Tofiq Köçərli - 35 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Lakin elə bil bu yalanın, bu saxtakarlığın Azərbaycana heç bir dəxli yox imiş!
Azərbacandan çıxış edən heç bir kəs həmin məsələyə toxunmadı. Erməni yalanını
təkzib etməyə heç bir kəs heç bir şəkildə cəhd göstərmədi. Təkrar edirəm: heç bir
kəs!
Belə bir şəraitdə Đttifaq televiziya tamaşaçıları, geniş oxucu kütlələri,
Azərbaycan nümayəndələrinin heç bir etirazına səbəb olmayan erməni versiyasına
inanmalıydılar.
Đclas kəskin siyasi mübarizə və mübahisə meydanı idi. Fəqət Azərbaycan
rəhbərliyi mübarizədən də, mübahisədən də kənarda qalmışdı. Elə bil bunların
Azərbaycana heç bir dəxli yox imiş!
Đclasda Dağlıq Qarabağa dair bir sıra təkliflər irəli sürüldü. Lakin Azərbaycan
rəhbərliyi onların heç birinə münasibətini bildirmədi.
Nə idi o təkliflər?
- DQMV-ni Azərbaycanın tərkibindən çıxarmamaqla, Dağlıq Qarabağa
Sov.ĐKP MK, SSRĐ Ali Soveti Rəyasət Heyəti və SSRĐ Nazirlər Sovetinin
nümayəndələri təyin edilsin. (M.S. Qorbaçov);
- Prinsipial qərar qəbul edilənədək, Dağlıq Qarabağ müvəqqəti olaraq Đttifaq
orqanlarının idarəsinə verilsin (R.H.Həmzətov);
- DQMV müvəqqəti olaraq Đttifaq orqanlarına, yaxud RSFSR-ə tabe edilsin,
vilayətə mərkəzin xüsusi müvəkkilləri göndərilsin (S.Q.Arutyunyan).
Elə bil bu təkliflərin də Azərbaycana heç bir dəxli yox imiş.
Demək olmaz ki, Azərbaycan rəhbərliyi iclasa təkliflər «paketi»
hazırlamadan gedibmiş. Bir təklif və bir tələb orada səslənmişdi: Dağlıq Qarabağın
Ermənistana verilməsi haqqında Ermənistan SSR Ali Sovetinin 15 iyun 1989- cu
il tarixli qərarı rədd edilsin. DQMV-də «şuluqluğa və başqa hüquqa zidd
hərəkətlərə» son qoymaq üçün bütün lazımi tədbirlər görülsün.
SSRĐ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR və Ermənistan SSR
sərhədlərinin və konstitusiya əsasında müəyyənləşdirilmiş milli-ərazi bölgüsünün
dəyişdirilməsini qeyri-mümkün hesab etdi.