Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4


Pedaqoji prosesin ictimai, tarixi və sinfi səciyyəli olması



Yüklə 0,54 Mb.
səhifə13/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   9   10   11   12   13   14   15   16   ...   185
Pedaqogika İMTAHAN

Pedaqoji prosesin ictimai, tarixi və sinfi səciyyəli olması.


Onun ictimai səciyyəsi. Pedaqoji proses bəşər cəmiyyətinin bütün mərhələlərinin zəruri funksiyalarından biri olmuşdur. İctimai-iqtisadi formasiyaların ilk mərhələsində də, sonrakı mərhələlərində də yaşlılar əxlaqi, fiziki, mənəvi, estetik və s. dəyərləri bu və ya digər formalarda gənc nəslə öyrətməyə çalışmışlar. Pedaqoji proses cəmiyyətin inkişaf mərhələlərinin ayrılmaz funksiyası olduğundan ictimai səciyyə daşıyır.

Pedaqoji prosesin tarixliyi. Pedaqoji proses cəmiyyətin yaranması və inkişafı ilə birlikdə yaranmış və inkişaf etməkdədir. Tərbiyə daim cərəyan edən zəruri prosesdir. N.Tusi haqlı olaraq yazırdı ki, tərbiyə insanla yaranmış, insanla davam edir və hər bir şəxs öldükdə o da yekunlaşır. Cəmiyyətin ehtiyaclarına uyğun olaraq pedaqoji prosesin məzmunu, təşkili formaları, üsulları və prinsipləri dəyişir. Məsələn, ibtidai icma zamanı qəbilələr halında yaşayan adamlar öz sosial təcrübələrini balıq tutanda, ov edəndə, meyvə yığanda, əməyin digər növlərində uşaqlara öyrətmişlər. Quldarlıq dövründə məktəblər açılmış, pedaqoji işlə məşğul olan xüsusi şəxslər meydana gəlmişdir və s. Deməli, pedaqoji prosesin məzmunu, təşkili formaları, üsulları ictimai-iqtisadi formasiyalardan asılı olaraq dəyişdiyindən tarixi səciyyə daşıyır.

Pedaqoji prosesin sinfiliyi. Sinifli cəmiyyətdə pedaqoji proses sinfi xarakter daşıyır. Sinifli cəmiyyətdə adamlar əsasən iki böyük qrupa parçalanır: fiziki əmək adamları və zehni əmək adamları. Bu fərq pedaqoji prosesdə də özünü göstərir. Varlıların uşaqları əsasən zehni əməyə, yoxsulların uşaqları isə əsasən fiziki əməyə istiqamətlənir.

Sosializm şəraitində pedaqoji proses ümumxalq səciyyəli olmuşdur. İndi Azərbaycanda pedaqoji prosesin ümumxalq səciyyəsi daşımasına, bütün siniflərin və təbəqələrin mənafeyinə xidmət etməsinə səy göstərilir. Bununla yanaşı, Azərbaycanda pedaqoji prosesdə sinfilik əlamətləri də görünür.

Deməli, maddi imkanlarla bağlı uşaqların fərqli təhsilə istiqamətlənmələri pedaqoji prosesin sinfi səciyyə daşıdığını göstərir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin