Nqhq tikintisi və istismarı


Boruların anker qurğuları ilə bərkidilməsi



Yüklə 297,09 Kb.
səhifə27/30
tarix07.01.2024
ölçüsü297,09 Kb.
#211311
1   ...   22   23   24   25   26   27   28   29   30
C fakepathmühazir Tikinti-istismar

Boruların anker qurğuları ilə bərkidilməsi. Sualtına düzülmüş boruların üfüqi müstəvidə axın və dalğa qüvvələri nəticəsində üfüqi yerdəyişməsini məhdudlaşdırrmaq məqsədi ilə onlar anker qurğuları ilə dəniz dibinə bərkdilir. Çox geniş yayılmış boruların anker birləşməsi vintvari ankerlərlə bərkidilməsidir. Anker qurğularına düşən hesablanmış yük aşağıdakı düsturla hesablanır.

Z – anker qurğularında ankerlərin sayı, – qruntun ilişmə əmsalıdır, – bir vintvari ankerə 1-ci kateqoriyalı qrunta fırladılmış anker pərinin 6 dəfə diametrinin dərinliyində ankerin kritik yüklənməsi. – anker qurğusunun işləmə şəraitinin əmsalı (ankerlərin qruntdakı sayı olduqda 0.5, əgər olarsa 0.4 götürülür).
1 kat. Gil, gilciklər
2 kat. Xırda dənəli qum, orta və kipləşmiş az nəmlilikli, yarı möhkəm, bərk plastik gillər
3 kat. Orta və iri dənəli qumlar, su ilə doymuş qumlar, bərk gillər və gilciklər.
Ankerlərin diametrləri 100, 150, 200, 250, 300, 400, 500, 600. Digər növ ankerlər pnevmatik anker vuranlar vasitəsilə də həyata keçirilir. Ən çox istifadə olunan PZA-1 və PZA-2 qurğularıdır. Bu qurğular vasitəsilə 100–250 fırlanma momenti yaradılır. Bundan başqa dəniz dibinə vuruluraq quruntda açılan ankerlər də mövcuddur. Onların yük daşıma qabiliyyəti vintvari ankerlərdən üstündür.

Ş.29.2
2 müstəvidə pərlərinin açılması ilə işləyən ankerlər dartılma çıxarılma qüvvəsi 40 ton qüvvəni qarşılaya bilir. Belə ankerlər qrunta vibro zərbə endirən qurğular vasitəsilə yeridir, sonra anker 80 sm qaldırılır ki, bu zaman ankerin 2 mərtəbəsindəki pərlər açılır. Ankerin 80 sm qaldırılması borunun borunun su dibinə endirilməsi zamanı həyata keçirilir. AP401 ankerinin xarakteristikasını nəzərdən keçirək. Ankerin batırılma dərinliyi 5 m, pərlərinin toplam sahəsi 1 m2, pərlərin sayı 4, pərlərin maksimal açılma dərəcəsi 75 dərəcədir. Ankerin yük daşıma qabiliyyəti 40 ton qüvvədir.

№30. Boru kəmərlərinin üzmə qabiliyyətinin tənzimlənməsi və pantonların quruluşu.


Müəyyən dərinlikdə boru kəmərlərinin üzmə qabiliyyətinin tənzimlənməsinin təyini sualtı b/k-lərinin bu və ya digər çəkiliş üsullarında böyük əhəmiyyət kəsb edir. Sualtı b/k-ların dartılma üsulu ilə düzülməsində yüngülləşdirici pantonların istifadə edilməsi sualtı b/k-ların çəkilişini asanlaşdırır və düzüləcək boruların sayını artırmağa imkan verir. Boru kəmərlərinin dərin sularda düzülməsində müsbət üzmə qabiliyyətinə malik b/k-nın su altında qalmış hissəsinin müəyyənliyi quraşdırma işini asanlaşdırır. Düzülmüş b/k-ların çəkilərinin dəyişdirilməsi onların ballastlaşdırılması və ya yüngülləşdirici pantonlarla təchiz edilməsindən əldə edilir. Pantonların konstruksiyasında nəzərə alınan aşağıdakı şərtlər var: pantonlarının hazırlanma materialı möhkəmlik, sıxılmaq, uzun ömürlülük, kimyavi dayanıqlılıq, elastiklik xassələrinə malik olmalıdır. Panton hazırlanan materialın sıxlığı dəniz suyununkundan aşağı olmalıdır. Onun konstruktiv quruluşu müəyyən möhkəmlik və uzun ömürlülüyə cavab verməlidir. B/k-ların pantonlarla təchiz edilməsi boru düzən bərələrin boru düzmə prosesi ilə bərabər aparılmalıdır. Pantonlar b/k-ların üzərinə gərilmə zonasından sonra quraşdırılmasına başlanılır. Pantonlar elə qurulmalıdır ki, onlar b/k-nın endirmə qurğusunun diyircəklərinə maneə olmamalıdır. Pantonların bərkidilməsinə və açılmasına böyük tələblər qoyulur.
Panton sxemləri.

Ş.30.1
3) bərk penaplast, 4) nəfəs alan buy, 5) porşenli panton, 6) qabarcıqları qapalı, 7) üfürülən açıq, 8) üfürülən bağlı, 9) üfürülən ipli torlarla bağlanmış, 10) daxili borulu, 11) xarici borulu, 12) üzən qabıqlı.

Yüklə 297,09 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin