76
xətti və konflikti. Nəcəf bəy özünəməxsus
həyat fəlsəfəsi olan
mülkədar obrazı kimi. Əsərdə mülkədar həyatına tənqidi
münasibətin maarifçi səciyyəsi. Nəcəf bəyin maddi və mənəvi
iflasının müəllif yozumu. Nəcəf bəyin tifaqının dağılmasında
Allaha sayğısız münasibətinin rolu. Süjetə verilən bədii həlldə
dini dünyagörüşündən çıxışın aparıcılığı. Mülkədarlığın
ölümə
məhkumluğuna dair ədəbiyyatşünaslıq yozumlarının əsassızlığı.
Əsərdə patriarxallığın sonunu və burjualaşma prosesini əks
etdirən obrazlar. “Dağılan tifaq” feodal-iqtisadi münasibətlərin-
dən burjua iqtisadi münasibətlərinə keçidin ifadəsi kimi. Nəcəf
bəy obrazının fəci məzmunu. Məşədi
Cəfər və Cavad obrazla-
rında “yaranmaqda olan yeni ictimai münasibətlər”in (M.Məm-
mədov) ifadəsi. Əsərdə Sona obrazı və qadın hüquqsuzluğu
problemi.
“Dağılan tifaq”ın süjet və kompozisiya xüsusiyyətləri.
“Bəxtsiz cavan” faciəsində mülkədar həyatı mövzusunun
davamı. “Bəxtsiz cavan”da tarixiliyin həqiqətləri. Əsərdə
burjualaşma prosesinin təsviri və bu prosesin
milli əxlaqa təsiri
məsələsi. Mülkədar-kəndli münasibətlərinə maarifçi baxış. Hacı
Səməd ağa obrazındakı tipikliyin səciyyəsi. Müəllifin bu obraza
ictimai-satirik münasibəti. Mülkədar obrazı kimi Nəcəf bəylə
Hacı Səməd ağanı fərqləndirən tipoloji keyfiyyətlər. Fərhad
maarifçi-ziyalı obrazı kimi. Onu “müəllif ideyalarının ruporu”
kimi təqdim edən ədəbiyyatşünaslıq görüşlərinin əsassızlığı.
Fərhadın dünyagörüşündəki demokratizm. Fərhad “russoçu”
qəhrəman kimi. Dramaturgiyamızdakı ziyalı obrazları silsiləsində
Fərhadın yeri.
Əsərdə dramatik münaqişənin
tərəfləri və sosial
məzmunu.
“Ağa Məhəmməd Şah Qacar” tarixi faciə janrının
nümunəsi kimi. Əsərin mövzusu. Faciənin süjet xəttini təşkil edən
tarixi hadisələr. Ağa Məhəmməd Şah Qacar mürəkkəb və
ziddiyyətli tarixi şəxsiyyətin bədii obrazı kimi. Əsərdə
77
hakimiyyət ehtirası və vətənin taleyi problemi. Faciədə İran-
Azərbaycan münasibətlərinin bədii əksi.
Ə.Haqverdiyevin ilk nəsr əsərləri. “Ata və oğul”, “Ayın
şahidliyi” maarifçi nəsr nümunələri kimi.
Hər iki əsərdə
Haqverdijevin dini baxışlarının əksi. Din xadiminin obrazının
müsbət planda təqdimi. Ata- Hacı Xəlil və oğul- Əkbər obraz-
larında əks olunan estetik qayə.
“Ayın şahidliyi” lirik-dramatik hekayə kimi. Əsərin
Allahın nahaq qanı yerdə qoymayacağına müəllif inamı ilə
hərəkətə gələn süjet xətti və ideyası.
Dostları ilə paylaş: