Tofiq Köçərli - 40 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Azərbaycanın ümdə mənafelərinə «tamamilə uyğun» yox, tamamilə zidd
fərmandır.
Lakin pıçıldaşmalardan irəli gedə bilmədik. Ümumilikdə, aciz olduq, lal, kar
və kor qaldıq. Azərbaycanın suverenliyini kobud pozan qərara protestimizi açıq
bildirmədik, Azərbaycan rəhbərliyinin prinsipsizliyini açıq deyib pisləmədik. Buna
hünərimiz çatmadı.!!!
SSRĐ Ali Sovetinin qərar və fərmanında bizim üçün iki «təskinlik» var idi:
qərarda Dağlıq Qarabağın statusunun saxlanması ifadə olunurdu və fərmanın
adında Dağlıq Qarabağın Azərbaycana mənsubluğu qeyd edilirdi. Vəssalam! Belə
formal cəhətlər rəhbərliyin öyüməsi üçün əlverişli bayraq idi. Xalqı «sevindirmək»
və «sakitləşdirmək» üçün də həmçinin! Biz bu cür, gözdən pərdə asmaq hallarına
öyrəncəliyik. Min təəssüf!
Xüsusi idarə sisteminin tətbiqi Ermənistan rəhbərliyinin yeni müvəffəqiyyəti
idi. Həqiqətən, bu akt Ermənistanın «ümdə mənafelərinə tamamilə» uyğun idi.
Ermənistan rəhbərliyi Đttifaq və Azərbaycan rəhbərliklərinə minnətdar ola bilərdi: o
istədiyinə nail omuşdu. Dağlıq Qarabağı Azərbaycandan ayıran və Ermənistana
qovuşduran idarə üsulu yaradılmışdı.
Đnanılası deyil, lakin tarixi faktdır ki, 1989-cu il mayın 6-da SSRĐ hökuməti
Dağlıq Qarabağ iqtisadiyyatının Azərbaycan tabeçiliyindən çıxarılması haqqında
qərar qəbul edir. Tarixi faktdır ki, SSRĐ Dövlət Plan Komitəsi Azəbaycanı Dağlıq
Qarabağın inkişafını planlaşdırmaqdan kənarlaşdıraraq, bu işi öz əlinə alır.
Azərbaycan rəhbərliyi isə suveren hüquqlarının belə kobud şəkildə tapdalanmasına
dözür.
A. Volskinin DQMV-də fironluq etdiyi dövrü Dağlıq Qarabağı
Azərbaycandan tamamilə ayırmaq dövrü adlandırsaq səhv olmaz. Lakin
A.Volskinin özü üçün bu dövr hədər getmədi. O, Azərbaycandan… SSRĐ xalq
deputatı mandatı aldı. Azərbaycan rəhbərliyi, onu saya salmayan, onunla
hesablaşmayan, bəzi hallarda ona meydan oxuyan, ən başlıcası isə antiazərbaycan