Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Dənli-paxlalı bitkilərin gübrələnməsi



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə28/418
tarix20.11.2023
ölçüsü7,47 Mb.
#166008
1   ...   24   25   26   27   28   29   30   31   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Dənli-paxlalı bitkilərin gübrələnməsi.
Dənli-paxlalı bitkilər altına mineral gübrə norması 
hesablanan zaman aşağıdakı amillərin nəzərə alınması zəruridir. 
1. Yaxşı drenaj çəkilmiş torpaqlarda, mütəhərrik fosfor və mübadiləvi kaliumla kifayət qədər 
təmin olunmuş (torpaqda 80-120 mq/kq), bitkinin bioloji tələbatına uyğun olan (dənli paxlalı 
bitkilərin əksəriyyəti üçün pH
duz
6,0-6,5), mühit reaksiyası və nəmliklə münasib təmin olunma 
zamanı bitki aktiv simbiotik aparat formalaşdırır. Torpağın təbii münbitliyi və havadan təsbit 
olunan azotun hesabına noxud, adi lobya, yem paxlası və ensizyarpaq lüpin 1 hektardan 2 tona 
qədər toxum məhsulu formalaşdıra bilər.
2. Fosfor-kalium qidasının optimallaşdırılması zamanı bu şəraitdə simbiozun aktivliyi güclənir 
və sadalanan bitkilərin məhsuldarlığı hektardan 3 tona qədər yüksəlir. 
3. Nəmlik çatışmayan zaman fosfor-kalium gübrəsinin verilməsi dənli-paxlalı bitkilərin 
məhsuldarlığını artırmır, çünki bu halda hava azotunun təsbit olunması baş vermir.
4. Turş torpaqlarda, hətta nəmliklə normal təmin olunma zamanı paxlalıların əksəriyyəti 
yumurcuqlar əmələ gətirmir, eləcə də fosfor-kalium gübrələri toxum məhsulunu yüksəltmir. Onun 
səviyyəsi azotun çatışmazlığı ilə limitlənir. Ayrı-ayrı bitkilər altına mineral gübrə normalarının 
müəyyən edilməsinin digər üsulları mövcuddur, lakin bütün hesablama üsulları torpaqdan istifadə 
edilə bilən elementlərin miqdarı və qida elementlərinin məhsulla aparılmasına əsaslanır. 
Gübrələrin verilmə müddəti və üsulları.
Gübrələmə sisteminin işlənib hazırlanması zamanı 
təkcə əsaslandırılmış normanın seçilməsi zəruri deyil, lakin müddəti, eləcə də növbəli əkində ayrı-
ayrı bitkilər altına üzvi və mineral gübrələrin verilməsi üsullarıdır. Verilmə müddətindən asılı 
olaraq əsas (payız şumu), əlavə, səpin zamanı (cərgəvi, lentvari) və səpindən sonra (yemləmə) 
gübrələrin verilməsi fərqlənir.
Əsas gübrə
bitkiləri yalnız vegetasiya dövrü ərzində qida elementləri ilə təmin etmək üçün
xüsusən intensiv boy atma və qida maddələrini sərf edərkən onun dərin payız şumu altına verilməsi 
qabaqcadan təyin edilir. Üzvi gübrələr, eləcədə fosfor və kalium gübrələri tətbiq edilir. Əsas gübrə 
ön kotancıqlı kotanın köməyi ilə torpağın dərin nəm qatına verilir, ondan ötrü ki, onu bitki 
vegetasiya müddətində səmərəli istifadə etsin.
Nişanlanmış atomlar üsulu ilə aparılmış tədqiqatlar göstərir ki, şırımın dibinə verilmiş 
superfosfatın tərkibindəki fosfor bitki tərəfindən 5 dəfə tam istifadə olunur, onlarda bu elementin 
miqdarı dayaz basdırılmaya nisbətən 1,5 dəfə yüksəkdir. Bu onunla izah edilir ki, fosfor 
birləşməsinin mütəhərrikliyi olduqca aşağıdır.
Həll oluna bilən fosfatlar torpaqla qarşılıqlı əlaqə zamanı UTK tərəfindən adsorbsiya olunur, 
kimyəvi çökməyə məruz qalır və hətta yağışlı illərdə orta gillicəli torpaqlarda yay ərzində 1,0-1,5 
sm-dən çox olmayaraq yerini dəyişir. Ona görə də 7-10 sm dərinliyində kultivasiya altına verilən 
fosfor gübrələri bütün vegetasiya ərzində bu qatda qalır. Qatı (bərk) fosfor gübrəsi səthi olaraq 
verilən zaman hətta nəmişli illərdə fosforun 85-95%-i dərinliyi 2 sm-ə qədər olan qatda (lay) qalır, 
bu qatın tez quruması ucbatından orada bitkinin kökü yayılmır. Səthi verilmiş fosfor gübrəsi 
praktiki olaraq bitki tərəfindən istifadə olunmur.
Maye fosfor gübrələrindən – ortofosfor turşusu və ammonium fosfat çox güclü mütəhərrikliyə 
malikdirlər. Onların suvarma suyu ilə verilməsi zaman 30%-ə qədəri 10 sm-ə qədər dərinliyə 
işləyir, lakin bu zaman onun 55%-ə qədəri 1-2 sm-lik üst qatda toplanır.
Fosfora nisbətən kalium torpaqda bir qədər daha mütəhərrikdir. Torpaqla əlaqədə olan zaman 
onun böyük hissəsi uducu torpaq kompleksinə (UTK) qoşulur (birləşir) ancaq, sərbəst ionların bir 
hissəsi kapillyarlarla və su axını ilə hərəkət edərək yerini dəyişir. Torpağın nəmliyi aşağı olan 
zaman və yüksək temperaturda kaliumun mütəhərrikliyi birdən (kəskin surətdə) aşağı enir. Yay 
ərzində normal nəmlikli torpağa səthi verilmiş halda kalium 4-6 sm hərəkət edə bilir, lakin quru 
havada isə yuxarıda qalır. Mineral kalium gübrələri əsas gübrə kimi payız şumu altına verilməlidir, 
bu halda bitki onları bütün vegetasiya müddətində istifadə edəcək.
Yonca, qılçıqsız tonqalotu, qurdotu kimi çoxillik otların əkinlərini 3-4 il müddətində və daha 
artıq istifadə edirlər. Bu bitkilərin bütün dövrdə fosforlu gübrələrdən istifadə etmək üçün onu payız 
şumu altına verirlər. Kaliumla orta dərəcədə təmin olunmuş torpaqlarda, kaliumlu gübrələrin 


31 
normaları yüksək olmadıqda, kaliumun bütün hissəsi fosforla birlikdə əsas şum altına verilir. Əgər 
torpaq kaliumla kasıb olarsa, lakin yüksək məhsul planlaşdırılırsa, onda normanın 50-70% əsas 
gübrə kimi, qalan hissəsi isə yemləmə şəklində verilir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin