Het dövləti
Plan:
1. Hett dövlətinin yaranması və Hett padşahlığı
2. Orta və yeni Hett padşahlığı
3. Hett-Misir müharibəsi
4. Hett dövlətinin süqutu
Het dövləti -
Anadolunun
(Kiçik Asiyanın)
şimal
-
şərq
hissəsində Halis (hazırda Qızıl İrmaq)
çayının hövzəsində meydana gəlmişdi. Kiçik Asiya hələ qədim zamanlardan dövlətləri
diqqəti cəlb edirdi. E.ə. III minilliyin ikinci yarısında Akkad hökmdarları Sarqon və Naram
Suen bu əraziyə hərbi yürüşlər təşkil etmişdilər. Həmin dövrdə burada, gələcək Het
dövlətinin ərazisində akkad və assur tacirləri məskən salmış və metal ticarətinin əsasını
qoymuşdular. Assurlular buraya
mixi yazı
və
akkad dilini
gətirmişdilər. Tədricən Kaniş
müstəqil ticarət məskəninə çevrilmiş və Assurun təsiri altından çıxmışdı. Anadolu ticarət
mərkəzləri
gümüş
,
mis
,
tunc
,
dəmir
alış-verişi ilə məşğul olurdular. Assur şəhərindən qalay
alırdılar. Ticarətə yerli əhali də cəlb olunmuşdu. Təsərrüfatın inkişafı ilə bağlı Anadolunun
şərq hissəsində artıq e.ə. II minillikdə bir sıra siyasi birləşmələr meydana gəlmişdi. Bunlar
şəhər-dövləti şəklində mövcud olmuşlar. Burusxan, Nesa (Kaniş), Kussar və Hattuşa şəhər-
dövlətləri Assur tacirlərinin gətirdiyi mixi yazı və akkad dilindən istifadə edirdilər.
Əməklə bağlı olan bütün işlər icbari əmək adamlarının üzərinə düşürdü. Onlar əmək
mükəlləfiyyəti daşımalı idilər. Het cəmiyyətində belə adamlar əsas istehsalçılar kimi
cəmiyyətin aşağı ictimai təbəqəsinə mənsub idilər. Belə adamların tərkibi qullardan,
təsərrüfatdan asılı təhkimçilərdən, muzdlu işçilərdən ibarət olmuşdu.
Het cəmiyyətinin hüquqi və iqtisadi həyatı het qanunlarında öz əksini tapmışdı. Het
qanunları sinfi xüsusiyyət daşıyırdı. Qanunlar xüsusi mülkiyyəti qoruyur, onun sahibi olan
azad adamın hüququnu daha da möhkəmləndirirdi. Het qanunlarında qullara müxtəlif cəza
tədbirləri nəzərdə tutmuşdular. Qanunun bir maddəsində deyilir: "Əgər qul evdə oğurluq
edərsə, o, oğurladığını olduğu kimi qaytarmalıdır. Oğurluq etdiyi üçün o, 6 şekel gümüş
verməlidir. Qulun burnu və qulağı kəsilməlidir, özü isə sahibinə qaytarılmalıdır...". Əgər
sahibi desə "mən onun əvəzini ödəyərəm", onda o, ödəməni verməlidir. Əgər o imtina etsə,
onda quldan məhrum olur".
Qanunlar qul sahibinin mənafeyini güdürdü. Oğurluq etmiş quldan o məhrum olmurdu,
oğurluq malın əvəzini ödəyib yenə də öz quluna sahib olurdu. Qulun həyatına qəsd heç bir
cəza ilə nəticələnmirdi. Maddələrin birində deyilir: "Əgər kimsə qulu, yaxud kənizi vurarsa,
o da ölərsə və bunu həmin kəs qəsdən etməmişsə, onda o, qulun əvəzinə bir adam
verməlidir. Təminat üçün əmlak da verməlidir" Köləliyin əsas mənbəyi müharibələr
olmuşdur. Uğurlu müharibələr ölkəyə xeyli əsir verirdi. Əsirlər het mətnlərində arnuvala,
yəni "Əsir aparılmış adam" adlanırdı. Əsirləri qul kimi satır, bir hissəsini mükəlləfiyyətə
cəlb edirdilər.
Het qanunlarında ailə məsələlərinə müəyyən yer verilmişdir. Ata ailədə qeyri-məhdud
hakimiyyətə malik idi. Qadının hüquqi vəziyyəti ağır idi. Ümumiyyətlə, qanunlarda qadın
və kişi münasibətlərinə həsr edilmiş bir sıra maddələr vardı. Məsələn: "Əgər kişi qadını
atırsa, onda onu sata bilər. Qadını alan adam 12 şekel gümüş verməlidir". Başqa maddədə
qadının kişiyə eyni münasibəti əks olunmuşdur: "Əgər qadın kişini qovursa, uşaqları ona
verməlidir. Kişi övladlarını özü ilə götürməlidir".
Ailəd
ə nəinki övlad, eləcə də əmlak müəyyən hüquqi qaydalara əsasən ərə, yaxud arvada
çatırdı. Buna görə qanunun bəzi maddələri arvadın ata evindən gətirdiyi cehiz barədə də
hüquq normaları müəyyən etmişdi. Maddələrin birində deyilir: "Əgər kimsə evlənir və
arvadı (öz evinə) gətirir, onda həmin adam onun cehizinə də sahib olur. Əgər qadın vəfat
edərsə, onun əmlakı kişinin (ərin) olmalı və cehizi həmçinin kişiyə çatmalıdır. Əgər qadın
atası evində vəfat edərsə və uşaqları qalarsa, onda kişi (əri) cehizi almamalıdır".
Qanunlar ərin vəfatından sonra dul arvadın qaynı ilə (ərin qardaşı ilə) kəbin kəsdirməyə və
ona ərə getməyə icazə verirdi. Əgər mərhumun qardaşları yox idisə, onda dul arvad
qayınatasına ərə gedə bilərdi. Bunlar göstərir ki, qız ər evinə həmişəlik köçürülürdü, əri
vəfat etsə belə həmin evi tərk etməməli idi. Məsələ ailə daxilində həll olunurdu. Het
ailəsində patriarxal qaydalar hökm sürürdü. Hakim sülalə ailələrində isə hakimiyyətə
vərəsəlik Elam və Misirdə olduğu kimi, ana xətti ilə aparılırdı. Bunu ibtidai icma quruluşu
nikah formalarının qalığı kimi qəbul etmək olar. Het cəmiyyətində sənətkarlıq inkişaf
tapmışdı. Qanunlarda müxtəlif peşələrin (metalişləmə, dülgərlik, gönçülük və s.) adı
çəkilmişdir. Alət, silah və başqa əşyalar hazırlamaq üçün mis və tuncdan istifadə edirdilər.
Anadoluda dəmirdən hələ e.ə. III-II minilliklərdə istifadə olunurdu. Bu dövrün arxeoloji
təbəqələrindən dəmir heykəlciklər, ibadət xüsusiyyətli yazılı lövhələr aşkar edilmişdir.
Hetlər dəmirdən müxtəlif əşyalar, o cümlədən üzük, sırğa, silsilə, qalaydan kişi, qadın,
heyvan, quş heykəlləri (fiqurları) hazırlayırdılar. Dəmirdən silah (xəncər, qılınc, bıçaq,
toppuz, nizə), təsərrüfat alətləri (oraq, balta, çəkic, mismar) və s. düzəldirdilər. E.ə. XIV-
XIII əsrlərdə dəmirdən hazırlanmış əşyalar het hökmdarlarının varidatı içərisində böyük
sərvət hesab olunurdu.
Dəmir qızıldan 5, gümüşdən isə 40 dəfə baha idi. Het qaynaqlarında müxtəlif çəkili (45 kq
qədər) dəmir külçələri yad edilirdi.
Het məhkəməsi şifahi və yazılı ənənəyə əsaslanırdı. Het qanunlarında yazılı məhkəmə
qaydaları, cəza normaları əks olunmuşdu. Mübahisələrə adətən ağsaqqallar şurasında
baxılırdı. Məhkəmə işlərində dövlət nümayəndəsi iştirak edirdi. Nümayəndəyə xüsusi
təlimat verilirdi. Bir təlimatda ona tapşırılmışdı: "Haqq işi nahaq eyləmə, nahaq işi haqq
eyləmə. Ədalətli ol". Məhkəmədə şəhər rəisi və ağsaqqallardan ibarət yerli idarə
nümayəndələri də iştirak edirdilər. Mürəkkəb məhkəmə işləri hökmdarın səlahiyyətinə
verilirdi. Qazıntılar zamanı aşkar edilmiş müxtəlif incəsənət abidələri, silah və əmək
alətləri, Boğazgöydə (Hattuşa) tapılmış het hökmdarlarının yazılı sənədlər arxivi het
mədəniyyəti barədə müəyyən təsəvvür yaratmağa imkan vermişdir. Het mədəniyyətinin
təşəkkülünə bir sıra etnosların təsiri olmuşdur. Het mədəniyyətində hat ənənələri üstünlük
təşkil edirdi.
Het mədəniyyətinə hurri etnosları, hind-Avropa tayfalarından luvi və palaylar müəyyən təsir
göstərmişdilər. Şumer-Akkad mədəniyyətinin bir çox cəhətləri het mədəniyyətində öz
əksini tapmışdı. Vaxtilə het aləmində prototürk etnik ünsürlərinin iştirakı barədə də fikir
söylənilmişdi. Lakin het etnik və dil aləmi bu səpkidə dərin və ciddi tədqiqat obyektinə
çevrilməmişdi. Hind-Avropa tayfalarının ən qədim türk etnik qrupları ilə ünsiyyətini
göstərən bir sıra leksik dəlillər müəyyən edilmişdir. Het dövləti Anadolunun (Kiçik
Asiyanın) şimal-şərq hissəsində Halis (ind.Qızıl İrmoq) çayının hövzəsində meydana
gəlmişdir. Anadolu dağlıq və aran bölgələrindən ibarətdir. Lakin təsərrüfatın təşkilində bu
təbii şəraitin özünəməxsus rolu olmuşdur. Anadolunun qədim əhalisi barədə dəqiq məlumat
yoxdur. Vaxtılə bu ərazidə müxtəlif dillərdə danışan etnoslar yaşayırdı. Hetlər haqqında
məlumat İncildə XIX əsrin ortalarına qədər mövcud idi. İncilin rus tərcüməsində bu xalq
«Het oğulları», «Hetlər» kimi Fələstin və Suriyanın yəhudilərə qədərki millətləri kimi
qeydə alınmışdır. Ona görə də, alimlər əslində Fələstin və Suriyanı hetlərin ilkin vətəni kimi
göstərirlər. XIX əsrin sonuncu dövründən başlayaraq Misirin Tel-Əmər arxivindən mixi
yazılı mətnlərdən hetlərin yaşayış tərzi haqqında məlumatlar əldə edilmişdir. Bu mətnlərdə
Misir fironlarının (xüsusilə, III Amenemxet və 115 IV Amenxotep-Exnaton) Yaxın Şərqin
bir çox dövlət başçıları ilə diplomatik yazışmaları (akkad dilində) qeyd edilir. Kiçik
Asiyada hetlərin hökmranlığı haqqında fərziyyələri alman şərqşünası Q.Vinklerin 1906-
1912-ci illərdəki arxeoloji qazıntıları sübut etdi. Arxeoloqlar burada bir çox mixi yazılı
lövhəciklər tapmışlar. Bu qazıntıların ən uğurluları Türkiyə kəndlərindən biri olan
Boğazgey (Ankaranın 50 km şərqinə doğru) hissəsində tapılmışdır. Hetlərin Anadoluda
mövcud olma ideyaları, da məhz bu dəlillərdən irəli gəlir. Anadolunun zəngin təbii
ehtiyatları dünya tacirlərinin (xüsusilə Yaxın Şərq) buraya üz tutmasının başlıca səbəbi
oldu. E.ə. III minilliyin II yarısında Akkad hökmdarları Sarqon və Naram-Suyen bu əraziyə
hərbi yürüşlər təşkil etmişlər. Bu ərazidə məskən salmış akkad tacirləri metal ticarətinin
əsasını qoymuşlar. Kaneş şəhəri tanınmış ticarət mərkəzlərindən biri idi. Anadolunun şərq
hissəsində e.ə. III minillikdə bir sıra siyasi birliklər meydana gəlmişdi. Bunlar şəhər dövləti
şəklində mövcud idi. Anadolunun Burusxanda, Nesa (Kaniş), Kussar və Hattuşa şəhər-
dövlətləri Aşşur tacirlərinin gətirdiyi mixi yazı və akkad dilindən istifadə edirdilər. E.ə.
XVIII əsrin I yarısında şəhər dövlətlər arasında siyasi hakimiyyət uğrunda mübarizə gedirdi.
Bu mübarizədə Kussara şəhər-dövləti üstünlüyü öz əlində saxladı. Bu dövlətin hökmdarı
Pitxana Nesa şəhərini tutdu. Bu işğalçılıq müharibələri onun oğlu Anitta tərəfindən davam
etdirildi. O, atasının zəbt etdiyi Nesa şəhərini dövlətin paytaxtına çevirdi, Het dövlətinin
gələcək paytaxtı Hattuşa şəhərini tutdu. Kussara padşahlığı Anadolunun mərkəzində ən
güclü dövlət oldu. Formalaşmağa başladığı dövrlərdən Het dövləti mədəniyyətin və
incəsənətin inkişafına xüsusi qayğıkeşliklə yanaşırdı. Het mədəniyyətinin formalaşmasına
hurri və luvi mədəni elementləri güclü təsir göstərmişdi. Şimali Suriya və şumer-akkad
mədəni amillərini də inkar etmək olmaz. Boğazgey arxivi rəsmi səciyyə daşıyaraq,
həmçinin mif, əfsanələr və mətnləri özündə cəmləşdirmişdi. Bu arxivdə tapılan «III
Hattusulinin tərcümeyi-halı» əsəri dünya ədəbiyyatında xüsusi əhəmiyyət kəsb edir. Yaxın
Şərq xalq və bir çox ədəbi nümunələri («Gilqameş haqqında əfsanə») het dilinə tərcümə
olunmuşdur. Kumarbi allahı haqqındakı epik poema «Ullikummi haqqında mahnı»
adlandırılır. Het mənşəli zəngin mifoloji ədəbiyyat mövcuddur. «İlluyanka haqqında mif»
əsəri belələrindəndir. Burada ilahi qəhrəmanlarla onun düşməni olan əjdaha İlluyanka
arasındakı mübarizə şərh olunur. Het incəsənət abidələrində rəngarənglik və orijinallıq
üstünlük təşkil edir. Gümüş və bürüncdən olan heyvan fiqurları, maral təsvirləri, fincanlar,
dolçalar, qızıl ornamentli əşyalar unikal təsir bağışlayır. Mərkəzi Kiçik Asiyada Yeni het
şahlığı dövründə incəsənətin bir çox sahələrində (daş üzərində relyeflər, canlıların təsviri –
sfinks, şirlər), o cümlədən memarlıqda monumental üslub təzahür olunmağa başlayır.
Hattidə daş üzərində işləmə yüksək səviyyəyə çatır. Bunun ən gözəl nümunəsi Yazılı
qayadakı qalereyada qaya yonulması hesab olunur. Het dini təsəvvürləri cəmiyyətin ideoloji
və təsərrüfat həyatında güclü təsirə malik idi. Özlərinin qeyd etdikləri kimi «Hattininin min
allahı» mövcud idi. Bunlar het, hindavropa (nesit, luvi, palay), hurri, assur-babil, ari və
digər mənşəli allahlar idi. Baş allah fırtına allahı olub «səmanın şahı, Hattinin hakimi»
hesab edilirdi. Bu allahın arvadı Arinna şəhərindən olan Günəş allahı sayılırdı. Het mifləri
(əsatir) ilə bağlı digər folklor nümunəsi «ölən və dirilən allah» Telepinin adı ilə bağlıdır. Bu
ədəbi abidədə həyat, təbiət, insan amilləri böyük məntiq və hikmətlə izah edilir, bədii
obrazlarla ifadə olunur. Əldə olunan məlumatlara görə həmin əfsanə qış və yaz
mövsümlərinin dəyişilməsi ilə əlaqələndirilirdi. Bu əfsanə bahar şənlikləri zamanı
söylənilirdi. Het padşahlığının süqutundan sonra bu mədəniyyətin ənənələri ölüb getmədi.
Bunların bir çoxu Şimali Suriya və Anadolunun şərq əyalətində davam etməkdə idi.
Hetlərin bu mədəniyyəti, xüsusilə bənzəri olamyan incəsənəti Assur və Urartu incəsənətinə
də güclü təsir göstərmişdir.
Məlum olduğu kimi, Sarqon (e.ə. 2316-2261-ci illər) və Naram-Suen (e.ə. 2236-2200-cü
illər) Akkad sülaləsinin ən görkəmli nümayəndələri olmuşlar. Onların adı ilə bağlı
rəvayətlərə het ədəbiyyatında rast gəlinir.
Het ədəbiyyatında Şumer-Akkad təsiri başqa sahələrdə də özünü göstərmişdi. Hetlər mixi
yazı sistemini İkiçayarasından mənimsəmişdilər. "Gilqameş haqqında dastan" het dilinə
tərcümə edilmişdi. Şumer-Akkad mətnlərindən istifadə etmək və dili başa düşmək üçün
üçdilli lüğətlər tərtib olunurdu. Bunlardan biri şumer-akkad-het lüğəti idi. Hurri əfsanələri
(Kumarva əsatiri) het dilinə tərcümə olunmuşdu.
Hurri təsiri onomastika və dini təsəvvürlərdə özünü təzahür edirdi. Dərs vəsaitləri tərtib
olunurdu. Mitanni mənşəli Kikküli atçılığa həsr olunmuş vəsait yazmışdı.
Hetlər rəsmi ədəbiyyat nümunələri yaratmışdılar. III Hattuşilin "Tərcümeyi-hal" xüsusiyyəti
daşıyan yazısı erkən ədəbiyyat nümunələrindən biri hesab edilə bilər. Hadisələr birinci
şəxsin adından nəql edilir.
"Tərcümeyi-hal" göstərir ki, III Hattuşili mübahisəli məsələləri ancaq müharibə yolu ilə həll
etməyi üstün tuturdu. Eyni zamanda o, həqiqət və ədalətin son məqamda qələbə çalacağı
inamına biganə yanaşmırdı. Lakin mətndən göründüyü kimi, III Hattuşili, bəlkə də mövcud
olan vərəsəlik qaydalarını pozaraq, hakimiyyətə zorla sahib olmuşdu. Mətn III Hattuşilinin
müraciəti ilə sona yetir: "Gələcəkdə kim olursa olsun - Hattuşilin oğlumu, nəvəsimi, yaxud
nəticəsimi-hakimiyyətə irsən yiyələnərsə, qoy tanrılar içərisində Samuxi şəhərinin ilahəsi
İştara ehtiram göstərsin". Hetlərin dini dünyagörüşündə akkadların İştar ilahəsinə sitayişi
geniş təmsil olunmuşdu. Ümumiyyətlə, İştar ilahəsinə sitayiş nəinki het hakim dairələri
arasında, eləcə də İkiçayarasına söykənən başqa ölkələrdə də, məsələn Cənubi
Azərbaycanın kuti və lullubi hökmdarları arasında da geniş yayılmışdı.
Het ədəbiyyatı nümunələri cərgəsinə I Hattuşilinin siyasi vəsiyyətini də daxil etmək olar.
Burada I Murşilin hakimiyyətə varis təyin edilməsindən bəhs edilir, üsyan qaldırmış digər
övladlar hakimiyyətdən uzaqlaşdırılır. I Hattuşili əyanlara müraciət edir: "Baxın, indi
Murşili mənim oğlumdur... Nə zaman ki, silah götürməyə çağırış olsa, onda siz, mənim
bəndələrim və əsilzadə vətəndaşların (mənim oğluma yardım göstərmək üçün əlçatanda)
hazır olmalısınız. Üç il keçəndən sonra o, yürüşə getməlidir... Siz onu yürüşə aparsanız (nə
qədər ki, o uşaqdır), onun sağ-salamat geriyə qayıtması qayğısına qalın". Het
hökmdarlarının kitabələri və salnamələri ədəbiyyat nümunələri kimi də əhəmiyyətə
malikdir. Bunlar "Anittanın kitabəsi", I Hattuşilin, I Suppiluliumun "salnamələri" və s.
ibarət olmuşdur.
Hetlərin, eləcə də başqa qədim xalqların ictimai həyatından olduğu kimi, təsərrüfat və
ideoloji həyatında da din və dini təsəvvürlər böyük əhəmiyyətə malik idi. Het cəmiyyətində
çoxtanrıçılıq mövcud idi. Het panteonunda bir çox qədim etnos və xalqların sitayiş etdiyi
tanrılar cəmləşmişdi. Burada het və hat, hurri, akkad, hind-Avropa (luvi, nesi, pala, Hind-
İran), prototürk və hələlik mənşəyi naməlum qalan etnos və xalqların dini ideologiyası əks
olunmuşdu. Təsadüfi deyil ki, Het mənbələri "Hatti ölkəsinin min tanrısı" ifadəsini işlədirdi.
Het ölkəsinin hər bir vilayəti və icmasında yerli ibadətlər mövcud idi. Tanrı və ilahələrə
(tanrıçalara) xüsusi ibadətgahlarda sitayiş edirdilər. Het hökmdarı və onun arvadı ildə iki
dəfə keçirilən yaz və payız bayramları zamanı ölkəyə səfərə çıxır, dini ziyarət məqsədilə
şəhərləri gəzir, və hər yerdə tanrılara qurban kəsirdilər.
Ehtimal ki, ölkəni gəzib dolanmaq adəti hatlardan miras qalıbmış. Yerli dinlərin müəyyən
hissəsi dövlət dini cərgəsinə daxil edilirdi. Hetlərin ən nüfuzlu allahlarının şərəfinə
məbədlər tikilirdi. Belə dini ibadətgahlardan biri Boğazgöyün yaxınlığında Yazılıqayada
aşkar edilmişdir. İbadətgah qaya oyuğunda yerləşirdi. Onun divarlarında het allah və
ilahələri təsvir olunmuş, biri-birinə doğru irəliləyən dini mərasim yerişi qabarıq şəkildə
divara həkk edilmişdi. Yazılıqayada tanrılar cəmini hurrilərə mənsub edirlər. Tanrılara
ibadət hökmdar hakimiyyətinin ideoloji əsasını təşkil edirdi.
Het panteonu tanrılarının əksəriyyəti hat mənşəli olmuşdur. Səma tufan tanrısı və onun
arvadı, Arina şəhərinin Günəş ilahəsi Vurusem panteonun baş tanrıları hesab edilirdilər.
Ehtimala görə, tufan tanrısı Taru adlanırdı. Hurri panteonunda onun və Vurusemin bənzəri
Teşub və arvadı Hepat idi. Taru müqəddəs öküz üzərində, Henat isə şir üzərində təsvir
olunurdular. Nerin şəhərinin tufan tanrısı da Taru adlanırdı. Bəzən tufan tanrısı öküz, yaxud
dağ sifətində təsvir olunurdu.
Het ölkəsində geniş hurri ilahəsi Sauşka böyük nüfuza malik idi, akkad məhsuldarlıq ilahəsi
İştar isə onun müqabili hesab edilirdi. Hetlər İkiçayarası panteonundan Antu, Anu, Enlil,
Eya, Ninlil və s. tanrılara ibadəti mənimsəmişdilər. İştar şir üzərində qanadlı təsvir
olunurdu. Telepin hetlərin əkinçi allahı idi. O, hat dini təsəvvürlərinin qalığı kimi qəbul
edilir. Telepin "ölən və dirilən" tanrısı təmsil edirdi. Təbiətdə mövsümün (qış və bahar)
dəyişilməsi onun adı ilə də bağlanılırdı.
Dini təsəvvürlər kimi, ovsun (magiya) da hələ ibtidai insan cəmiyyətində mövcud olmuşdur.
Ovsun həmişəlik insan həyatına daxil olmuş ən qədim təfəkkür formasını özündə
saxlamışdı. Hetlərin ictimai və iqtisadi həyatında ovsunlamaq adəti dərin kök salmışdı. Het
ədəbiyyatında ovsunlama qaydaları öz əksini tapmışdı. Xəstəlikləri ovsunla müalicə etmək
cəhdləri göstərilirdi. Ovsun həyatın müxtəlif sahələrində tətbiq olunurdu.
Het dövründə varlığını saxlayan əfsanələrin bir hissəsi hat ənənəsi ilə bağlıdır. "İlluyank
haqqında əfsanə" hat mənşəli hesab edilir. Əfsanədə tufan tanrısının əjdaha, yaxud ilan
əndamlı əjdaha İlluyank ilə mübarizəsi əks olunmuşdur. Adətən bu hekayət Yeni il (yaz)
bayramında söylənilirdi.
Hetlərə qədərki mədəniyyət saxsı-gil qablar, əşyalar istehsalı ilə fərqlənirdi. Qablar təsvirli
və təsvirsiz hazırlanırdı. İbadət məqsədilə hazırlanan qablar heyvan əndamı (fiquru),
uzunboğaz çəkmə şəklində düzəldilirdi. Tunc və qurğuşundan insan əndamı tökürdülər.
Yeni Het padşahlığı dövründə artıq əzəmətli daş heykəllər yaradırdılar. Təsvirlər qabarıq
şəkildə yonulurdu. Belə abidələr het hökmdarlarının saraylarında, yaxud qayalıqlarda
yonulub düzəldilirdi. Daş heykəllərin əksəriyyəti het hökmdarlarını təsvir edirdi. Əzəmətli
Yazılıqaya dəsti (kompleksi) dini mərasimi əks etdirirdi. Yazılıqayada "ilahi-qılınc" heykəli
yonulmuşdu. Onun tutacaq hissəsi dörd şir şəklini təsvir edir, yuxarısında insan başı
yonulmuşdur. Ehtimala görə, qılınc yeraltı tanrısını təmsil edirdi. Alaca-Hüyük sarayı
divarlarında müxtəlif səhnələr yonulmuşdu. Burada ud və tuluq zurnası çalan musiqiçilər,
ov, qurban kəsilməyə aparılan qoyunlar və s. təsvir olunmuşdur. Boğazgöy sfinksi və
Alaca-Hüyük şirləri öz əzəmətli görkəmi ilə fərqlənirdilər. Het şəhərləri istehkam kimi
tikilirdi, bir neçə iç qala ilə əhatə olunurdu. Onun daxilində saray və baş məbədlər
yerləşirdi. Hetlər möhür düzəltmə işində mahir idilər. Bu möhürlər İkiçayarası
möhürlərindən həm formaca, həm də təsvirlərin məzmunu ilə fərqlənirdi. Möhürlər dairəvi
və dördbucaq şəkildə hazırlanırdı. Möhür üzərində hökmdar təsvir olunurdu. Belə
möhürlərin qırağına heroqlif işarələri yazırdılar. Hetlərin özünəməxsus və bənzəri olmayan
mədəniyyəti Assur və Urartu mədəniyyətlərinə müəyyən təsir göstərmişdi.
Het dövləti Anadolunun (Kiçik Asiyanın) şimal-şərq hissəsində Halis (ind.Qızıl İrmoq)
çayının hövzəsində meydana gəlmişdir. Anadolu dağlıq və aran bölgələrindən ibarətdir.
Lakin təsərrüfatın təşkilində bu təbii şəraitin özünəməxsus rolu olmuşdur. Anadolunun
qədim əhalisi barədə dəqiq məlumat yoxdur. Vaxtılə bu ərazidə müxtəlif dillərdə danışan
etnoslar yaşayırdı. Hetlər haqqında məlumat İncildə XIX əsrin ortalarına qədər mövcud idi.
İncilin rus tərcüməsində bu xalq «Het oğulları», «Hetlər» kimi Fələstin və Suriyanın
yəhudilərə qədərki millətləri kimi qeydə alınmışdır. Ona görə də, alimlər əslində Fələstin və
Suriyanı hetlərin ilkin vətəni kimi göstərirlər. XIX əsrin sonuncu dövründən başlayaraq
Misirin Tel-Əmər arxivindən mixi yazılı mətnlərdən hetlərin yaşayış tərzi haqqında
məlumatlar əldə edilmişdir. Bu mətnlərdə Misir fironlarının (xüsusilə, III Amenemxet və IV
Amenxotep-Exnaton) Yaxın Şərqin bir çox dövlət başçıları ilə diplomatik yazışmaları
(akkad dilində) qeyd edilir.
Yeni Şahlıq dövründə Xet dövləti xeyli yüksəlmiş və qüdrətli bir dövlətə çevrilmişdir. Kiçik
Asiyada öz mövqelərini möhkəmlətdikdən sonra Xet şahlığı cənuba doğru irəliləyir və
Simali Suriyada böyük nəticələr əldə edirdi. Hetlərin müəyyən zaman zəifləməsindən
istifadə edən Mitanni Fəratdan qərbdə, əsasən dəŞimali Suriyada müvəffəqiyyət
qazanmışdır. Xet şahı I Suppiluliumas Mitanninin qüdrətinə son qoydu. Xet qoşunları
yuxarı Fəratdan keçərək kiçik hürri şahlıqlarmı məğlub edir və Mitanninin paytaxtı
Başşkanini darmadağın edirdi. Suppiluliumasm Şimali Suriyaya müvəffəqiyyətli yürüşləri
nəticəsində Mitanni Fəratdan qərbdəki torpaqlarını itirdi. Bu dövrdən Şimali Suriyada
Hetlərin uzunmüddətli ağalığı başlayır. Supiiluliumasın dövründə Xet dövləti ilə Misir
arasında münasibətlər yaxşı idi. Buna əsasən Supiiluliumasın firon Exnatona taxt-taca
çıxması münasibətilə yazdığı təbrik məktubunu göstərmək olar. Lakin xetlərin Suriyada
apardığı siyasət onların Misir ilə toqquşmasına gətirib çıxardı. Xet dövləti öz hakimiyyətini
cənuba doğru genişləndirməkdə davam etdirdi.Yeni Şahlıq dövründə Xet dövləti xeyli
yüksəlmiş və qüdrətli bir dövlətə çevrilmişdir. Kiçik Asiyada öz mövqelərini
möhkəmlətdikdən sonra Xet şahlığı cənuba doğru irəliləyir və Simali Suriyada böyük
nəticələr əldə edirdi. Hetlərin müəyyən zaman zəifləməsindən istifadə edən Mitanni
Fəratdan qərbdə, əsasən dəŞimali Suriyada müvəffəqiyyət qazanmışdır. Xet şahı I
Suppiluliumas Mitanninin qüdrətinə son qoydu. Xet qoşunları yuxarı Fəratdan keçərək kiçik
hürri şahlıqlarmı məğlub edir və Mitanninin paytaxtı Başşkanini darmadağın edirdi.
Suppiluliumasm Şimali Suriyaya müvəffəqiyyətli yürüşləri nəticəsində Mitanni Fəratdan
qərbdəki torpaqlarını itirdi. Bu dövrdən Şimali Suriyada Hetlərin uzunmüddətli ağalığı
başlayır.
Supiiluliumasın dövründə Xet dövləti ilə Misir arasında münasibətlər yaxşı idi. Buna əsasən
Supiiluliumasın firon Exnatona taxt-taca çıxması münasibətilə yazdığı təbrik məktubunu
göstərmək olar. Lakin xetlərin Suriyada apardığı siyasət onların Misir ilə toqquşmasına
gətirib çıxardı. Xet dövləti öz hakimiyyətini cənuba doğru genişləndirməkdə davam etdirdi.
Gənc firon Tutanxamon isə Misirin düşmənləri ilə yalnız əcnəbi tələbələrin şikayəti
dözülməz olduqda müharibə aparırdı. Gənc Firon məişət əşyalarının üzərində suriyalı və
efiopiyalı əsirlərin, onlar üzərində qələbənin təsvirlərini çəkdirməyi sevirdi. Lakin onun
qələbələrinin nə dərəcədə olduğunu demək çətindir. Tutanxamonun keçmiş ənənələrinin
bərpa edilməsinə həsr edilmiş təntənəli yazısında deyilir: «Ordu Suriya Fələstinə Misirin
sərhədlərini genişləndirmək üçün göndərilirdisə də heç bir müvəffəqiyyət əldə edilmirdi».
Əslində söhbət sərhədlərin genişləndirilməsindən və ya əvvəlki sərhədlərin qorunmasından
yox, Het dövləti tərəfindən hələ tutulmamış Suriya - Fələstin torpaqlarının qorunmasından
gedirdi.
Tutanxamon təxminən on səkkiz yaşında ikən vəfat etdi. Tutanxamonun dul qalmış arvadı
Anxesenpaamunun bu zaman 17-16 yaşı vardı. Öz təbəələrindən heç biri ilə evlənmək
istəməyən Anxesenpaamun Het şahı Suppiluliuması, oğlunun ona ər olmaq üçün verməsi
haqqında müraciət edir. Anxesenpaamunun Suppiluliumasa iki məktubu Het tarixi
xronikasında, onun oğlu II Mursilis tərəfindən söylənən «Suppiluliumasm əməlləri»ndə
göstərilir. «Suppiluliumasm əməlləri» boğazgöydə, gil lövhələr üzərindəki mixi yazılı
mətinlərdə tapılmışdır. Burada Anxesenpaamunun məktubları haqqında yazılır: «Mənim
atam aşağıda, Karkəmiş ölkəsində olan zaman Lupakkas və Tarhuntasalması irəliyə, Amka
ölkəsinə göndərdi. Onlar Amka ölkəsinə hücum etmək üçün getmişdilər və onlar əsirləri,
öküzləri və qoyunları mənim yanıma gətirmişdilər. Misirlilər Amkaya hücumu eşidəndə çox
qorxdular. Elə bu vaxt onların ağası Nibhururias (Tutanxamon) vəfat etdi və buna görə də
Misirin məlikəsi Dahamunaus (Anxesenpaamun) mənim atama qasidlə məktub göndərdi.
Məktubda o, yazırdı: «Mənim ərim vəfat edib, oğlum isə yoxdur. Deyillər ki, sənin çoxlu
oğulların var. Əgər sən onlardan birini mənə versən o mənim ərim olar. Mən heç vaxt öz
nökərimi seçib özümə ər etməyəcəm. Mən belə biabırçılıqdan qorxuram». Mənim atam
bunu eşidəndə böyük əyanları məşvərətə çağırdı və ona belə dedi: «Bütün həyatım boyu
mənim başıma heç vaxt belə hadisə gəlməmişdir». Bundan sonra mənim atam saray işlərini
idarə edən Hattusasitisi belə bir əmirlə Misirə göndərdi: «Get, bu xəbərin həqiqi olub-
olmadığı haqqında mənə xəbər gətir». Yazda Hattusatisis Misir qasidi səfir Hani ilə birlikdə
Misirdən qayıtdı.
Misir məlikəsi atamın sorğusuna cavab olaraq belə yazırdı: «Nə üçün sən deyirsən ki, bu
işdə onlar məni aldadırlar. Əgər mənim oğlum olsaydı, mən özümün və öz ölkəmin düşdüyü
biabırçılıq haqqında yad ölkəyə yazardımı? Sən Mənə inanmadın və hətta bunu belə dedin.
Mənim ərim vəfat etmişdir, oğlum isə yoxdur. Mən heç vaxt öz xidmətçimə ərə getmərəm.
Mən başqa heç bir ölkəyə yazmamışam. Mən yalnız sənə yazmışam. Deyilənlərə görə, sənin
çoxlu oğlanların var onlardan birini mənə ver. O, mənim üçün ər, Misirdə isə şah olacaq».
Beləliklə, mənim atam açıq ürəkli olduğu üçün o, qadına güzəştə getdi və oğlunun işi
haqqında düşünməyə başladı. Hata sonra Suppihıliumas Misir səfiri Haniyə dedi: «Mən sizə
qarşı dost münasibəti bəsləyirdim. Lakin gözlənilmədən siz mənə pislik etdiniz. Siz
misirlilər mənim hürri şahımdan azad etdiyim Kinza (Kade) adamlarına hücum etdiniz.
Mən bunu eşitdikdə qəzəbləndim və öz şəxsi dəstələrimi və kənd arabalarımı irəli
göndərdim. Onlar sizin ərazinizə Amkaya hücum etdilər. Mən sizin ölkə Amkaya hücum
etdiyim vaxt görünür, siz qorxuya düşürdünüz və mənim oğlum haqqında xahişlə mənə
müraciət etdiniz. O, beləliklə, girov olacaqdı və siz onu şah etməyəcəksiniz». Cavabında o
mənim atama dedi: «Ey mənim atam, bu bizim ölkə üçün biabırçılıqdır. Əgər şahın oğlu
olsaydı, məgər bir özgə ölkəyə gəlib özümüz üçün ağa xahiş edərdiniz? Nəzərə al ki, biz
heç bir başqa ölkəyə getməmişik. Biz yalnız sənin ölkənə gəlmişik. İndi isə, bizim ağamız,
öz oğlunu bizə ver». Daha sonra mənim atam keçmişdə Tufan allahı Teşubun Hatti
övladlarını Misirə aparıb çıxarması və onları misirli etməsi, Misir və Hatti ölkəsi arasında
müqavilə bağlanması və sonralar onların həmişə bir-biri ilə dost olması haqqında
müqavilənin mətni olan lövhəni gətirməyi xahiş etdi. Həmin mətni bərkdən onun qarşısında
oxuduqdan sonra mənim atam belə dedi: «Ən qədim vaxtlardan hatti ölkəsi və Misir dost
olmuşlar və indi də bu bizim mənafeyə uyğundur».
Mətnin sonundakı sözlərdən məlum olur ki, Suppiluliumas oğlunu Misirə göndərməyə
razılıq verir. Lakin, Suppiluliumasın oğlu Sanlansas Misir sarayında bir qrup əyan
tərəfindən qəsd yolu ilə öldürülür. Bununla da Anxesenpaamunun Xet şahzadəsini özünə ər
və firon etmə cəhdi boşa çıxır. Məlum olduğu kimi, Xet dövlətinin Suriyaya işğalçılıq
yürüşləri firon Exnatonun dövrünə təsadüf edir. Exnatonun islahatlara başı qarışması və
xarici siyasətdəki səhvləri Misirin Suriya -Fələstin torpaqlarının Xet dövləti tərəfindən
tutulmasına gətirib çıxartmışdı və Misirlə Xet arasında toqquşma baş vermişdi.
Şahzadə Sanpansas öldürüldükdən sonra Suriyada hərbi əməliyyatlar yenidən başlandı.
Suppiluliumasın oğlu Arpuvandasın başçılığı ilə Xet dəstələri yenidən Amka ölkəsinə
soxuldular. Bir müddət sonra Xet ordusunda Misir əsirlərindən yayılmış taun epidemiyası
baş vergi, və Xet ordusu hücumu dayandırmağa məcbur oldu. Tezliklə Suppiluliumas özü
də taun xəstəliyindən öldü. Bu hadisələrdən üç il sonra Misir taxt-tacına Xoremxeb sahib
oldu.
Xoremxebin şahlığı dövründə Misirin beynəlxalq mövqeləri xeyli möhkəmləndi. Onun
müharibələri haqqında məlumat o qədər də çox deyil. O, Efiopiya və Suriyaya yürüşlər
etmişdir. Suriyaya girərkən firon Xet şahlığı ilə toqquşmaya bilməzdi. Fironun məğlub
etdiyi şəhərlərin və ölkələrin siyahısında Fələstin və Suriya şəhərləri, Şimali Finikiyada
Uqarit və nəhayət, Xet şahlığı və Cənubi Anadoluda Artsava ölkəsinin adı vardır. Lakin
firon şimalda öz uğurlarmı möhkəmlədə bilmədi. Suriyada Misir hökmranlığını bərpa
etmək XIX sülalənin üzərinə düşdü. Bu sülalənin ilk fironu Xoremxebin varisi I Ramses
sonra isə I Seti oldu. I Seti şahlığının əvvəllərində Suriya
-
Fələstinə yürüşə başlayır. I
Setinin yürüşünün bilavasitə məqsədi Fələstinin sakitləşdirilməsi idi. Misirin şimal
torpaqları olan Fələstində hərcmərclik hökm sürürdü və bunun başlıca səbəbkarı köçəri
tayfalar idilər. Onlar firona qarşı qiyama səbəb olur, bir-biri ilə müharibə aparır və ölkədə
nizamsızlıq yaradırdılar. Fələstin məsələsində Setinin siyasəti III və IV Amenxoteplərdən
fərqli olaraq uzaqgörənliklə həyata keçirilirdi. Arxada sakitləşdirilməmiş Fələstin ola-ola
Xet şahlığı ilə mübarizə aparmaq qorxulu idi və buna görə də firon Fələstini susdurdu. Buna
baxmayaraq, Fələstinin sakitləşdirilməsi hələ XVIII sülalənin «dünyəvi» dövlətinin bərpa
edilməsi demək deyildir. Növbədə Suriyada ağalıq edən Xet şahlığı və ondan asılı
vəziyyətdə olan Amuru dururdu. I Setinin Xet dövləti ilə müharibəsi həm də ondan asılı
vəziyyətdə olan Suriya şahlıqları ilə müharibə idi. Fironun qələbə yazılarında onun Xet
torpağından qiyamçı ölkələri məhv edib suriyalıları qıraraq qayıtmasından danışırlar. Firon
Xet şahlığının hakimiyyətində olan və Suriya şəhərlərindən ən başlıcası Amurrun
darmadağın edəndən sonra Kadeş şəhərini tutdu. Het dövləti və onun müttəfiqləri ilə
müharibə Misir üçün uğurlu oldu. Fiv şəhəri şahın Amon silahına hədiyyə kimi gətirdiyi
Anadolu və Suriya əsirləri və müxtəlif növ qiymətli əşyalarla doludur. Fironun məğlub
etdiyi xalqlar və tutduğu şəhərlər arasında Fələstin və Cənubi Finikiya şəhərləri, orta
Suriyada Kadeş, Kata, Ullaza, Nahrima, Tunib var idi. Xet mixi yazılı mənbələrindən
məlum olur ki, Suriyadakı Amuru şahlığı Misirin tərkibinə daxil edilmişdir, yəqin ki,
müəyyən vaxt Misir dövlətinin tərkibinə Oroit çayı üzərindəki Kadeş şəhəri də daxil
edilmişdi. Onun oğlu və varisi II Ramses bütün qələbələrinə baxmayaraq özündən əvvəlki
şahlığının sərhədlərinin şimal hissəsini saxlaya bilmədi.
Misirlə Xet şahlığının müharibəsi II Ramsesin hakimiyyətinin 5-ci ili (e.ə. 1300-cü il)
başlandı. Bu ilin hərbi əməliyyatlarmı firon özünün «ikinci qalibiyyətli yürüşü» hesab
edirdi.
Misir yazılarının birində deyilir ki, şimal xalqları əlahəzrətin «sərhədlərinə hücum etmək
üçün» gəlmişdilər. Hər halda onu Xet dövlətinin fitnələri məcbur etsələr də hücum edən
tərəf firon özü olmuşdur. Bütün hadisələr Kadeş yaxınlığında baş vermişdi. Yadımıza salaq
ki, I Setilin vaxtında Kadeş Misir dövlətinin tərkibinə daxil edilmişdir, Ramsesin
hakimiyyətinin 5-ci ili onun Misirə düşmən ittifaqın tərkibində olması bu ərəfədə onun
Misirdən qoparıldığını göstərir. Xet şahı Muvattalis Misir ordusu ilə açıq döyüşdən
çəkinirdi. Onun ordusu o dövrə görə çox saylı (28 min döyüşçü və 6 mindən çox at) olsa da,
nizamsız idi və əsasən muzdlulardan ibarət idi. Ordunun əsasını Xet dövlətinin döyüşçüləri
təşkil edirdilər. Lakin onlardan başqa orduda öz qala bütün Anadolu və Suriya şahlarının
nümayəndələri var idi: Artsava, Luka, Kussuvadna, Aravana, Fəpətboyu, Suriya, Kapkemiş,
Amino, Uqarit, Nuxaşik, Kadeş köçəri tayfalar və s. Bu müttəfiqlərin hər biri öz
hökmdarlarının başçılığı ilə hərəkət edirdi və bu orduya rəhbərlik etmək Muvattalist üçün
çox çətin idi. Belə nizamsız ordu ilə mütəşəkkil Misir ordusuna qalib gəlmək çox çətin idi.
Sonrakı 16 illik mübarizə göstərdi ki, Xet ordusu açıq döyüşdən çəkinir daha çox Suriya
qalalarında otururdu. Hətta Kadeş yaxınlığındakı döyüşün də gedişi göstərirdi ki, Xet
şahlığı hərbi gücdən çox hiylə ilə qalib gəlməyə ümid bəsləyirdi.
Mənbələrdən məlum olur ki, Ramses Kadeş şəhərini tuta bilmir. Rəqiblər bir-birinə güc
gələ bilmədilər və gözlənildiyi kimi, Xet şahı Muvatalis firona sülh təklif etdi. Bu haqda
Kadeş yaxınlığındakı döyüş haqqında yazılmış povestdə məlumat vardır. Burada Xet
nümayəndələrinin məktubla Ramsesin yanına gəlməsi, misirlilərin hərbi müşavirəsi və
fironun düşmənin xahişinə «xeyirxahlıqla mərhəmət» göstərməsi haqqında yazılır.
Ramsesin şahlığının 8-ci ili Misir ordusu yenidən Suriya - Fələstinə yürüş edir. Misir
ordusunun zərbələri altında Fələstin qalaları və tayfaları məğlub olurdular. Ramsesin qələbə
abidələrində cənubda Aşkelon, Ölü dənizdən şərqdə Moav, Finikiyada Akka, Livanın cənub
sərhədi yaxınlığında yaxınlığında İenam və onlarla naməlum torpaqlar göstərilir.
Müharibə Xet dövlətinin ərazisində keçdi və firon Amuru ölkəsindəki Dapur qalasına
yaxınlaşdı. Firon qalanın alınmasında şəxsən iştirak etdi və Xet qoşunu məğlub edildi. Mixi
yazılı mənbələrdəki məlumata görə, nəticədə yenə də Şimali Suriya və hətta Amuru şahlığı
Xet şahlığının əlində qaldı. II Ramsesin hakimiyyətinin 2I-ci ili sülh bağlanmasının
mümkünlüyünü misirlilər düşmən qüvvələrinin tamamilə gücdən düşməsi ilə izah edirdilər.
Misirin güzəştə getməsi haqqında isə belə bir fərziyyə irəli sürmək olar. Yeni Şahlıq
fıronları Suriya-Fələstin təbəələrindən xərac alırdılar. Xəracın ağırlığı həmişə qiyamçı
əhvalruhiyyəyə səbəb olurdu. Suriya -Fələstin torpaqlarına uzaqdan - uzağa sahiblik etmək
orada güclü rəqib olmadığı halda mümkün idi. Misirin belə bir rəqibi güclənmiş Het dövləti
oldu.
II Ramses dövründə Misirin Xet şahlığı ilə münasibətləri III Tutmos dövrünün Misirin
Mitanni ilə münasibətlərini xatırladırdı. Fərq bunda idi ki, Xet şahlığı Mitannidən xeyli
güclü idi. Mitanni şahını öz ölkəsində məğlub etmək olardı və Suriyadan əl çəkməyə
məcbur etmək olardı. Xet dövlətini məğlub etməyə isə Misirin gücü çatmadı və 16 illik
üzücü mübarizədən sonra Ramses başa düşdü ki, Fələstin və Suriyanın bir hissəsinə yalnız
şimaldakı işğallardan imtina etdikdən sonra yiyələnmək olar.
Mənbələrin məlumatına görə, Misirlə Xet çarlığı arasında sülh müqaviləsi II Ramzesin
çarlığının 17-ci ilində - e.ə. 1280-cı ildə imzalanmışdır. Müxtəlif ədəbiyyatlarda fərqli tarixə
də rast gəlmək mümkündür. Sülh müqaviləsi II Ramses ilə Muvatallisin varisi III Hattusilis
tərəfindən bağlandı. Bu müqavilə sülh, qardaşlıq, xarici təcavüzün və daxili siyasi
konfiliktlərin dəf edilməsindəəməkdaşlıq haqqında məlum olan ən qədim müqavilələrdən
biridir.
II Ramsesin şahlığının 2I-ci ilin qışın əvvəlində Xattusilisin səfiri, misirli tərcüməçinin
müşayiəti ilə fironun paytaxtı Per - Ramses şəhərinə gəldi və Misir şahına öz hökmdarı
adından üzərində müqavilənin mixi yazılı mətni olan gümüş lövhəciyi təqdim etdi. Bu
lövhəcikdən müqavilə Misir dilənə tərcümə edildi və sonradan Misir heroqrifləri ilə daş
üzərinə həkk edildi. Müqavilənin qısa mətni belədir: «Qoy gələcəkdə, əbədiyyətə qədər
tanrı Misirin böyük hökmdarı və Xet ölkəsinin böyük hökmdarı arasında bu müqaviləyə
uyğun olaraq düşmənçilik yaranmasına imkan verməsin. Qoy Het ölkəsinin böyük
hökmdarının övladları Misirin böyük hökmdarı Ramses Meriamunun övladları ilə qardaş
olsunlar və sülh şəraitində yaşasınlar. Qoy Misirin böyük hökmdarı Ramses hər hansı bir
yeri tutmaq məqsədi ilə heç vaxt Xet ölkəsinə hücum etməsin». Müqavilənin mətnində daha
sonra deyilirdi:
Əgər hər hansı bir düşmən Misirin böyük hökmdarı Ramsesin torpaqlarına hücum edərsə və
o, Xet ölkəsinin böyük hökmdarına «Mənimlə düşmənə qarşı qalibiyyətli qoşununla birgə
çıxış et deyə müraciət edərsə, Xet ölkəsinin böyük hökmdarı gələcək və onun düşmənlərini
darmadağın edəcək. Və əgər Xet ölkəsinin böyük hökmdarı şəxsən özü gəlmək istəməsə, o,
ləngimədən öz piyada və cəng arabalarından ibarət qoşunu göndərəcək və onlar onun
düşmənlərini darmadağın edəcək.
Əgər Misirin böyük hökmdarı Ramses Meriamun öz xidmətçilərinə qəzəblənərsə və ya
onlar Ramsesə qarşı hər hansı bir çıxış edərlərsə və o, onları darmadağın enmək istəyərsə
Xet ölkəsinin hökmdarı onunla birlikdə olacaq və Ramsesin qəzəblənməsinə səbəb olanların
hamısını məhv edəcək.
Əgər hər hansı bir düşmən Xetin böyük hökmdarının torpaqlarına hücum edərsə və o, Misir
ölkəsinin böyük hökmdarına müraciət edərsə, Misir ölkəsinin böyük hökmdarı gələcək və
onun düşmənlərini darmadağın edəcək.
Əgər böyük Xet hökmdarının qulluqçuları ona qarşı qalxarlarsa, onda, Ramses Meriamun
da müqaviləyə uyğun olaraq onunla birlikdə olacaq. Vəəgər Xet ölkəsinin hökmdarı «Mən
öldükdən sonra qoy, Ramses Meriamun böyük Xet hökmdarının varisinə köməyə gəlsin, » -
deyərsə onda, o gəlsin.
Əgər hansı bir əyan Misir torpağından Xet ölkəsinin hökmdarının yanına qaçarsa və yaxud
Ramses Meriamuna tabe olan Asiyadakı hər hansı bir şəhər ondan ayrılarsa və o, Xet
hökmdarına müraciət edərsə qoy, böyük Xet hökmdarı onları qəbul etməsin vəəmr etsin ki,
onları ağaları Ramses Meriamuna qaytarsınlar. Və əgər hər hansı bir əyan Xet ölkəsindən
qaçaraq böyük Misir hökmdarı Ramsesin yanına gələrsə yaxud hər hansı bir şəhərli, hər
hansı bir kəndli... Ramsesin yanına gələrsə, qoy, Ramses onları qəbul etməsin vəəmr etsin
ki, onları Xet hökmdarına qaytarsınlar.
Əgər Misir torpaqlarından I, 2 və ya 3 adam qaçarlarsa, və Xet hökmdarın yanma gələrlərsə,
qoy, Xet hökmdarı onları tutsun və böyük Misir hökmdarına qaytarmağı əmr etsin. Ramses
Meriamuna qaytarılacaq adama gəldikdə isə qoy, ona qarşı bu cinayətlə bağlı heç bir iş
qaldırılmasın. Qoy, onun evini, arvad və uşaqlarını məhv etməsinlər, qoy, onun özünü
öldürməsinlər. Qoy onun gözlərinə, qulaqlarına, ayaqlarına xətər yetirməsinlər. Qoy ona
qarşı hər hansı cinayətə görə də iş qaldırmasınlar. Eyni qaydada Xet ölkəsindən adamlar,
fərdi yoxdur, I, 2 və ya 3 nəfər olsun, qaçıb böyük Misir hökmdarının yanına gələrlərsə, qoy
böyük Misir hökmdarı Ramses onları tutsun və böyük Xet hökmdarına qaytarmağı əmr
etsin və qoy böyük Xet hökmdarı da onların cinayətləri ilə bağlı heç bir iş qaldırmasın,
evlərini, arvad və uşaqlarını məhv etməsin, özünü öldürməsin, qulaqlarına, ağzına,
ayaqlarına heç bir xətər gətirməsin, ona qarşı başqa bir cinayət işi qaldırmasın».
Müqaviləni nəzərdən keçirdikdə görürük ki, heç bir bənddə Misirlə Xet şahlığının
sərhədindən danışılmır.
Dostları ilə paylaş: |