivin çıxıntıları bütöv əsas xətlə, 
girintiləri isə bütöv nazik xətlə göstərilit. Yuxarıdakı çertyyojlarda xarici və daxili 
yivin necə şərti təsvir olunması verilib. 


Çertiyojda metrik yiv M hərfi ilə, düymə yivi isə düyümlə göstərilir. Məsələn, 
M20, M20* 1.5, 1/2´´ , və s. ( 1´´ = 25,4 mm ). Burada , 20 yivin xarici diametri 
(mm – lə ); 1,s – addımıdır (mm-lə). Addım göstərilmədikdə, deməli, yiv iri 
addımlıdır.
d= 4; 5; 6; (7) ; 8; (9); 10; 12; 14; 16; 18; 20; 22; 24; (25); 27; 30; 33;
36; 39; 42; 45; 48; 52; 56; 60; 64; 68; (70); 72/ 
S(iri) = 0,7; 0,3ı 1; (1); 1,25; (1,25); 1,5; 1,75 ; 2; 2; 2,5; 2,5; 2,5; 3; 3;
3,5; - ; 4; 4; 4,5; 4,5; 5; 5; 5,5; (5,3); 6; 6; (-) ; -;

Yüklə 131,33 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin