Qayka və şaybanın ölçüləri ilə çəkilməsi
.
Qayka – daxili silindrik səthində yivi olan standart məmulatdır. Təyinatından
və işlədiyi şəraitdən asılı olaraq qaykalar müxtəlif quruluşda hazırlanır.
Daha geniş altıüzlü qaykalar tətbiq edilir. Qaykanı çəkə bilmək üçün onun
yivinin xarici diametri (
d
) verilir. Göstərilən asılılıqlar əsasında əvvəlcə sadə
vurma əməliyyatı yerinə yetirilir və qaykanın qalan bütün ölçüləri tapılır.
Qaykanın üç görünüşdə çəkilməsi məsləhətdir: baş görünüş, üst görünüş və
yan görünüş. Üst görünüşdən başlamaq daha əlverişlidir.
D/2
radiusu ilə nazik
çevrə çəkilir və altı bərabər hissəyə bölünür, sonra düzgün altıüzlü çəkilir.
d
= ...........,
d
1
= 0.85 d ; D = 2d ; H= 0.8d ; S = 1.732d; R
1
= 1.5d ; R
2
= d ; x
= 0.25d
d
və
d
1
diametrləri əsasında daxili və xarici çevrələr çəkilir. Bundan sonra baş
görünüşü çəkmək olar. Əvvəlcə
H
məsafədə bir – birinə paralel olan iki xətt
çəkilr.
D
ölçülü dörd bərabər hissəyə bölünür.
R
1
radiusu ilə iki qövs çəkilir. Sonra
qurma ilə
R
radiuslu qövslərin mərkəzləri tapılır və qövslər çəkilir. Baş görünüşdə
30
0
– li faskalar ( haşiyələr ) göstərilir. Bundan sonra sol ( yan ) görünüş çəkilə
bilər ki, onun da çəkilmə qaydası şəkildə göstərilmişdir.
Bütün üç görünüşlər çəkildikdən sonra bütöv əsas xətlər qalınlaşdırılır və
lazımi ölçülər qoyulur. Bu zaman əlverişli miqyas 1: 1 – dir. Lakin ölçülərdən asılı
olaraq böyütmək və kiçiltmək olar.
Şayba birləşən hissələrin səthini zədələnmədən qorumaq,qayka tərəfindən
göstərilən təzyiqin hissənin səthində bərabər paylanmasını təmin etmək və dəyişən
yük altında işləyən yerlərdə öz – özünə açılmanın qarşısını almaq məqsədilə
istifadə edilir.
d = 4; 5; 6;7; 8;9;10; 12; 14; 16; 18; 20; 22; 24; 27; 30; 33;36; 39; 42; 45; 48;
52; 56; 60; 64; 68; 70; 72
Şaybada yiv yoxdur, lakin yivli detallarla birlikdə tətbiq edildiyi üçün, onlara
aid edilir. Şaybanın vəzifəsi əzilmə sahəsini artırmaqdır. Ən çox dairəvi yastı
şaybalar tətbiq edilir.
Şaybanı iki görünüşdə çəkmək kifayətdir. Qaykanın yivinin nominal – xarici
diametrinə ( d) görə kiçik hesablama aparılır. Sonra alınan ölçülər əsasında iki
görünüşdə şayba çəkilir.
|