39
Y a r a d ı c ı l ı ğ ı. Azərbaycan
və fars dilində şeirlər
divanı yaratması. Hər iki divanın əlyazmasının Londonda
Britaniya muzeyində saxlanması. Divanın Ə.Səfərli
tərəfindən
Bakıda nəşri (1983). Xətaidən sonra divan ədəbiyyatında xalq
şeiri janrlarından istifadə edən ən qüdrətli şair olması.
Azərbaycanca divanında həm folklor janrlarından (qoşma,
gəraylı, bayatı), həm də klassik ədəbiyyatın forma və janrlarından
istifadə edilməsi. Şeirlərinin mövzu dairəsi və ideya-bədii
xüsusiyyətləri. Məhəbbət lirikası. Dini,
sufi-panteist, ictimai-
fəlsəfi və s. mövzularda şeirlər yazması. Mədhiyyələri.
Şiəliyin
bədii şəkildə təbliği.
Əmani Azərbaycan dilində mənzum hekayələr yazan ilk
sənətkar kimi. Mənzum hekayələrinin
tərbiyəvi-əxlaqi mahiyyəti
və ideya-bədii dəyəri.
M.Əmani şeirlərinin sənətkarlıq xüsusiyyətləri. Ə.Nəvai
yaradıcılığının və özbəkcənin dil və üslub xüsusiyyətlərinin
Əmani yaradıcılığına təsiri. Əmaninin həyat və yaradıcılığı ilə
bağlı məlumat və tədqiqatlar.
Dostları ilə paylaş: