Milli pedaqogikaya görə pedaqoji prosesin məqsədi.
Milli və ümumbəşəri dəyərlərə yiyələnmək yolu ilə Azərbaycanın dövlət müstəqilliyini, sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü qorumağa, respublikamızı inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir olan fəal vətəndaşlar yetişdirmək Azərbaycan Respublikasında pedaqoji prosesin ali məqsədidir. Ayrılıqda təlim də, tərbiyə də, təhsil də həmin məqsədə xidmət edir.
Azərbaycan xalqının indiki durumunda və hətta gələcəkdə respublikamızın dövlət müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını qorumağa, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirməyə xidmət edəcək biliklər, bacarıq və vərdişlər, habelə mənəvi keyfiyyətlər isə milli və ümumbəşəri dəyərlərin məzmununu təşkil edir.
Dostları ilə paylaş: |