Mühazirələr Müəllimlər: Babayev E. A, Rzayeva T.İ. Sumqayit 2020 f ə nnin m ə qs ə


Yığım çertyoju. Yəğma şertyojun elementlərinin ilkin tərtibi haqqında



Yüklə 131,33 Kb.
Pdf görüntüsü
səhifə33/43
tarix25.12.2023
ölçüsü131,33 Kb.
#196964
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   43
529-19.111

Yığım çertyoju. Yəğma şertyojun elementlərinin ilkin tərtibi haqqında 
məlumat
.
Yığma certyoju – məmulatın yığılması ( hazırlanması ) və nəzarəti üçün 
lazım olan təsvirləri və digər məlumatları verən sənəddir. Bütün növ məmulatların 


– maşın və avadanlıqlar, dəzgah və cihazlar, eləcə də gündəlik həyatımızla bağlı 
istifadə etdiyimiz texniki vasitələrə diqqət yetirsək görərik ki, onlar ayrı – ayrı 
hissələrin və onların bir – biri ilə müxtəlif üsulla birləşməsindən ibarətdir. 
Məmulat 
– müəssisə tərəfindən hazırlanan əşya və ya əşyalar yığımına 
deyilir.
Məmulat hissə, yığım vahidi və kompleks olmaqla təsnifatlanır.
Üzərində heç bir yığma əməliyyatı aparılmayan və bir adda materialdan 
hazırlanan məmulata hissə deyilir. 
İki və daha çox hissəsi istehlakçı tərəfindən yığılmış xüsusi məmulata yığım 
vahidi deyilir.
Komplek
s–istehsalçı müəssisə tərəfindən hazırlanan, lakin bir – biri ilə 
birləşdirilməyən yığım vahidləri ilə təchiz olan, qarşılıqlı şəkildə müəyyən 
funksiyanın icra etmək qabiliyyətinə malik məmulata deyilir. 
Komplekt – 
istehsalçı müəssisə tərəfindən hazırlanan, lakin bir – biri ilə 
birləşdirilməyən iki və ya daha çox məmulat olub, köməkçi təyinat daşıyan ümumi 
istismar təyinatlı məhsul yığımına deyilir. 
Məmulatı təşkil edən bütün hissələr və düyünlərin hazırlanması, nəzarəti, 
onların komplektləşdirilməsi və müəyyən tələbata uyğun quraşdırılıb şertyojda 
təsvir olunmasına yığım deyilir. 
Yığım şertyojunda təsvirlərdə məlumat və onu təşkil edən hissələrin tam aydın 
olması üçün kifayət qədər proyeksiyalar, kəsiklər, qoparmalar, əlavə görünüşlər 
verilmiş olmalıdır. 
Yığım çertyojundan adətən yeni maşın,mexanizm və qurğuların 
layihələndirilməsində, bəzən isə mövcud məmulatın istehsalının təmin etmək 
məqsədilə onların sürətindən ( naturasından ) istifadə edilir. 
Naturadan istifadə etməzdən əvvəl onun hissələri sökülməli, təhlili aparılmalı və 
konstruktiv xüsusiyyətləri araşdırılmalıdır. Sokülmə zamanı ardıcıllıqdan asılı 
olaraq hissələrin yığım sxemi tərtib olunur. Həmin sxemdə məmulatın adı və şərti 
indeks işarəsi göstərilir. 


Şəkildə kranın bir hissəsi olan istiqamətləndirici blokun təsviri sökülmüş 
vəziyyətdə verilib. Blokun gövdəsi ( 2 ) üzərində müstıqil diyircək yığımı 
yerləşdirilmişdir. Diyircəyin( 1) daxili səthində presləmə üsulu ilə oymaq(9) 
oturdulub. Diyircək yığımı istiqamətləndirici blokun oxu (5) üzərində sərbəst 
fırlanma hərəkəti edə bilir. Oxun hoizontal müstəvi boyunca yerdəyişməsinin 
qarşısını almaq məqsədilə onun bir tərəfində paz yuvasında yerləşdirilmiş planka 
(4) iki ədəd vint (7) vasitəsilə gövdəyə bərkidilmişdir. Gövdə dörd ədəd bolt (6) və 
qaykalar (8) vasitəsilə dayağa ( 3) bərkidilmişdir. 
Şəkil 1 
Şəkil 2 – də istiqamətləndiriciblokun yığım sxemi verilmişdir. Qrafik olaraq 
yığım sxemi yığma əməliyyatlarının hər bir mərhələsində, prosesdə iştirak edən 
düyün və hissələrin ardıcıl olaraq düzbucaqlılar şəklində təsvir olunmasıdır. Bu 


düzbucaqlıların ölçüləri çertyojun formatından asılı olaraq şərti qəbul olunur. Bu 
düzbucaqlıların ölçüləri çertyojun formatından asılı olaraq şərti qəbul olunur. 
onların içərisində hissələrin adları və şərti indeks işarəsi göstərilmişdir. Standart 
məmulatların adları ilə birlikdə ГОСТ nömrəsi və onun təsdiq olunduğu il 
göstərilməlidir. ГОСТ 2. 102 – 68 tələblərinə uyğun olaraq hər bir məmulat 
üçün müvafiq konstruktor sənədləri hazırlanmalıdır. Konstruktor sənədləri 
dedikdə, məmulatın quruluşunu, iş prinsipini və s. özündə tam əks etdirən 
çertyojlar, sxemlər, texniki şərtlər və təsnifat cədvəli ( spesifikasiya) nəzərdə 
tutulur. Yığım çertyoju dəstinə onun ümumi görünüşü, tərkibinə daxil olan bütün 
hissələrin şertyojları, eləcə də məmulatın yığılması və nəzarəti üçün sənədlər 
daxildir. 
Şəkil 2 
Yığımın ümumi görünüşü məmulatın konstruksiyasını, onun tərkibinə daxil 
olan hissə və düyünlərin bir – birinə nəzərən vəziyyətlərini müəyyən edən 
sənəddir. 


Təsnifat cədvəli əsas konstruktor sənədi olub yığım vahidinin, kompleks və 
komplektin tərkibini müəyyən edir. Təsnifat cədvəli ГОСТ 2.104 – 68 tələblərinə 
uyğun yerinə yetirilir. 
Aşağıdakı şəkillərdə istiqamətləndirici bloku təşkil edən hissələrin çertyojları 
göstərilmişdir.
Şəkil 3 də mövqe nömrəsi 2 olan gövdənin çertyoju üç proyeksiyada 
göstərilmişdir.
Şəkil 4 də mövqe nömrəsi 3 olan dayağın çertyju verilmişdir. 
Şəkil 5 – də mövqe nömrəsi 4 olan planka iki proyeksiyada verilmişdir.
şəkil 3 
Şəkil 6 – da mövqe nömrəsi 5 olan ox ba. Görünüşdə və mövqe nömrəsi 
4 olan plankanın yerləşəcəyi paz yuvasının formasını aydınlaşdıra biləcək A – 
A kəsimi verilmişdir. 
Şəkil 7 – də istiqamətləndirici blokun tərkibində müstəqil yığma vahidi 
olan liyinxək düyününün çertyoju verilmişdir. 
Şəkil 8 və 9 – da diyircək və oymağın çertyojları verilmişdir.


Şəkil 10 – da istiqamətləndirici blokun yığım çertyoju verilmişdir. 
Şəkil 4
Şəkil 5
şəkil 6 


Şəkil


Yığım çertyoju tərtib olunarkən aşağıdakı qaydalara riayət olunması tövsiyyə 
olunur. 
1.
Məmulatın təyinatı və iş prinsipi ilə tanış olmaq, onun hansı hissələrdən ibarət 
olduğunu təyin etmək, sökülmə və yığılma ardıcıllığını müəyyən etmək 
lazımdır. 
2.
Məmulatın işçi vəziyyətini nəzərə alaraq, yığım çertyojunun baş görünüşü 
seçilir. Baş görünüş məmulat və onun düyünləri haqqında mümkün qədər çox 
məlumat verməli, hissələrin qarşılıqlı əlaqələrini aydınlaşdırmalıdır. 
3.
Məmulatın formasının mürəkkəbliyindən asılı olaraq, yığım çertyojunun 
miqyası seçilir. İmkan daxilində miqyas 1 : 1 qəbul edilir.
4.
Yığım çertyijunda çəkiləcək hər bir təsvir üçün düzbucaqlı şəkildə sahə ayrılır 
ki, bu sahədə təsvirin simmetriya oxları çəkilir. Yadda saxlamaq lazımdır ki, 
ölçü xətləri, işarə və yazıları göstərmək üçün bu düzbucaqlılar arasında kifayət 
qədər məsafə olmalıdır. 


5.
əvvəcə məmulatın əsasını təşkil edən hissənin çertyoju çəkilir. Bunun üçün 
gövdənin eskizindən istifadə edilir. Qalan hissələrin təsvirləri yığmanın 
ardıcıllığından asılı olaraq, gövdənin təsvirləri üzərinə tədricən əlavə edilib 
çəkilməklə, yığımın çertyoju tərtib edilmiş olur.
6.
Qaynaqla birlədirilmiş hissələ yığım çertyojunda vahid bir detal kimi təsvir 
edilir.
7.
Yığım çertyojunda kəsiyə düşən detalların daxilində boşluq olmadıqda ( bolt, 
sancaq, val, ox və s. ), onlar kəsilmuş sahədə bütöv təsvir edilməlidir. 
8.
Yığım şertyojunda veilmiş kəsim və kəsiklər ştrixlənir.
9.
Yığım çertyojunda bir – biri ilə sərhəd olan iki detal müxtəlif istiqamətlərdə 
ştrixlənir. 

Yüklə 131,33 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin