Tofiq Köçərli - 38 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Bu, məsələnin zahiri, lakin dərin siyasi-psixoloji təbliğatı yük daşıyan cəhəti
idi.
Məzmun və nəticə isə belə idi. «Dağlıq Qarabağın sosial-iqtisadi və mədəni
inkişafını sürətləndirmək üçün hər iki respublikanın (Azərbaycan və Ermənistan-
T.K) imkanlarından daha tam istifadə etməyə dair bir sıra əməli təkliflər
hazırlanmışdır» (birinci görüş haqqındakı məlumatdan).
Dünən mərkəz Ermənistana buna bənzər səlahiyyət vermişdi. Bu gün isə
Ermənistanın Dağlıq Qarabağda daha geniş əl-qol açmasına özümüz şərait
yaratdıq, Dağlıq Qarabağın inkişafını sürətləndirmək üçün Ermənistanın
imkanlarından «daha tam» istifadə olunmasının nə kimi təhlükəli nəticələrə gətirib
çaxaracağını düşünmədən, kor-korana bu işə rəvac verdik.
Nə üçün və hansı hüquqla Dağlıq Qarabağın inkişafı üçün Ermənistanın
imkanlarından «daha tam» istifadə olunmalıydı? Yaman aldanırdı Azərbaycan
rəhbərliyi. Yox, dalbadal aldadılırdı.
Azərbaycan üçün bir qəpiklik əhəmiyyəti olmayan, xalqın ləyaqətinə toxunan,
rəhbərliyimiz üçün isə aldadıcı və alçaldıcı olan görüşlər idi Stepanakertdəki
görüşlər!
Belə və digər düşünülməmiş addımlarla mövqelərimizi itirə-itirə, prinsipial
məsələlərdə əsassız güzəştlərə gedə-gedə Dağlıq Qarabağda Azərbaycanın suveren
hüquqlarını tamamilə itirməsi üçün əlverişli zəmin yarandı.
1989-cu ilin yanvarı gəldi. Yanvarın 12-də SSRĐ Ali Sovetinin Rəyasət Heyəti
Azərbaycan SSR və Ermənistan SSR partiya və sovet orqanlarının, habelə SSRĐ
Ali Soveti Millətlər Soveti Komissiyaının təkliflərini nəzərə alaraq Dağlıq
Qarabağın Azərbaycan SSR tərkibində Muxtar Vilayət Statusunu saxlamaqla,
DQMV-də müvəqqəti olaraq xüsusi idarə forması tətbiq etməyi məqsədəuyğun
bildi.
Dağlıq Qarabağ Muxtar Vilayəti Xüsusi Đdarə Komitəsi yaradıldı. A.
Volskinin sədrliyi altında. Həmin fərmanla Xüsusi Đdarə Komitəsi «bilavasitə SSRĐ ali dövlət hakimiyyəti və idarəçilik orqanlarına tabe edildi!