Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Tapşırıq və yoxlama sualları -5



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə30/418
tarix20.11.2023
ölçüsü7,47 Mb.
#166008
1   ...   26   27   28   29   30   31   32   33   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Tapşırıq və yoxlama sualları -5
1. Buğda, noxud, çuğundur, yonca, soya və lüpin (acıpaxla) kimi bitkilərin, torpaq 
məhlulunun optimal reaksiyasının diapazonunu (dərəcəsini) göstərin. 
2. Mütəhərrik fosforla daha yüksək təminat hansı paxlalı bitkilər üçün tələb olunur və hansı 
bitkilər torpağın bu elementlə zəif təmin olunması zamanı boy ata bilirlər? 
3. Paxlalılar üçün torpağın mübadiləvi kaliumla optimal təmin olunma dərəcəsini göstərin. 
4. Paxlalı bitkilər üçün torpaqda asan hidroliz olunan azotun optimal miqdarı nə qədərdir? 
5. Torpağın mütəhərrik borla optimal təmin olunma diapazonunu göstərin. 
6. Qida elementlərinin maksimum tələbatı nə deməkdir? Qida elementlərinin bitkilər 
tərəfindən aparılması nə deməkdir? 
7. Torpaqdan və gübrədən mütəhərrik fosfor və mübadiləvi kaliumun istifadə əmsalı nədən 
asılıdır? 
8. Üzvi gübrələrin verilmə müddətləri və üsullarını göstərin. 
9. Əsas gübrələmə nə üçün tətbiq olunur? 
10. Səpinə qədər və səpin zamanı gübrələmə hansı hallarda istifadə olunur? 
11. Gencərgəli və başdan-başa səpin üsullarında bitkinin yemləndirilməsi nə vaxt və necə 
həyata keçirilir? 
 


33 
FƏSİL 6. ƏKİNLƏRDƏ BİTKİLƏRİN FOTOSİNTETİK FƏALİYYƏTİ 
Məhsul fotosintez prosesi zamanı yaranır, yaşıl bitkilərdə üzvi maddələr karbon iki oksid, su 
və mineral maddələrdən əmələ gəlir. Günəş şüasının enerjisi bitki kütləsi enerjisinə çevrilir. Bu 
prosesin səmərəliliyi son nəticədə əkinlərdə bol məhsulun yaranması fotosintetik sistemin 
fəaliyyətindən asılıdır.
Tarla şəraitində vahid sahədə əkin (senoz) cəmi bitkilərin mürəkkəb dinamik özünü 
tənzimləyən fotosintetik sistemi kimi təmsil edilir. Bu sistem özünə çoxlu komponentlər daxil edir, 
hansı ki onlara sistem altı kimi baxmaq mümkündür: o dinamikdir, belə ki, özünün parametrlərini 
vaxtaşırı dəyişir; özünü tənzimləyəndir, belə ki, müxtəlif təsirlərə baxmayaraq, əkinlər öz 
parametrlərini müəyyən mənada dəyişir, homeostaza köməklik edir.
Bu cür sistem ayrı-ayrı bitkilərlə müqayisədə yeni xüsusiyyət kimi səciyələndirilir. Demək, 
ayrı-ayrı bitkilər üçün qida sahəsinin artırılması və bununla əlaqədar olaraq işıqlanmanın 
yaxşılaşması onun toxumluq məhsuldarlığının artmasına gətirib çıxarır, lakin optimal bitki sıxlığı 
da vacibdir. Ayrı-ayrı bitkilər üçün maksimum məhsuldarlıq şəraiti və senoz bir sistem kimi üst-
üstə düşmür.
Məhsulun formalaşmasının idarə edilməsi olduqca mürəkkəbdir, belə ki, bitki senozda, 
vegetasiya prosesində dəyişərək, digər mürəkkəb sistemlərlə – torpaq mikroorqanizmləri, xəstəlik 
törədiciləri, alaqlarla, zərərvericilərlə qarşılıqlı əlaqədədir. Çoxlu mühit amillərinə, temperatur 
rejiminə, atmosfer çöküntülərinə və s. praktiki olaraq nəzarət etmək mümkün deyil. Lakin təbii-
iqlim amillərinin təhlilinə əsasən, konkret şəraitə uyğunlaşmış, onların becərilmə texnologiyalarını 
işləməklə sortlar seçmək olar. Bir çox amillər tənzimlənməyə təkan verir. Mineral qidalanma, alaq 
otlarına, xəstəlik törədiciləri və zərərvericilərinə təsir etməklə şəraiti dəyişmək mümkündür. 
Məhsulun formalaşmasının idarə edilməsi prosesi qabaqcadan verilmiş parametrlərə uyğun olaraq 
müntəzəm nəzarətə əsasən bitkinin inkişafına və əkinin fotosintetik istiqamətinin gedişinə gətirib 
çıxarır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin