mədəniyyəti kimi böyük bir mədəni sivlizasiyanın olduğu sübuta yetirilir. XX əsrin 20-ci
illərində ingilis alimlərinin arxeoloji tapıntıları Harappa rayonunda e.ə. IV minillik və II
minilliyin ortalarına təsadüf edən mədəniyyəti, Mohenco-Daro və s. aşkar etmişlər. Şəhər
tipli tapıntılar ibtidai sivilizasiya tarixinin b.e.ə. III-II minilliyə aid olduğunu göstərir.
Şəhərtipli məskunlaşma sivil qaydalara tam cavab verir: düz küçələrdə ciddi perpendikulyar
formada planlaşdırılan 2 mərtəbəli kərpic evlər; evlərin künclərinin dövrəyə alınması
(güman edilir ki, insan və yüklərin daşınmasına mane olmamaq şərtinə əməl etmək üçün)
kanalizasiya sistemi üçün keramik boruların tətbiqi və s. yüksək mədəni tərəqqidən xəbər
verir. Çoxsaylı arxeoloji tapıntılar Harappa mədəniyyətinin b.e.ə. III-II minilliyin ortalarına
aid olduğunu sübut edir. Bu dövrdə metalların aşılanması, torpaq işi təkmilləşdirilir, bir çox
peşələr haqqında biliklər inkişaf etdirilir. Bunların içərisində daş, mis, bürünc alətlər və
silahlar (bıçaq, balta, oraq, mişar və s.), zərgərlik nümunələri (bəzək əşyaları, ilahə fiqurları,
amuletlər və s.) xüsusi yer tutur. Oyun komplektləri -şahmat, dama, dulusçuluq sənətkarlığı
nümunələri və onların hazırlanması üçün xüsusi sobalar və s. arxeloji qazıntılar zamanı əldə
olunub. Harappa və Mohenco-Daroda 400-ə yaxın piktoqrafiya (təsvirli yazı) yazı
nümunələri tapılmışdır. Mağara təsvirləri, ov səhnələrini əks etdirən rəsmlər də bu dövrün
sənət nümunələridir. İlahə və allahların təsvirlərini əks etdirən rəsmlər də aşkar
edilmişdir. B.e.ə. II minilliyin I yarısında Harappa mədəniyyətinin tədricən süqutu özünü
göstərir və minilliyin ortalarında bu tamamilə itir. Geoloji tədqiqatların nəticəsi belə bir
məhv olmanın səbəblərini təbii fəlakətlərlə – dəhşətli zəlzələ, Hind çayının öz məcrasını
dəyişməsi və s. ilə izah etməyə imkan verir. Digər fərziyyələr də özünü doğrultmağa çalışır:
bəzi tayfaların hakimiyyətdə olması və mədəniyyətin aşağı səviyyədə inkişafına şərait
yaratması. Lakin bütün bu fərziyyələrə baxmayaraq, belə bir fikir özünü doğruldur ki,
Harappa mədəniyyəti ölkənin sonrakı mədəni inkişafı üçün əsas baza oldu.
Fərziyyələrin birini b.e.ə. II minilliyin ortalarında şimaldan Hindistanın şərq və cənub
istiqamətlərinə doğru hind- avropa dillərində danışan arilərin gəlməsi fikri təşkil edir.
Heyvandarlıqla məşğul olan bu tərəkəmələr uzun müddət öz ənənələrini qoruyub
saxlamışlar. Sonralar öz əmək fəaliyyətlərində arilərin torpaqla məşğuliyyəti başlıca yer
tutur. Bu əhali, ilk növbədə kənd sakinləri idi. Böyük mərkəzi şəhərlər yox dərəcəsində idi.
Dülgərlik, toxuculuq, dəmirçilik, dulusçuluq geniş yayılmış peşə sahələri idi. Pul funksiyası
heyvanlar (inəklər) vasitəsilə yerinə yetirilirdi. Din, fəlsəfə, dünyanı dərketmə və öyrənmə
sahəsi üzrə aparıcı istiqamətlərdən birini mənəvi mədəniyyət abidələri təşkil edirdi. Vedalar
deyilən (hərfi mənası — bilik) mənbələrdə dini təsəvvür və görüşlər öz əksini tapmışdır.
Vedalar b.e.ə. II minilliyin sonu — I minilliyin əvvəlinə aid edilir. Bunlar san-skritlə
yazılmış hərbi, hakimiyyət uğrunda mübarizə, yaradıcı əmək mövzularına həsr edilmişdir.
«Müqəddəs bilik» sistemi kimi Vedalar induizmin əsas müqəddəs kitabı hesab edilməklə
Qədim hind mədəniyyətinə yeni bir cığır — veda mədəniyyəti kimi daxil olmuşdur. Onun
əsasını 4 toplu təşkil edir: Riq-Veda (himnlər kitabı), Sama-Veda (ritual və mahnı toplusu),
Yadcur-Veda (qurbanvermə zamanı dua formulları), Atharva-Veda (mahnı və nəğmə,
qarğışlar). Dini aspektləri ilə yanaşı Vedalarda təmsil, nağıl, satiralar da mövcuddur. Erkən
vaxtlarda Vedalar şifahi yolla nəsildən-nəsilə ötürülür, sonralar kahinlər onları qeydə
almışdı. Bu zaman hər bir Veda ənənəvi təfsirə — Brahmana mənsub olmuşdu. Daha
sonralar veda ədəbiyyatının dini-fəlsəfi təfsiri – Upanişad və Aranyaki formasında əks
olunur. Bunlar veda teologiyasının müxtəlif sahələrinə həsr olunmuşdur. Upanişada bir
qayda olaraq öyüd-nəsihətlər daxil idi ki, onu da müxtəlif filosoflar yazmışlar. Aranyaklar
— Brahman və Upanişadlar arasında əlaqəni möhkəmləndirən mənbə rolunu oynayır.
Beləliklə, veda ədəbiyyatını vedalar (samhitlər) tərtib etmiş, izahını isə brahman, upanişad,
aranyaklar aparmışlar.
Qədim hind-veda mədəniyyətində epik poemalar – «Mahabharata» («Bharat nəslinin böyük
müharibəsi») və «Ramayana» («Ramanın qəhrəmanlıqları haqqında hekayələr») mühüm yer
tutur. Poemaların mətnləri b.e.ə. I minilliyin II yarısında reallaşdırılmışdır. Hər iki poema
müqəddəs kitablar hesab edilərək hər hansı bir münaqişədə, dini, fəlsəfi və əxlaqi
məsələlərin həllində istifadə edilirdi. Buradakı fantastik səhnələr bir-birini qədim hindlilərin
həyat tərzindən olan səhnələrlə əvəz edir. Bu əsərlərin qəhrəmanları Krişna və Rama hind
dini panteonuna Vişna allahının təcəssümü kimi daxil olmuşdur. Sonralar Konfutsi,
Aristotel, Kant və d. əsərlərində səslənən «Özünə məsləhət bilmədiyini başqasına da bilmə»
fikri ilk dəfə bu poemalarda səslənmişdi. Həqiqətən də Veda, Mahabharata və Ramayana
hind xalq müdrikliyinin əsil ensiklopediyası hesab edilməlidir.
Veda ədəbiyyatı dövrün bir sıra elm sahələri haqqında zəngin məlumat verir. Bunlara
torpaqşünaslıq (gübrə, toxumsəpmə, ipəkçilik, bitki zərərvericiləri və s.), tibb (xəstəliklərin
siyahısı, onların əlamətləri, 760-a yaxın müalicə qaydaları, anatomiya, patologiya, terapiya
və s.), həndəsə, peşə, hərbi texnika, astronomiya və s. aiddir.
Veda tədqiqatçıları veda allahlarının bir-birilə əlaqəsi, qarşılıqlı vəhdəti sistemini əks
etdirən mənzərə yarada bilməmişlər. Buradakı allahlar təkrarlanmış allahların əlamət və
xüsusiyyətlərini özündə əks etdirir. Vedalarda dünyanın yaranması haqqında fikir çox
dumanlıdır. Burada onun yaradılması bəzən heçdən, bəzən də mingözlü, minayaqlı,
minbaşlı ilk insan Puruşa (allah tərəfindən hissələrə ayrılmış) tərəfindən yaranması
söylənilir. Ölümün ardınca, arilərin ölüm dünyasının allahı hesab etdikləri Yama hakimlik
edir. Hindlilərin ən qədim ibtidai dini adətlərindən birini pirlərdə qurbanvermə mərasimləri
təşkil edir. Artıq b.e.ə. I minilliyin əvvəllərində Hindli arilər oturaq həyat tərzinə keçdilər.
Çoxsaylı knyazlıqların öz aralarındakı didişmələri adi hala çevrildi. Veda dinindəki
ayinlərin mürəkkəbləşməsi kahin-brahmanların nüfuz və rolunu gücləndirdi. Allahlar
panteonunun tərkib və xarakteri dəyişdi. Bu zaman yeni bir dini cərəya brahmanizm
formalaşmağa başlayırdı. Həmin dinin nəzəriyyəsinə görə Brahma geniş okeanda üzən qızıl
yumurtadan yaranmışdır. Onun düşüncə gücü yumurtanı iki hissəyə – Səma və Yerə bölür.
Həyatın yaranma prosesində bəzi məqamlar (su, od, torpaq, hava, efir), allah, ulduz, zaman,
relyef və s. yaranır. İnsanlar kişi və qadın başlanğıclarında formalaşır və onların əksi olan
bitki və heyvan aləmi yaranmağa başlayır. Brahmanizmə keçid hələ də allahların vahid
iyerarxiyasını üzə çıxara bilməmişdi. Şiva Allahı müxtəlif xarakterli dini əqidələri
birləşdirir. Vişna Allahı yer üzərində olanların mühafizəçisi kimi qəbul edilir.
Brahmanizmin başlıca elementlərindən birini sansara (ruhun insan bədənində təcəssümü)
yenidəndoğulma nəzəriyyəsi təşkil edir; bu təlimə görə ölüm nəticəsində insanın ruhu başqa
bir yeni cismə köçür (insana, heyvana, bitkiyə, Allaha). Bu təcəssüm zənciri sonsuz olub,
insan taleyindən-karmadan (davranış) asılıdır. İlk quldarlıq dövlətlərinin formalaşması
insanların hüquq, vəzifə, ictimai vəziyyətlərinə görə ayrı-ayrı qruplara – varnalara
(keyfiyyət, rəng) bölünməsinə səbəb oldu. İki mühüm imtiyazlı varna mövcud idi –
brahman (kahin) və kşatri (hərbi zümrə, şah, knyaz). Kənd təsərrüfatı, peşə, ticarət ilə
məşğul olan digər kütlə xarakterli varna isə vayşilər, lap aşağı səviyyəli varna-şudrlar idi.
Bura tabe olan kütlə aid idi.
Cəmiyyətin varnalara bölünməsi «Manu Qanunu»nun yaranmasına səbəb oldu ki, burada
hər bir varna nümayəndələrinin hüquq və vəzifələri əks olunurdu.
Qədim hind mədəniyyətində Mahadha-Mauri dövrünün də çox böyük mədəni əhəmiyyəti
olmuşdur. Bu dövr b.e.ə. IV-II əsrləri əks etdirən tarixdir ki, bu zaman Qanq çayı ətrafında
mövcud olan quldar dövlətlərindən biri Mahadhaya Mauri sülaləsi hakimlik etmiş və böyük
mədəni tərəqqisi ilə nəinki Hindistanda, bütün Şərq aləmində tanınmışdır. Çaynizm
tərəfdarları dərvişlik edərək buna hər cür karmalardan azad olmanın və nirvanaya çatmanın
yolu kimi yanaşırdılar. Çaynizm brahman allahlarının panteonunu rədd edirdi. Çaynizm
ruhun əbədiliyini qəbul edir və nirvananı əbədi həzz kimi təzahür etdirir. Bu dini cərəyanda
şər-axmaq həyat, dərvişlik – həqiqi dini qəhrəmanlıq kimi dərk edilir. Maurilərin görkəmli
şahı olan Aşoka (b.e.ə. 273-232) buddizmi dövlət dini elan etmişdir. Həmin dinə sitayişlə
əlaqədar bir çox kilsə, çoxsaylı məbəd, monarx birlikləri yaradılmışdı.
Bir çox ədəbi və təsviri mənbələr həmin dövrün yüksək memarlıq və təsviri sənətindən
xəbər verir. Xüsusilə, dini memarlıqda türbə, monastır, məbədlər özünəməxsus yer
tutmuşdur. Təkcə Aşokanın hakimiyyəti dövründə 80 min türbə inşa edilmişdir. Bu dövrdə
tikilən yarımdairəvi türbələrin yuxarısında dəfn üçün yer ayrılıb.
Memarlıq və digər sənət elementlərinə görə Aşokanın sarayı da məftunedici idi. Həmin
saray ağac memarlığı ilə özünün yüksək səviyyəsini nümayiş etdirib.
Maurilərin ardınca Kuşanlar sülaləsi (b.e-nın I-III əsrləri) qədim Hindistanın tərəqqisini
yüksəklərə qaldırdı. Xüsusilə, Kanişkinin hakimiyyəti dövrü (b.e. 78-123) buraya aid edilir.
B.e-nın I-III əsrlərində handhar incəsənət məktəbi mühüm yer tutdu. Bu məktəbdə Şimali
Hindistan, Orta Asiya, Yunan-Roma məktəbinin ənənələri üstünlük təşkil edirdi. Bu
məktəbin özüməxsusluğu Buddanın ideallaşdırılmış gözəl insan obrazında antropomorf
təsvirdə verilməsi ilə izah edilir.Kuşan hökmranlığından sonra Quptlar sülaləsinin
hakimiyyəti dövrü başladı ki, onun da əsasını rac Çandraqupt (b.e-nın 320-330) qoydu. Bu
dövrdə maddi mədəniyyət yüksək inkişaf əldə etdi. Torpaq təsərrüfatı inkişaf edir:
toxumların yeni təsnifat yaranır, kübrələrin geniştətbiqinə yer verilir, ipəkçilik tərəqqi
edir. pək və pambıq parçaların əldə edilməsi və onların bəzədilməsinə xüsusi diqqət
yetirilir. Misdən (tondan artıq) hazırlanmış Buddanın heykəlinin uzunluğu 2 metrə yaxın
idi. Binaların daşdan tikilməsində irəliləyişəldə edilir. Mürəkkəb ölçmə işləri aparılan
mağara məbədləri diqqəti cəlb edir. Bu cür tikililər çoxlu sayda insan əməyini tələb edirdi.
Həmin tikililərin bir cəhəti də onunla izah edilirdi ki, burada ayrı-ayrı sənətkarlar – daş
yonanlar, cilalayanların ustalığı tikililərin gözəlliyini artırırdı. Qupt incəsənətinin zənginliyi
və əlvanlığını heykəltəraşlıqdakı müxtəliflik, mağara və Açant məbədləririndəki fasad və
divarlardakı təsvirlərdən görmək mümkündür. 30-a yaxın mağarada monumental rəngkarlıq
nümayiş etdirilmişdir. Bu təsvirlərdə xalq həyatının səhnləri, Quptların dövründə inkişaf
etmiş sahələrdən biri də elm idi. Xüsusilə astronomiyanın inkişafı bir sıra məqamlarda
özünü təzahır etdirirdi. Yerin kürə şəklində olması haqqında ideyalar səslənməkdə idi. Səma
ekvatoruna görə göy cisimlərinin hərəkəti haqqında cədvəllərin tərtibinə geniş yer verilirdi.
Qədim hind riyaziyyatçıları dünya elminə əsaslı tövhələr vermişlər. Məhz Qədim
Hindistanda rəqəmlərin sıfırdan başlamaqla 10-luq say sistemi tərtib olunmuşdu.
Kimya və tibb ilə məşğul olma dini-praktiki xarakter daşıyırdı. Qədim hindlilərə metalların
termik aşılanması üsulu məlum idi. Dini səciyyəyə əsasən xəstəliklərin mənbəyi günahla
izah edilirdi, lakin diaqnostika, müalicə üsulları haqqında qədim hindli həkimlər bəşəri
irəliləyişlər etmişlər. Görkəmli həkimlər Çavaka (b.e.ə. V-IV əsr), Çaraka (e.ə-nın I əsr)
cərrahiyyə əməliyyatları zamanı keyləşdirmə üsulunu tətbiq etmiş, 200dən artıq tibbi
alətdən istifadə etmişlər. Bu qısa məlumatlardan bir daha aydın olur ki, qədim Hindistan ilk
sivilizasiyaların beşiklərindən biri olmuşdur.
İslam hind mədəniyyətinə güclü təsir göstərdi. Burada memarlıq və rəngkarlığı xüsusi qeyd
etmək lazımdır. Monqol imperiyasının hər bir hakimi adının əbədiləşdirilməsi üçün qala-
sarayların, sərdabə və məscidlərin tikintisinə xüsusi diqqət verirdilər. Hind memarlıq
abidələrinin bir çoxuna müsəlman üslubu xasdır. Dehlidəki Qütbminarə kompleksi, Tac-
Mahal saray-qəsri, Dehli və Aqradakı Qırmızı Forit, Fatehnun-Sikradakı, Çaypurdakı saray
tikililəri belələrindəndir. Müsəlman üslubunun xarakterik xüsusiyyəti onunla təzahür
olunurdu ki, bu tikililər sökülmüş tikililər üzərində qurulurdu.
İnduizm dininə zidd olan sikhizm dini Hindistanda XIV əsrdə təşəkkül tapmışdı.
İnduizmdən fərqli olaraq bu din insanların bir allah qarşısında bərabərliyi ideyasını irəli
sürürdü. Bunun üçün sikxlər «5 Ka» prinsipinə əməl etməlidirdər: saçların kəsilməsinə yol
verməmək (keş), onları xüsusi daraqla daramaq (kaçha), polad qolbaq taxmaq (kara) və
xəncər gəzdirmək (kirhan). Hazırda ortodoksal sikxlər bu prinsipə əməl edir.
Xristianlığı Hindistana b.e.ə. 52-ci ildə Qərb sahilindən gəlib çıxmış müqəddəs Foma
gətirmişdi. O, Hindistanda pravoslavçılığın banisi hesab edilir. XVI əsrdə portuqaliyalılar
bu ölkədə katolizmi yaymağa başladı. XVII əsrdə isə protestantizm yayılmağa başladı.
Xristianlığın bu üç təriqəti Hindistanda bu günədək yaşamaqdadır. Zərdüştlik Hindistana
b.e-nın VIII əsrində parslar tərəfindən gətirilmişdir. Bu din Öz adını onun əsasını qoyan
Zərdüştdən götürmüşdür. Bu din onun sələflərinin rəyinə görə unikal olub, bəzi cəhətlərinə
görə yüksəkdir. Zərdüştlik üçün həqiqət, ədalət, sədaqət, qüvvətli olmaq, intizamlı, xeyirxah
olmaq ən vacib anlayışlardır. Zərdüştlükdə əsas dini ayinlər özünü dörd elementdə – su, od,
torpaq və havada təzahür etdirir. Baş allah olan Əhrimənə səcdə oda səcdə ilə ifadə
olunduğundan məbədlərin tikintisinə böyük ehtiyac vardı ki, bu da parslar tərəfindən
tikilirdi. Ona görə də zərdüştçüləri – atəşpərəstlər adlandırırdılar. Təmizliyə, saflığa riayət
zərdüştçülərdə o qədər güclü idi ki, bu çox zaman qəddarlıqla da müşahidə olunurdu.
Məsələn, torpağı günaha batırmamaq şərtilə ölüləri xüsusi qüllələrdə (dakma) saxlamaq və
quşlara yem etdirmək qədim hindlilərə atəşpərəstlərdən keçən adət idi. Hindistanda dinlərin
çoxluğu ölkənin mədəniyyətinə əhəmiyyətli dərəcədə təsir etmişdir. Dairəvi
heykəltəraşlıqda Aşokanın hakimliyi dövrünə aid olan Şirli kapitel mühüm yer tutur.
Sonralar bu təsvir Hindistanın dövlət gerbinin başlıca elementinə çevrildi. Aşokanın
dövründə mağara məbədlərinin tikintisi təşəkkül tapmağa başladı. Onlar çox da böyük
olmurdu. Xeyli sonralar, b.e.ə. I əsrdə Karlidə (Bombey yaxınlığında) böyük mağara
yaradıldı. Bu budda məbədi olan çaytyanın uzunluğu 38 m-ə çatır.
Dostları ilə paylaş: |