Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


VIII Mövzu: Məhəmməd Füzulinin həyatı və lirikası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   22   23   24   25   26   27   28   29   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

VIII Mövzu: Məhəmməd Füzulinin həyatı və lirikası
(1494-1556). Mövlana Molla Məhəmməd əbu Fəzli ibn 
Süleyman Füzuli Bağdadinin həyatı. Dövrü, mühiti, soyu, Bayat 
boyundan olması. Atasının vaxtilə Azərbaycandan İraqa getməsi 
barədə rəvayət. Oğlu Fəzli. Doğulduğu yerlə bağlı mübahisələr. 
Anadan olduğu və vəfat etdiyi tarix, həmçinin milli mənsubiyyəti 
ilə əlaqədar fikir ayrılıqları və bu faktın dəqiqləşdirilməsi. 
Şairin şəxsiyyəti. Dövrünün bir sıra elmlərinə yaxından 
bələd olması. Şiəliyi və məşğuliyyəti barədə fikirlər. Dinə və din 
xadimlərinə münasibəti, Xətaiyə, Sultan Süleymana münasibəti. 
Yaxın münasibətdə olduğu şəxslər. Təxəllüsü. Kərbəlada dəfn 
olunması və qəbri. Füzulinin həyat və şəxsiyyətinə aid 
məlumatların bizə gəlib çatmasında təzkirəçilərin rolu. Füzuli 
əsərlərində şairin həyatı və şəxsiyyəti ilə bağlı avtobioqrafik 
elementlər. 
Y a r a d ı c ı l ı ğ ı: Füzuli və sələfləri. Əsərləri: divanları- 
1.Azərbaycanca divanı; 2.Farsca divanı; 3.Qəsidələr divanı; 
“Leyli və Məcnun” poeması; alleqorik poemaları (“Bəngü-badə”, 
“Həft-cam”, “Söhbətül-əsmar”); nəsr əsərləri (“Rindü Zahid”, 
“Səhhət və mərəz”

“Hədiqətüs-süəda”, və mənsur məktubları); 
tərcüməsi (“Hədisi-ərbəin”); “Mətləül-etiqad”, “Ənisül-qəlb”. 
Füzulinin üç dildə – azərbaycanca, farsca və ərəbcə şeirlər 
yazması. İstifadə etdiyi janrlar, ədəbi formalar və bəhrlər. “Şahü 
gəda” adlı əsərinin olması barədə S.Əfşarın məlumatı.
Füzuli qüdrətli və bənzərsiz qəzəl şairi kimi. Şairin qəzələ 
münasibəti və qəzəl janrına üstünlük verməsinin səbəbi. “Qəlb 
şairi” olması. Füzuli yaradıcılığında kədər və onun bəşəri 
mahiyyəti. Həqiqi və məcazi eşq. İlahi eşqin Füzuli 
yaradıcılığında ifadəsi. Füzulinin təsəvvüf görüşləri və bunun 
bədii təzahür formaları. 


37 
Füzuli yaradıcılığında insan problemi. Humanizm. Füzuli 
əsərlərində ictimai motivlər. İctimai mühitə, feodal əsarətinə
qəsbkarlığa, zəmanəyə münasibət. Dövrandan və insanların 
etibarsızlığından şikayət. Riyakar din xadimlərinin tənqidi. 
Füzulinin qəsidələri. Qəsidələrin ayrıca divan təşkil etməsi 
və üç dildə yazılması. Qəsidələrin mövzu – məzmun və ideya 
xüsusiyyətləri. Mədhiyyələri, ürfani-fəlsəfi və dini-mənqəbəvi 
qəsidələri. 
“Ənisül-qəlb” ictimai-fəlsəfi qəsidənin gözəl 
nümunəsi kimi. Əsərin Xaqaniyə nəzirə kimi yazılması.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin