Tofiq Köçərli - 39 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Göründüyü kimi, həmin fərman Azərbaycan SSR və Ermənistan SSR partiya
və dövlət orqanlarnın təkliflərini nəzərə almaqla qəbul edilmişdi. Deməli,
Azərbaycanla Ermənistanın Dağlıq Qarabağ məsələsinin həllində bərabər əsaslarda
iştirakı qanuniləşdirilmişdi. Onların Dağlıq Qarabağa bərabər əsaslarda hüquqları
çatması və məsuliyyət daşıması artıq qanuniləşdirilmişdi.
Maraqlıdır, Azərbaycanın partiya və dövlət rəhbərliyi «bilavasitə» Moskvaya
tabe edilən Xüsusi Đdarə Komitəsi yaradılması təklifini nə ilə və necə
əsaslandırmışdı? Deyə bilmərik. Çünki əlimizdə sənəd yoxdur. Onu deyə bilərik ki,
xüsusi idarə formasının tətbiq edilməsi Azərbaycan rəhbərliyi üçün təslimçi və alçaldıcı bir akt idi. Azərbaycanın Dağlıq Qarabağda hakimiyyətinə son qoyulurdu. Rəhbərlik bir işdən razı qalmalıydı. Ona fərmanda təkcə bir tapşırıq
verilmişdi: fərmana müvafiq qərar qəbul etmək. Göstərişə dərhal və tərəddüdsüz
əməl edildi. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti cəmi bir cümlədən ibarət olan qərarla Dağlıq Qarabağda xüsusi idarə formasının yaradılması haqqında qərarı «bəyəndi və müdafiə etdi». Tələm-tələsik hazırlanıb yanvarın 13-də keçirilən partiya fəallar yığıncağı da
yekdillik göstərdi. Qeyd olundu ki, Dağlıq Qarabağın Azərbaycan tərkibində
statusunu saxlamaqla orada xüsusi idarə formasının yaradılması «indiki vəziyyətdə
ən ağıllı və düzgün qərardır». Bu qərar «iki respublikanın, Dağlıq Qarabağ
əhalisinin ümdə mənafelərinə tamamilə uyğundur».
Mən həmin fəallar yığıncağının iştirakçısı olmuşam. Ə.X.Vəzirov xüsusi idarə
fomasının yaradılmasını az qala fəxrlə elan etdi. Bu «şad» xəbərin alqışlarla
qarşılanması da (insafən, gur, sürəkli deyildi bu dəfə) yadımdadır. Bu da
yadımdadır: çıxış edənlərdən biri dedi ki, Xüsusi Đdarə Komitəsinin yaradılması ilə
Dağlıq Qarabağda bütün məsələlər həll olunur. Yenə də çəpik çalındı. Lakin arif
adamlar həmin anlarda öz aralarında pıçıldaşırdılar ki, çəpik çalmaq yox,
şadlanmaq yox, ağlamaq lazımdır: Dağlıq Qarabağda Azərbaycanın hakimiyyəti
tam itirilir, bu fərman-Dağlıq Qarabağı Azərbaycandan ayırmaq fərmanıdır,