Qədim Misir Plan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix30.12.2021
ölçüsü0,8 Mb.
#49471
1   ...   8   9   10   11   12   13   14   15   ...   22
qədim dünya tarixi

Yeni Babilistan dövləti
Plan:
1. Yeni Babil padşahlığının meydana gəlməsi və Xaldey sülaləsi
2. Yeni Babil padşahlığının güclənməsi, zəifləməsi və süqutu.
3. Nabonidin dini siyasəti
Babil   çarlığı   Mesopotamiyada   yerləşən,   öz   hakimiyyətə   altında   böyük   əraziləri
birləşdirən güclü bir düvlət olmuşdur.а Onun tarixi bir neçə dövrə bölünür: qədim
(e.ə.   XIX-XVI),   orta   (e.ə.   XVI-XII),   qeriləmə   (e.ə.   XII-VII),   yeni   (e.ə.   VII-VI).
Qədim dövr Şümer-Akkad dövlətinin daqılmasından  sonra başlamışdır.  Akkad və
Assur kimi, Babil dövlətin tarixi eyni adlı şəhərlə bağlı olmuşdur. Sami dillərində
Bab-İl sözləri oTanri qapısıФ deməkdir. İlk Babil dövlətinin yaradıcısı Sumuabum
olmuşdur. Dövlət çarlar və ona tabe olan məmurlar tərəfindən idarə olunurdu. Babilin
baş tanrısı və himayəçisi Mərduk adlı tanrı idi. O insanların və yeyvanların yaradıcısı
hesab olunurdu.
Babil şəhəri çox əlverişli yerdə yerləçirdı: orada ticarət, karvan yolları kəsişirdi.
Eyni zamanda, Dəclə və Fərat çaylarınınа bir-birinə yaxınlaşmasına görə, bu yerlərdə
suvarma və gəmiçiyin inkişafı üçün geniş imkanlar yaranmışdır. Qədim Babilin güclü
dövlətə çevrilməsi prosesi çar Hammurapinin (e.ə. 1792 Ц 1750 illər) hakimiyyəti
zamanı baş vermişdir. O Mesopotamiyanın cənubunda yerləşən şəhərləri, daha sonra
ətraf dövlətləri Ц Mari və EşnunnaТnı ələ keçirmişdir. Şimalda isə Assur, Ninova vənı ələ keçirmişdir. Şimalda isə Assur, Ninova və
bəşqa şəhərlər onun hakimiyyətini gəbul etmişdirlər. Hammurapinin dövründə ölkədə
inşaat işləri görülürdü, suvarma sistemləri təkmilləşdirilmişdir; heyvandarlıq, ticarət,
gəmiçilik, sənətkarlıq sahələri inkişafedirdi, hətta yeni suvarma kanalları qazılırdı.
Babil   cəmiyyətinnin   ictimai   quruluşu,   başqa   qədim   cəmiyyətlərdə   olduğu   kimi,
quldarlıq olmuşdur. Kölə əməyindən geniş istifadə olunurdu və qul ticarəti aparılırdı.
Kölələr   təbəqəsi   hərbi   dustaqlar   və   borclarını   verə   bilməyən   adamlardan   ibarət
olmuşdur.
Çar Hammurapi həmdə tarixdə ilk dəfə olaraq qanunlar məcmuəsi dərc etmişdir. Bu
qanunlar ictimai həyatın bütün sahələrini əhatə edirdi. Orada cinayət hesab olunan
əməllər və onların müqabilində tətbiq olunan cəzalar əks olunmuşdur. Bu məcmuə
kələcəkdə oÇar Hammurapinin qanunlarıФ adlandırılmışdır və daş sütunlar üzərində
həkk olunmuşdur. Bü cür sütunlar bütün ölkə şəhərlərində qurulmuşdur və əhali çar
Hammurapinin qanunları bilirdi. Sütunlardan biri Susa şəhərində tapılmışdır və başqa
dillərə tərcümə olunmuşdur.
Hammurapidən   sonra   ölkə   tədricən   zəyifləməyə   başlamışdır.   Daha   sonra   daxili
çəkişmələr   və   xarici   qüvvələrlə   savaşlar   başlamışdır.   Cənubda   elamlılar   Şümer
şəhərlərini,   şimalda   Mitanni   dövləti   ticarət   yollarını   ələ   keçirərək,   Babilə   ağır
zərbələr endirmişdirlər. Eyni zamanda kassi tayfaları da ölkəyə basqınlar edirdilər.
Onların başçısı Qandaş 1742-ci ildəа Babilə qarşı uğurlu yürüşlər təşkil edə bilmişdi.
Sonda hittilər e.ə. 1595 ildə Babilə qarşı yürüş edərək, şəhəri ələ keçirdilər, şəhərin


baş tanrısı Mərdukun heykəllərini özləri ilə apardılar. Bununla da qədim Babil tarixi
sona çatmışdır.
Bundan sonra Babili kassilar idarə edirdi. Lakin onlar zəngin Babil mədəniyyətinin
təsiri   altında   olmuş,   onun   mənəvi   dəyərlərini   mənimsəmiş,   tədricən   babillilərlə
qarışmışdırlar. Kassi  çarı II Aqum  hittilərə  qarşı  yürüş  edib, baş  tanrı  Mərdukun
heykəllərini geriyə qaytarmışdır. Lakin kassi hakimiyyəti də tədricən zəyiflədi. Babil
əvvəlcə Misirin, sonra isə Mitanni və Hitti çarlıqlarından asılı vəziyyətə düşdü. Sonra
Assur dövləti gücləndi və e.ə. XIII-cü əsrdə Babili idarə edən kassi çarlarını məğlub
etdi. Eyni zamanda ölkəyə elamlılar da basqınlar edirdi. Onlar e.ə. XII-ci əsrdə Babil
dövlətinin çox hissəsini işğal edib, kassi çarlarının hakimiyyətinə son qoydular. Sonra
Babil   Elam   .     canişinləri   tərəfindən   idarə   olunurdu.   Lakin   Babilin   bəzi   şəhərləri
elamlıların   hakimiyyətini   qəbul   etməyib,   elamlılara   müqavimət   göstərmişdirlər.
Elama   qarşı   azadlıq   hərəkatına   Babilin   qərbində   yerləşən   İsin   şəhərinin   başçıları
rəhbərlik edirdilər. Onlardan ən güclüsü çar I Nəbu-Kudurri-Usur (Nəbukadnəzar)
(e.ə. 1125-1103 illər) olmuşdur. O elamlılara qalib gələ bilmişdir. Bundan sonra baş
şəhər yenə də Babil olmuşdur.
Daha   sonra   e.ə.   XI-VIII-ci   əsrlərdə   Babilə   və   bütün   Mesopotamiya   ərazisinə
Ərəbistandan gəlmiş arami, sonra isə, e. ə. VIII-ci əsrdə, kəldani tayfalarının axını
prosesi baş vermişdi. Onlar da tədricən Babil mədəniyyətini mənimsəmişdirlər.
E.ə.   IX-cu   əsrdən   başlayaraq,   Babilistana   Assusuriya   qoşunu   hücum   etməyə
başlamışdır. Onlar ölkənin şimal hissəsini ələ keçirmişdirlər. E.ə. 744-cü ildə Assur
çarı III Tiqratpalasar Babil şəhərini də ala bilmiş, lakin Babilin dövlətçiliyinə tam son
qoymamışdır.   Bundan   sonra   ölkə   Assura   tabe   olan   kiçik   çarlıq   halında   həyatənə
davam etdirmişdir.
Assur şarı II Şarrumken (Sarqon) Babili hakimiyyəti altında saxlaya bilməmiş və
şəhər kəldani tayfa başçısı Mərduk-Apla-İddin tərəfindən istila edilmişdir. Orada o
özünü Babil çarı elan edərək, elamlılarla birlikdə assurlulara qarşı savaşa başladı. E.ə.
720-710-cu   illərdə   müttəfiqlər   üstünlük   əldə   edə   bilmişdirlər.   Lakin   sonra,   II
Şarrumken Elam goşununa qalib gəlmiş, Mərduk-Apla-İddini isə Babildən qaçmağa
məcbur etmişdir. E.ə. 705-703-cü illər ərzində Mərduk-Apla-İddinа assurlulara qarşı
vuruşmuş, lakin heç bir uğur əldə edə bilməmişdir.
E.ə. 692-ci ildə babillilər Assuriyaya qarşı üsyana qalxmış, Elam və arami tayfaları
ilə ittifaq bağlamışdırlar. Bir müddət tərəflər arasında ganlı döyüşlər getmişdir. Lakin
sonda   Assur   çası   Sanheriv   (Sinaherib)   E.ə.   689-cu   ildə   Babili   işğal   edərək,   onu
darmadağın etmiş, əhalinin çoxusunu öldürmüş, sağ qalanların bir hissəsini isə kölə
edib, şəhərdən sürgün etmişdir.
Daha   sonra   hakimiyyətə   gələn   çar   Esarhaddon   Babili   bərpa   etmiş   və   sağ   qalan
babilliləri   yenidən   şəhərə   gaytarmışdır.   Yeni   Babil   çarı   Şamaş-Şum-Ukin   əvvəl
Assura   tabe   olmuşdur,   lakin   sonra,   e.ə.   652-ci   ildə   Misirlə,   Elamla,   aramilərlə,
ərəblərlə, kəldanilərlə və Suriya dövlətləri ilə ittifaqa girərək, yenə də Assura qarşı
savaşa başlamışdır. Lakin bu dəfə də babillilər məğlub oldular. E.ə. 648-ci ildə Assur
qoşunu şəhəri ələ keçirib, əhalisinin çox hissəsini məhv etmişdir.
E.ə. 626-cı ildə Assura qarşı daha bir üsyan başlamışdır. Üsyançılara kəldani tayfa
başçısı Nəbu-Apla-Usur (Nəbopalassar) rəhbərlik etmişdir. O, Elamla ittifaqa girərək
Assura  qarçı  bir  neçə   uğurlu  yürüş  təşkil  edə  bilmişdir.  E.ə.   626-cı  ilin  sonunda


babillilər onun hakimiyyətini qəbul etdilər. Şəhərə gələn Nabopalasar, özünü çar elan
edərək, Yeni Babil dövlətini qurmuşdur. E.ə. 616-cı ildə babillilər Uruk şəhərini ələ
keşirmiş, sonra isə Assur şəhərini mühasirəyə almışdırlar. Lakin onları ələ keçirə
bilməmişdirlər. E.ə. 614-cü ildə Assura qarşı daha bir güclü dövlət - Midiya - savaşa
girmişdir.   Midiyalılar   Assur   şəhərini   alıb   onu   əhalisi   ilə   birlikdə   məhv   etdilər.
Bundan sonra e.ə. 612-ci ilin bahar aylarında babillilər midiyalılarla ittifaqa girərək,
onlarla o dövrdə Assurun baş şəhəri olan Nəynəvaya qarşı hüguma keçərək, onu
mühasirəyə aldılar. Həmən ilin avqust ayında müttəfiqlər Nəynəvanın müdafiəsini
yararaq, şəhəri ələ keçirib, onu əhalisi ilə birlikdə yer üzündən sildilər.
Assur qoşununun bir hissəsi Xərran şəhərinə qaçmış və orada müqaviməti davam
etdirmişdirlər. E.ə. 609-cu ildə Nabopalasar oraya irəliləyərək onları məğlub etmişdir.
Bu   zaman   Suriya   və   Fələstin   üzərinə   Misir   qoşunu   irəliləmişdir.   Fironlar
Assuriyanın süqutundan yararlanmaq və bu əraziləri Misirin tərkibinə qatmaq fikrinə
düşmüşdürlər.   Bunun   qarşısını   almaq   üçün   Nabopalasar   Fərat   çayının   sahilində
yerləşən Qarkəmiş şəhərinə hücum edərək, e.ə. 605-ci ildə orada yerləşmiş misirliləri
darmadağın etmiş, sonra isə Suriya və Fələstini ələ keçirərək, onları öz dəvlətinin
tərkibinə qatmışdır.
E.ə.   605-ci   ildə   hakimiyyətə   Nabopalasarın   oğlu   II   Nəbu-Kudurri-Usur
(Nəbukadnəzar) gəlmişdir. O çox güclü və tanınmış çar olmuşdur. Onun dövründə
Babil   dövləti   Misirlə,   Suriya   və   Fələstin   torpaqları   uğrunda   savaşlar   aparmışdır.
Orada  bir  neçə  vilayət Misiri  dəstəkləmiş  və  Babilə  qarşı  üsyana   qalxmışdır. Bu
vilayətlərdən biri də Yəhudiyyə dövləti olmuşdur. E.ə. 588-ci ildə II Nəbukadnəzarın
qoşunu Yəhudiyyənin baş şəhəri Yeruşalaimi (Qüdsü) mühasirəyə almış və 586-cı
ildə yəhudilərin müqavimətini qıraraq, şəhərə girmişdir. Yeruşalaim dağıdılmış və
yandırılmış, əhalisi isə oradan imperiyanın başqa vilayətlərinə sürgün olunmuşdur.
Rəvayətlərə   körə,   Yeruşalaimdəki   yəhudilərin   ən   müqəddəs   yeri   olan   Süleyman
məbədi  də   tamamilə  dağıdılmışdır.  Bundan  sonra  Nəbukadnəzar   Sidon,  və  Edom
şəhərlərini almış, Tir şəhərini isə mühasirədə saxlamışdır. Beləliklə, e.ə. 582-ci ildə
Misir,   Fələstində   müttəfiqlərinin   məğlub   edilməsindən   və   Babil   ordularınin   onun
sərhədlərinə   qədər   irəliləməsindən   sonra,   Babillə   sülh   sazişi   bağlamağa   məcbur
olmuşdur.   574-cü   ildə   isə   sonuncu   müqavimət   ocağı   olan   Tir   şəhəri   də   Babil
imperiyasına tabe olmuşdur.
II   Nəbukadnəzar   Babildə   və   imperiyanın   başqa   bölgələrində   çoxlu   inşaat   işləri
aparmıçdır. O Babili uzunluğu 14 metrəyə çatan, iki cərgəli möhkəm divarla əhatə
edərək, onu alınmaz qalaya çevirmişdi. Bayır divarın önundə müdafiə xarakterli su ilə
dolu xəndək qazılmışdır.
II Nəbukadnəzardan sonra, Babildə hakimiyyət uğrunda daxili çəkişmələr olmuşdur.
Bu   çəkişmələrin   nəticəsində   Babilin   sonuncu   çarı   arami   əsilli   Nəbu-Nəid
(Nabonidus)   (e.ə.   556-539)   hakimiyyətə   gəlmişdir.   Onun   hakimiyyəti   zamanı
imperiyada   vəziyyət   çox   gərginləşmişdir:   vilayətlərəri   üsyanlar   bürümüş,   hakim
zümrələr arasında ziddiyətlər kəskinləşmişdir. Nabonidus kahin zümrəsinin yüksək
nüfuzunundan ehtiyat edərək, onu endirməyə çalıçırdı. Bunun üçün o, Babildə Sin
tanrısını   baş   tanrı   etmişdir.   Lakin   ənənəvi   Mərduk   tanrısının   kahinləri   bununla
razılaşmaq istəməmişdirlər.


Əvvəlcə Nabonidus problemləri həll edə bilmişdir. Üsyanlar yatırılmış, daha sonra
Şimali Ərəbistanda yeni ərazilər fəth edilmişdir. Orada Teymə şəhəri inşa edilmiş və
çarın iqamətgahı oraya köçürülmüşdür. Babili isə Nabonidusun oğlu Bel-Şar-Usur
(Valtasar) idarə edirdi.
Lakin sonra imperiyada vəziyyət yenə də mürəkkəbləşmişdir. Daxildə cəmiyyətin
müxtəlif   zümrələri   çarın   apardığı   siyasəti   bəyənmirdilər.   Bu   zaman   Babilə   İran
orduları daxil oldular. Nabonidus onlara məğlub olub, əsir götürülmüşdür. Onun oğlu
isə Babil uğrunda gedən döyüşdə oldürülmüşdür. Bundan sonra Babilin bütün ərazisi
İran imperiyasının tərkibinə qatılmış və bu dövlət tarixdən silinmişdir.
II   Nəbukadnəzar   çarlığı   zamanı   Babil   Yaxın   Şərqin   ən   inkişaf   etmiş   dövləti
olmuşdur.   İctimai   həyatın   hər   bir   sahəsində   iqtisadi   inkişaf   və   mədəni   dirçəliş
müşahidə edilirdi. Babil Qədim şərqin ən büyük şəhəri olmuşdur. Onun əhalisinin
sayı 200000 minə çatmışdır. Şəhərin bir tərəfində böyük çar sarayı, başqa tərəfində
isə, Esagila adlanan, babillilərin əsas tapınaqı (məbədi) yerləşmişdir. Bu dördkünc
tapınaqın hər tərəfinin uzunluğu 400 metrə olmuşdur. Esagilanın yanında uzunluğu
91   metrəyə   çatan   Etemenanki   (sümercə   Cənnət   ve   Dünyanın   quruluşu)   adlanan
qülləsi (ziqquratı) inşa edilmişdir. Onun ən yüksək yerində Mərduk tanrısının məbədi
yerləşirdi. Bəlkə də məhz bu ziqquratı yunanlar odünya möcüzələrindənФ biri hesab
edirdilər. Babilin  oasma bağlarıФ(rekonstruksiya) Babildə  oasma bağlarФ  adlanan
daha bir odünya möcüzəsiФ olmuşdur. Bu bağları II Nəbukadnəzar öz sevimli həyat
yoldaşı Midiya çarı Kiaksarın qızı Amitis üçün salmışdır. Gözəl təbiəti olan Midiya
dağlarında anadan olmuş Amitis, qumlu düzənlikdə yerləşən Babilin quru iqliminə
uyğunlaşa bilmirdi. Ona təsəlli vermək üçün, II Nəbukadnəzar oasma bağlarınФ inşa
edilməsi   əmrini   vermişdir.   Bu   işin   görülməsi   üçün   bu   işə   o   dövrün   ən   tanınmış
inşaatçıları, ustaları,mühəndisləri və başqa mütəxəssiləri cəlb edilmişdirlər.а
Asma bağları  dörd təbəqədən ibarət olan piramida formasında inşa edilmişdir. Alt
təbəqə dördbucaq formasında olub, onun
tərəflərinin uzunluğu 40 metrəyəçatmışdır. Üst təbəqələr isə uzunluğları 25 metrəyə
çatan sütunlar üstündə durmuşdur. Hər təbəqə əvvəl asfaltla qarışmış qamışla, sonra
qirs məhlulu ilə bərkidilmiş iki lay kərpiclə döşənmişdir. Bunların üstü qurğuşum
plitələrlə bərkidilmişdir. Bu  cür mürəkkəb bünövrə, o təbəqələrdə bitən bitkilərin
suvarılması zamanı suyun alta axmasının qarşısının alınması üçün qurulmuşdur. Bu
bünövrənin üstü müxtəlif yerlərdən gətirilmiş münbit torpaqla  döşənmişdir. Onun
üzərində müxtəlif növ ağac və başqa bitkilər əkilmişdir. Onları imperiyanin müxtəlif
yerlərindən və hətta xarici ölkələrdən gətirmişdilər.Uzaqdan bu piramida yaşıl təpəlik
kimi görsənirdi.
Sütunların birinin içində aşağıdan piramidanın üstünə qədər boru xətti çəkilmişdir.
Bu boru ilə Fərat çayından gətirilmiş sular nasoslar vasitəsi ilə yuxarı qaldirılmış və
oradan xüsusi kanallarla aşağı tökülərək bitkilərin suvarılması üçün istifadə edilirdi.
Eyni zamanda bu suların məcrasını elə qurmuşdulrlar ki, onlar çaylar və şəlalələr
kimi axırdı.
Lakin qeyd edilməlidir ki, başqa rəvayətlərə ğörə, Asma bağları  II Nəbukadnazar
deyil, Assur çariçası Şammuramat (Yunanca Semiramis) (E.ə. 813-803) tərəfindən
inşa edilmişdir[2]. O əslən babilli olmuşdur və sonra İştar ilahəsi ilə eyniləşdirilib


ilahələşdirilmişdir. Semiramis Assurda göy tanrısı Nəbunun kultunu yaymışdır. Buna
ğörə də bəzən bu bağlara oSemiramisin asma bağlarıФ deyirlər.
Lakin bu rəvayət daha çox əfsanəyə  bənzəyir, çünki Semiramisın adı ilə qədim
yunan   yazarları   əfsanəvi   hadisələrini   bağlayırdılar.   Məsələn,   Babilin   yaranmasını,
güya Hindistana qədər edilən yürüşləri, göyərçinə dönüb ölümdən xilas olmasını və s.
əfsanəvi   hadisələri  ona  yazırdılar.  Bəzi  müəlliflər  isə  hesab   edirlər  ki,  Amitis və
Semiramis   eyni   şəxsiyyətdir   və   bu   adları   daşıyan   qadın   Nəbukadnəzarın   həyat
yoldaşı   olmuşdur.   II   Nəbukadnəzarın   dövründəinşa   edilmiş   qədim   Babilin     giriş
qapısı (ilahə İştar qapısı).
E.ə. IV əsrdə Babil Makedoniyalı İsgəndər tərəfindən istila olunmuş və o, bu şəhəri
öz imperiyasınin baş şəhəri elan etmişdir. İsgəndər  oasma bağlardaФ  dincəlirdi və
burada da vəfat etmişdi.
Butün bu tikililər bizim zamanəmizə çatmamışdır. Onların xarabalıqları arxeoloqlar
tərəfindən tapılmış və ehtimal olunan görkəmləri rekonstruksiya edilmişdir.
Babildə müxtəlif elmlər inkişaf etmişdir. Elmi fəaliyyətlə əsasən kahinlər məşğul
olurdu və onlara dini don geydirilirdi. Ən inkişaf etmiş elmlərdən biri riyaziyyat
olmuşdur,  çünki  hesabat  kahinlərə  astroloji  nəzəriyyələrin  qurulması   işinə  xidmət
edirdi   və   məbədlərin   nəzrindəki   məktəblərdə   tədris   olunurdu.   Lakin   sonra   riyazi
hasablama həyatın başqa sahələrində (məsələn, suvarma kanallarınin inşasında, əkin
sahələrinin olçülməsində və s.) də istifadə olunmağa başlamışdır. Bəzi hallarda Babil
riyaziyyatçılarının nailiyyətləri gələcəkdə   yaranan  yunan  elminin nailiyyətlərindən
daha  əhəmiyyətli olmuşdur. Məsələn  babillilər, yunanlardan  fərqli olaraq,  bu gün
olduğu kimi, rəqəmlər nə qədər böyük olursa olsun, onların ifadə edilməsində az
simvollarından (və yə hərflərdən) istifadə ediblər. Yəni ən böyük rəqəmlərin yazılışı
qısa   olmuşdur;   bu   gün   olduğu   kimi,   hər   şey   eyni   rəqəm   işarəsinin   harada
qoyulmasından   asılı   olmuşdur[4].   Bu   da   hesabat   aparmaq   üçün   əlverişli   və   rahat
olmuşdur.   Bu   cür   hesabat   sistemi   nə   yunanlarda,   nə   romalılarda   olmuşdur.
Romalıların rəqəmləri çox nəhəng və hesablamalar üçün əlverişsiz idi. Lakin müasir,
əsası onrəqəmli olan, hesabat sistemindən fərqli olaraq, babillilərin hesablamalarının
əsasında altmış rəqəmli sistem durmuşdur. Bu sistemdən bəzi hallarda bu gün də
istifadə   olunur.   Məsələn   bir   saat   60   dəqiqəyə,   dəqiqə   isə   60   saniyəyə   bölünür.
Bundan   başqa,   dairənin   də   360   dərəcədən   ibarət   olması   da   babillilərin   ixtirası
olmuşdur.
Babil   kahinləri   düzbucaqlı   üçbucaqların   xüsusiyyətlərindən   istifadə   edərək,
planimetrik[5] məsələləri həll edirdilər. Beləliklə onlar Pifaqor teoremini yunanlardan
bir   neçə   əsr   öncə   həll   etmişdirlər.   Stereometriya[6]   sahəsində   isə   onlar   kəsik
piramidanın həcmini ölçə bilmişdirlər.
Bundan başqa, Babildə handəsə elmi yaranmışdır. Onlar bu qün də riyaziyyatda
işlənilən   köklərdən   də  istifadə  edirdilər.  Bəzi   Babil  rəqəmləri  Babildə  təbabət   və
kimya elmləri də olmuşdur, lakin onlar cadugarlıq və magiya ilə bağlı idilər. Orada
insan   orqanizminin   orqanları   tədqiq   edilmiş   və   vahid   sistem   şəklində   təsəvvür
edilirdi. Buna görə də Babil təbibləri artıq cərrahiyyə əməliyyatları apara bilirdilər.
Bundan başqa, onlar xəstəlikləri sistemləşdirmiş və onları müalicə edən dərmanları
da qələmə almışdırlar. Məlumdur ki, babillilər heyvan, bitki və daşları qələmə alaraq,
onları sistemləşdirmişdirlər. Filologiya sahəsində də kahinlər uğurlar əldə etmişdirlər.


Onlar həm sami, həm də şümer dillərindən istifadə edərək, ilk dəfə onların qrammatik
quruluşlarını tədqiq etmişdirlər.
Babildə   müəyyən   dərəcədə   tarix   elmi   də   olmuşdur.   Təxminən   e.ə.   2100-cü   ildə
orada oÇarların siyahısıФ adlı bir mətn yazılmışdır. Orada çarlığın göydən enməsi və
silsilə   şəklində   yerdə   davam   etməsi   haqqında   məlumat   verilir   və   çarların   adları
şəkilir. Göründüyü kimi, tarixi məlumatlar da orada mistik xarakter daşıyırdı. Sonra
bu ənənə başqa yerlərdə də davam etdirilmişdir. Çarlıq müqəddəs təsəvvür edilirdi,
gələcəkdə isə onlar Tarının yerdəki nümayəndələri kimi tanınırdılar. Babilin oDünya
xəritəsiФ.   Britaniya   muzeyi,   London   Qədim   babillilərin   coğrafiya   elmi   haqqında
anlayışları   olmuşdur.   Britaniya   muzeyində   e.ə.   700-500-cü   illərə   aid   olan   Babil
xəritəsi vardır. Xəritənin mərkəzində Babil yerləşdirilmişdir. Burada Assurun, Elamın
və   başqa   yerlərin   adları   da   çəkilmişdir,   Dəclə   və   Fərat   çayları   da   göstərilmişdir.
Xəritənin   mərkəzi   sahəsini   dairəvi   dəniz   əhatə   edir.   Dəniz   dairəsinin   üstündə
üçbucaqlar   şəklində   səkkiz   vilayət   göstərilmişdir.   Xəritənin   üstündəki   mətn   çox
yerlərdə   pozulmuşdur   və   buna   görə   tam   anlaşılmır.   Demək   olar   ki,   orada   real
obyektlərdən başqa mifik varlıqların da yaşayış yerləri göstərilmişdir. Buna görə də
bəzi alimlər hesab edirlər ki, bu xəritə qismən mifoloji xarakter daşıyır.Babilin və
ümumiyyətlə bütün Mesopotamiyanın elmi və texniki nailiyyətləri bütün dünyada
elmin inkişafına təkan vermişdir. Buraya elm almaq üçün başqa ölkələrin istedadlı
insanları gəlirdilər.
Öz   vətənlərinə   dönəndən   sonra,   onlar   orada   öyrəndiyi   elmi   inkişaf   etdirirdilər.
Beləliklə biliklər bütün dünyaya yayılmağa başlamışdır. İlk yunan mütəfəkkirləri də
elmi öyrənmək üçün Babilə gəlirdilər. Ümumiyyətlə ilk yunan filosofları Kiçik Asiya
yarımadasının   polislərində   (müstəqil   şəhərlərində)   yaşamışdırlar.   Bu   polislər   isə
Yaxın Şərq ölkələri ilə fəal iqtisadi, ticari, mədəni əlaqələr qurmuşdurlar və onların
həyatının bütün sahələri ilə yaxından tanış idilər[7]. Fales, Pifaqor, Platon və başqa
yunan filosofları Yaxın Şərqə səyahətlər edib, buranın elmi ilə tanış olmuşdurlar.
Bundan sonra onlar Yunan polislərində elmi və fəlsəfi məktəblər açmışdırlar. Daha
sonra isə yunan elmi gələcəkdə inkişaf edən müsəlman və müasir Avropa elminin
inkişafına təkan vermişdir.а
Mesopotamiyada göy cismlərinə həsr olunan elmlər çox inkişaf etmişdir. Onların
hamısı mistika və dini inanclara bağlanırdılar. Orada bu sahədə olan bilgilər toplanıb,
sistemləşdirilirdi. Qədim astronomlar göy cismlərinin hərəkətlərini diqqətlə müşahidə
edib,   onların   qanunauyğunluqlarını   tapıb,   göyün   quruluşunu   əks   etdirən   xəritələr
tərtib   edirdilər,   bunlarla   bağlı   terminlərin   təriflərini   verirdilər.   O   zaman   alimlər
əsasən kahinlər olmuşdurlar. Buna görə də onlar göy cismləri ilə bağlı olan elmləri
dini   inanclar   müstəvisinə   keçirib,   onların   hər   bir   insanın   həyatına   və   dünya
hadisələrinə təsir etməsini iddia edirdilər. Mari çəhərində tapılmış yazılı gil lövhəsi
(e.ə. XVIII-ci əsr). Onun bir fraqmentinin tərcüməsi:oRəbbim ZimrilimТnı ələ keçirmişdir. Şimalda isə Assur, Ninova vəə: Sənin
nökərin olan Asqudum sənə demək istəyir ki, bu ayın 14-cü günüа ayın tutulmasını
müşahidə etmişdi. Bu şərrin əlamətidir, lakin sənin üçün və sənin ölkən üçün bu
əlamət xeyrlidir...Ф [10] Kahinlər hesab edirdilər ki, yerdə olan hər bir şey, əslində
göylərdə baş verən hadisələrin əks olunmasıdır. Yəni əslində hər şey səmalarda baş
verir, yerdə isə onun yalnız kölgəsi əks olunur. Gələcəkdə bu fikir yunan filosofu
Platonun ideyalar aləminin olması nəzəriyyəsinin əsasını təşkil etmişdir. Buna görə


də kahinlər  ohəqiqiФ  dünyada baş verən hadisələrinin sirrlərini bilmək və onların
yerdə   əks   olunmasını   proqnozlaşdırmaq   istəyirdilər.   Məhz   bunun   nəticəsində
astrologiya   adlanan   və   bu   gün   də   dəbdə   olan   mistik   elmin   əsası   qoyulmuşdur.
Astrologiyanın falçılıq, cadu, ovsun və sehrlə də sıx əlaqəsi olmuşdur. Daha sonra bu
mistik elmlər Misirə, Hindistana, İrana, sonra isə onların vasitəsi ilə bütün dünyaya
yayılmışdır.
Qədim   Mesopotamiyada,   sümer   dövründən   başlayaraq,   göy   gismlərin
tanrılaşdırılması prosesi başlamışdır. İnsanlar onlarla öz inanclarını bağlayıb, ulduz
və planetlərin onların talelərinə təsir etməsinə inanırdılar. Şümer dövründən bizim
zamanəmizə qədər heç bir astroloji mətn çatmamışdır, lakin onların tanrıları göylə
əlaqələndirilirdilər: An Ц göy, Nanna Ц ay, Utu Ц günəş, İnanna Ц Venera planetinin
tanrıları olmuşdurlar. Onlara ibadət edilirdi və gimnlər oxunurdu.
Bu   inanclar   astrologiyanın   yaranması   üçün   zəmin   yaratmışdır,   lakin   planetlərin
hərəkətlərinin müşahidələri və bu sahədə biliklərin sistemləşdirilməsi prosesi Qədim
Babildə, e.ə. 2000-1530-cu illər ərzində başlamışdır. Bu gün bizə məlum olan ilk
astroloji   mətn   o   dövrdə   yazılmış   və   Fərat   çayının   yaxınlığında   yerləşən   Mari
şəhərinin xarabalıqlarında tapılmışdır. Bu mətndə Asqudum adlı münəccim kahin, çar
ZimrilimТnı ələ keçirmişdir. Şimalda isə Assur, Ninova vəə ayın tutulmasının müşahidə etməsini və bunun ona və onun vilayətinə
xeyrli olmasını bildirmişdir. Bu yazıdan məlum olur ki, o dövrdə kahinlər planetlərin
hərəkətlərini izləmiş və bunun əsasında gələcək hadisələri proqnozlaşdırmağa cəhd
etmişdirlər.
Günəşin,   ayın,   Venus   (Venera)   planetinin   hərəkətləri   də   izlənilirdi   və   bunun
əsasında gələcək hsdisələr üçün xəbərlər verilirdi. Bu cür mətnlər çar Assurbanapalın
kitanxanasında tapılmışdır. Onların adını şərti olaraq Enuma, Anu, EnlilФ  (mətnlər
bu tanrıların adı ilə başlanır) qoymuşdurlar.
Qədim   Babil   münəccimləri   əsasən   ölkənin,   çarların,   havanın,   məhsulun   gələcək
aqibətlərinin   necə   olması   haqqında   xəbərlərin   verilməsi   ilə   məşğul   olmuşdurlar.
Onlar   hələ   hər   bir   şəxsiyyətin   taleyinə   və   gələcəyinə   dair   xəbərlərə   o   qədər   də
əhəmiyyət verməmişdirlər.
Şümer   inanclarından   istifadə   edərək   kahinlər   bütün   göyü   Enuma,   Anu   və   Enlil
(babillilərdə Iştar, Sin və Şamaş) tanrılarının sahələri olan üç hissəyə bölmüşdürlər.
Bu üçluk və ya triada müqəddəs sayılırdı. Beləliklə, üç rəqəmi sümer və babillilər
üçün   müqəddəs  sayılırdı.   Daha   sonra  Babil   münəccimləri   heliaktik  doğuşları[12],
günəşin, ayın doğması və batması proseslərini diqqətlə müşahidə edib, bu barədə
zəngin biliklərə malik olmuşdurlar. Astronomik ölçüləri və hesabatları düz aparmaq
üçün onlar ilk dəfə olaraq astrolabium[ cihazını yaratmışdırlar. Təxminən e. ə. 700-
650-ci illərdə Babildə ilk dəfə olaraq Mul Apin (Ulduz kotanı) adlanan astronomik
dərslik   yazılmışdır[].   Burada   ilk   dəfə   olaraq   Zodiak   bürcləri   anlayıçına   doğru
addımlar   atılmışdır   və18   bürc   qələmə   alınmışdır.   Və   nəhayət   e.ə.   VII   əsrdən
başlayaraq, Babil çarları saray münəccimi vəzifəsini təsis edərək, öz işlərini ulduz
falına   baxdırandan   sonra   həyata   keçirirdilər.   Sonra   bu   adət   başqa   yerlərdə   də
yayılmışdır.
Yeni Babil dövründə astrologiya və astronomiya elmləri daha da inkişaf etmişdir. O
dövrdə   artıq   qoroskoplar   tərtib   edilməyə   başlamışdır.   Münəccimlər   artıq   onların


vasitəsi   ilə   insanların   falına   baxırdılar.   Qoroskopların   tərtibi   bu   gün   də   davam
etməkdədir. Ən qədim qoroskoplar Babildə e.ə. V əsrdə tətbiq edilmişdir.
Bununla   bərabər   Babildə   riyaziyyat   elmi   də   inkişaf   edirdi,   çünki   qoroskopların
tərtibi zamanı hesablamalara ehtiyac duyulurdu. Babil qoroskoplarında hər doğulan
uşağın doğum günü, bundan başqa dünyaya gələn anda ayın, günəşin və planetlərin
düzülüşü, yeni çıxan ayın səmada qalması və günəşin doğmasından sonra bütöv ayın
səmada galmasının müddətləri haqqında məlumatlar verilirdi. Bunların əsasında hər
bir insanın falına baxılırdı. Həmçinin o dövrdə ayin və günəşin tutulması hadisələri
izlənir, bu barədə tarixi məlumatlar astroloji qündəliklərə salınırdı, onlar öncədən
proqnozlaşdırılırdı.   Babil   çarı  СAmmi-ZadukaТnı ələ keçirmişdir. Şimalda isə Assur, Ninova vənın   (e.ə.   1647-1626)   dövründə
münəccimlər   tərəfindən   yazılmış  oEnuma,   Anu,   EnlilТnı ələ keçirmişdir. Şimalda isə Assur, Ninova vəin   63   N-li   gil   lövhəsidir.
Britaniya muzeyi, London. аOnun bir fraqmentinin tərcüməsi: oŞabatu ayının 15-ci
qünü Venus (Venera) qərbdə gizləndi və göydə üç gün görsənmədi. Şabatu ayının 18-
ci günü isə o yenidən şərqdə görsəndi. Bu çarlar üçün bədbəxtçilik gətirəcək
Mul   Apin   lövhələrinin   səkkizinci   hissəsi   Aya   doğru   aparan   yol   adlanır.   Burada
Zodiakınilk dəfə olaraq, bu yolda bürclərin qurşağı olması iddia edilir[18]. Bu bürclər
tanrıların rəmzləri kimi düşünulürdü. Təxminən 1000-ci ildə babillilər ay yolunda 18
bürcün olmasına inanırdılar. 

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin