Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


V Mövzu: Əbdürrəhim bəy Haqverdiyevin tənqidi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   45   46   47   48   49   50   51   52   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

V Mövzu:
Əbdürrəhim bəy Haqverdiyevin tənqidi 
realist yaradıcılığı. 
Yaradıcılığının ikinci dövründə Ə.Haq-
verdiyev satirik- yumoristik nəsr ustası kimi. “Molla Nəsrəddin” 
jurnalında nəşr etdirdiyi əsərlər. “Xortdanın cəhənnəm 
məktubları”, “Mozalan bəyin səyahətnaməsi”, “Marallarım” 
silsilələrində həyat hadisələrinə satirik-tənqidi münasibət. 
Haqverdiyevin 
yaradıcılıq metodunun təkamülü. Satirik 
hekayələri tənqidi realizmin nümunəsi kimi.
 
Ə.Haqverdiyevin sovet dövrü yaradıcılığı haqqında qısa 
xülasə. 
VI Mövzu:
Sultan Məcid Qənizadənin həyatı və 
yaradıcılığı. 
Həyatı. Təhsili. Milli maarifçilik hərəkatında 
iştirakı. Pedaqoji təmayüllü əsərləri. 
 
Bədii yaradıcılığı. “Tülkü və Caq-caq bəy” ilk uğurlu 
bədii əsəri kimi. Əsərin milli uşaq ədəbiyyatı tarixində yeri. 
Folklor süjetinə müəllifin yaradıcı münasibəti.
“Məktubatı- Şeyda bəy Şirvani” dilogiyası. Əsər 
S.M.Qənizadənin maarifçi dünyagörüşünün bədii ifadəsi kimi. 
Dini inanc sənətkarın dünyagörüşünün dominantlarından biri 
kimi. Dilogiyanın birinci və ikinci hissələrində süjetin hərəkətinin 
qəhrəmanın dini inancından güc alması. “Müəllimlər iftixarı”nda 
bədiliyi şərtləndirən xüsusiyyətlər. Dilogiyanın ikinci hissəsinin 
süjetini təşkil edən əhvalat. Struktur baxımından birinci və ikinci 


78 
hissələri fərqləndirən cəhətlər. Əsərin hər iki hissəsinin janr 
təyinatı ilə bağlı irəli sürülən elmi mövqelər.
Şeyda bəy dilogiyanın aparıcı qəhrəmanı kimi. 
Qəhrəmanın prototipi ilə bağlı ədəbiyyatşünaslıqda yer alan 
mülahizələr. Şeyda bəy müəllif dünyagörüşünün ruporu kimi. 
“Gəlinlər həmayili”nin sosial məzmununun əhatəliliyi. Əsərdə 
bəşəri xoşbəxtliyin milli tərəqqidən keçməsi ideyası. “Həq-
qaniyyət” anlayışının mənası. İnsaniyyət və millət münasibətləri 
kontekstində Şeyda bəyin dinə verdiyi rol. Əsərdə “üxüvvət”ə 
gedən yolun “həqqaniyyət”dən – İslam dinindən keçməsinin 
Şeyda bəy – Sofya Mixaylovna xəttində bədii təsdiqi. Əsərin 
struktur və bədii dil xüsusiyyətləri.
“Allah xofu” hekayəsinin mövzusu. Hekayədə əxlaqi-etik 
məzmun. Mövzunun maarifçi bədii həlli. Məşədi Əsgərin ömür 
yolunun mərhələləri. Əsərdə müəllifin dini inanc sisteminin bədii 
əksi. “Allah xofu” portret hekayəsi kimi.
“Qurban bayramı” hekayəsində İslam şəriətinin təbliği. 
Milli özünüdərk problemi və ümmətçilik ideyası. İsmayıl bədii 
nəsrimizdə orijinal uşaq obrazı kimi. 
Tərcümə və təbdilləri. Tərcümə və təbdillərində orijinal 
əsərlərindəki ideya xətlərinin davamı. Bu əsərlərdə də müəllifin 
dini dünyagörüşündən çıxışının aparıcılığı. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin