Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   19   20   21   22   23   24   25   26   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

Şah Qasım Ənvar
(1356-1434)
. Seyid Müinəddin Əli ibn 
Nasir Qasım Ənvarın həyatı. Səvəfiyyə təriqəti ilə bağlılığı. 
Gilana, Xorasana, Türküstana və s. yerlərə getməsi və bu 
səyahətin səbəbləri. Herata gəlib bir müddət orada yaşaması. 
Təriqət mürşidi kimi böyük hörmət və nüfuza malik olması. Yeni 
xanəgah (təriqət icması) yaratması. Hürufilərin (Əhməd Lurun), 
Teymuri hökmdarı Şahruxa qəsdindən sonra (1426) şübhəli şəxs 
kimi Heratdan Səmərqəndə sürgün edilməsi. Vəfatı. Ə.Nəvainin 
onun qəbri üzərində məqbərə tikdirməsi (1488). Orta əsrə aid 
qaynaqlarda Qasım Ənvarın həmişə diqqət mərkəzində olması. 
Y a r a d ı c ı l ı ğ ı. İki dildə – Azərbaycan və fars 
dillərində şeirlər yaratması. Əsərləri: lirik şeirlər divanı, “Ənisül-
arifin” (“Ariflərin dostu”), “Məqamət-ül arifin” (“Ariflərin 
məqamı”), “Təvəccehnamə”, “Sual-cavab” və s. Farcsa divanının 
S.Nəfisi tərəfindən nəşri.
Qasım Ənvar ürfani-fəlsəfi poeziyanın görkəmli nüma-
yəndəsi kimi. Yaradıcılığında sufi-panteist ideyaların aparıcı rol 
oynaması. Hürufiliyə rəğbəti. Dünyəvi ruhlu şeirləri. Sənai, 
Nizami, M.Şəbüstəri, Nəsimi və s. kimi klassiklərin Q.Ənvər 
yaradıcılığına təsiri. 
“Ənisül-arifin” əxlaqi-didaktik poemanın dəyərli nümunəsi 
kimi. Əsərdə təriqət ideyalarının təbliği. 
Q.Ənvər irsinin tədqiq və nəşri sahəsində görülən işlər və 
bunların azlığı. 
Mirzə Cahanşah Həqiqi
(1405-1467). Dövrü və ictimai 
mühiti. Həyatı. Mənsub olduğu Qaraqoyunlular sülaləsi. Həqiqi 
hökmdar oğlu kimi. Uşaqlığı və gəncliyi. Hakimiyyət illəri 
(1436-1467). Qardaşları və oğlanları ilə münasibətləri. Həqiqi 
dövründə Qaraqoyunlular dövlətinin, sərhədlərinin daha da 
genişlənməsi. İctimai-siyasi sabitlik. Mədəni və iqtisadi-təsərrüfat 
həyatının yüksəlişi. Həqiqinin Ağqoyunlu Uzun Həsənlə döyüşü 
və öldürülməsi (1467). 
Y a r a d ı c ı l ı ğ ı. Azərbaycan və fars dillərində şeirlər 
yazması. Divanının London və Matenedaran nüsxələri. 


33 
Azərbaycanca divanının nəşri (1966, 1986, 2006). Qəzəl və rübai 
janrlarından daha çox istifadə etməsi. Yaradıcılığında təriqət 
meylləri. Sufi və hürufi ideyalarının bədii əksi. Dünyəvi ruhlu 
şeirləri. Həqiqi poeziyasında səmimilik, aydınlıq, ürəyəyatımlılıq. 
Həyatsevərliyin, dostluğun, sədaqətin, ləyaqət və kamalın, 
dünyəvi gözəlliyin, maddi zövq və səfanın tərənnümü. Şairin 
məhəbbət lirikası. Həqiqi poeziyasının sənətkarlıq xüsusiyyətləri. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin