Tofiq Köçərli - 41 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər siyasəti yeridən və Dağlıq Qarabağ hadisələrinin inkişafını uçuruma yönəldən bu
adama xalq deputatı mandatı vermək üçün, demək olar ki, dəridən-qabıqdan çıxdı.
Nəhayət, xalqın təzyiqi ilə sentyabrın 15-də Azərbaycan Ali Soveti DQMV
Xüsusi Đdarə Komitəsini ləğv etməyi qərara aldı. SSRĐ Ali Soveti noyabrın 28-də
«Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyəti normal hala salmaq tədbirləri
haqqında» qərar qəbul etdi. Bununla, açıq elan edilməsə də Dağlıq Qarabağ
məsələsində buraxılmış pinsipial xarakterli səhvlərin bir qismi düzəldildi:
- DQMV Xüsusi Đdarə Komitəsi buraxıldı;
- Dağlıq Qarabağ üzrə Azərbaycan Təşkilat Komitəsi yaradıldı.
Ermənistan rəhbərliyi SSRĐ Ali Sovetinin qərarına məhəl qoymadı və onu
rədd etdi. Bu qərarın, necə deyərlər, mürəkkəbi qurumamış-həmin il dekabrın 1-də
Ermənistan SSR Ali Soveti «Ermənistan SSR-ni və Dağlıq Qarabağı birləşdirmək
haqqında», 1990-cı il yanvarın 9-da isə DQMV-nin sosial-iqtisadi inkişaf planının
Ermənistan SSR-nin 1990-cı il üçün Dövlət planına daxil edilməsi haqqında
konstitusiyaya zidd qərarlar qəbul etdi.
Ermənistan SSR Ali Soveti SSRĐ Ali Sovetinin 28 noyabr tarixli qərarını
Dağlıq Qarabağın «zorla Azərbaycan SSR hakimiyyəti altına qaytarılması və vilayətin zorla onun tərkibində saxlanması, yeni anneksiya aktı» kimi qiymətləndirdi. Bu, siyasi baxımdan, artıq Đttifaq rəhbərliyinə, SSRĐ Ali Sovetinə açıq-aşkar
meydan oxumaq idi. Bu, həm də Azərbaycan əleyhinə kampaniyanın kulminasiya
nöqtəsi idi, Azərbaycana müharibə elan etmək demək idi.
Lakin qəbul etdiyi qərar bütün dünya qarşısında açıq, nümayişkaranə və
kobud şəkildə rədd edilən SSRĐ Ali Soveti susdu. Qorbaçov susdu. Dərhal qəti
tədbir görmək tələb olunduğu anda susdu, baş vermiş fövqəladə hadisəyə göz
yumdu. Yalnız 40 gündən sonra -1990-cı il yanvarın 10-da SSRĐ Ali Sovetinin
Rəyasət Heyəti Ermənistan aktlarının «SSRĐ konstitusiyasına uyğun gəlməməsi
haqqında» kəsərsiz bir qərar qəbul etdi.