Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


VII Mövzu: Ş .İ.Xətai, Kişvəri və Həbibinin həyatı və



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   20   21   22   23   24   25   26   27   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

VII Mövzu:
Ş
.İ.Xətai, Kişvəri və Həbibinin həyatı və 
yaradıcılığı. 
Şah İsmayıl Xətai
(1487-1524). Həyatı, dövrü, mühiti və 
şəxsiyyəti. Görkəmli sərkərdə, hökmdar, dövlət xadimi və şair 
olması. Mənsub olduğu Səfəvilər nəsli haqqında məlumat. 
“Səfəviyyə” təriqəti, onun mahiyyəti və Səfəvilər dövlətinin 
yaranmasında rolu. Şiə-qızılbaş hərəkatı, onun əsas ideologiyası, 
mahiyyəti və Xətainin hakimiyyətə gəlməsində rolu. Səfəvi-
Qaraqoyunlu və Səfəvi-Ağqoyunlu münasibətləri. Xətainin 
babası Şeyx Cüneydin (1447-1460) və atası Şeyx Heydərin 
(1460-1488) hakimiyyət uğrunda mübarizələri və məğlub 
olmaları.
İsmayılın uşaqlığı. İsmayılın Gilan həyatı (1494-1499). Şiə-
qızılbaş müridlərinin köməyi ilə hakimiyyət uğrunda mübarizəyə 
başlaması (1499). Səfəvilər dövlətinin yaranması (1501). 
Xətainin başqa hərbi yürüşləri və qələbələri. Xətainin Osmanlı 
dövləti ilə münasibətləri. Sultan Səlimlə ixtilafları. Çaldıran 
döyüşü (1514, 23 avqust) və Xətainin məğlubiyyəti. Vəfatı və 
Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunması (1524).
Xətai elm, sənət və mədəniyyətin böyük hamisi kimi. Elm 
və sənət adamlarına qayğısı. Onun sarayında tez-tez şeir 
məclisləri keçirilməsi və şairlərə yaxşı münasibət göstərilməsi. 
Xətainin ana dilinə münasibəti. Azərbaycan ədəbi dilinin 
inkişafında Xətainin rolu və ədəbi dilimizin Xətai mərhələsi. 
Y a r a d ı c ı l ı ğ ı. Əsərləri: Azərbaycanca divanı,
“Dəhnamə” poeması. “Nəsihətnamə” məsnəvisi. Fars və ərəb 
dillərində şeirlər yazması. Xalq şeiri janrlarını (qoşma, gəraylı, 


34 
bayatı, varsağı) ilk dəfə divan ədəbiyyatına gətirməsi. Xalq şeiri 
janrlarından istifadə etməsinin səbəbləri. Qurbani, Miskin Abdal 
kimi xalq ədəbiyyatı nümayəndələrinə qayğı göstərməsi. 
Divan ədəbiyyatında istifadə etdiyi klassik ədəbiyyat 
janrları. Şeirlərinin mövzuca rəngarəngliyi və əsas mövzu dairəsi. 
Dini, sufi-mistik, ictimai-fəlsəfi, dünyəvi və əxlaqi-didaktik və s. 
mövzularda əsərlər yaratması. Şeirlərinin əsas ideya istiqamətləri. 
“Səfəviyyə” təriqətinin və şiə-qızılbaş ideologiya-sının bədii 
şəkildə təbliği. Xətai yaradıcılığında sufi-panteist görüşlər. 
Hürufiliyə rəğbəti və əsərlərində hürufi ideyalarının təzahürü. 
Nəsimi və Xətai. Xətainin bir şəxsiyyət kimi müqəddəsliyi, ilahi 
varlığın yer üzündəki təcəssümü olması barədə şiə-qızılbaş 
görüşləri və onun Xətai yaradıcılığında təzahürü. Müqəddəs dini 
şəxsiyyətlərin, xüsusilə imamların mədhi. 
Xətainin dünyəvi, ictimai-fəlsəfi və əxlaqi-didaktik şeirləri. 
Məhəbbət lirikası. Xətainin döyüşə çağırış ruhlu, qaziliyi, 
qəhrəmanlığı və bahadırlığı təbliğ edən şeirləri.
“Nəsihətnamə” sufi-panteist və əxlaqi-didaktik ideyaları 
bədii şəkildə ifadə və təbliğ edən məsnəvi kimi. Əsərin təlimi və 
tərbiyəvi əhəmiyyəti. 
“Dəhnamə” poeması. Əsərin mövzusu, süjeti, məzmunu və 
ideyası. Poemanın kompozisiyası, orijinallığı. Əsas obrazlar və 
onların səciyyəsi. Səbr və fədakarlığın tərənnümü. 
Xətai yaradıcılığının poetik məziyyətləri və sənətkarlıq 
sirləri. Dil və üslub xüsusiyyətləri. Sadəlik, aydınlıq, səmimilik, 
rəvanlıq və s. Xalq ədəbiyyatı üslubunda yazılmış şeirlərin daha 
çox sadəliyə malik olması. Xətainin həyatı və ədəbi irsinin 
öyrənilməsi, tədqiqi və nəşri sahəsində Azərbaycanda və xarici 
ölkələrdə görülən işlər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin