Qədim Yunanıstan
Plan:
1. Axey dövləti
2. Mikena dövləti
3. Troya müharibəsi
1. Yunan polisləri
2. Demokratiya və oliqarxiya
3. Yunan koloniyaları
Qədim Yunan sivilizasiyasına tədqiqatçılar xüsusi əhəmiyyət verirlər,
bunun öz izahı var. Belə ki, Qədim Yunanıstanda yaranan mədəniyyət müasir dövrün
sivilizasiyasının təməli olmuşdu. Bu dövrdə yaranmış və inkişaf etmiş bir sıra elmlər:
riyaziyyat, hücum, təbiətşünaslıq, astronomiya və s.müasir elmdə çox hallarda ehkama
çevrilmişdi. Qədim Yunan mədəniyyəti dünya sivilizasiyasının inkişafında güclü təsir
göstərmişdir.
Qədim Şərq mədəniyyətləri – Mesopotamiya, Fələstin, Finikiya, Suriya, Hettlər, Elam,
İran ilk sivilizasiyalarının təməlini qoymuş, sonralar sönməyə başlayaraq b.e.ə.I
minillikdə zəngin Şərq mədəniyyətinin davamı Aralıq dənizinin ərazilərində yerləşən
regionlarında davam etmişdi. Qeyd olunan regionda b.e.ə.VII əsrdən başlayaraq
Yunanıstan mədəniyyət mərkəzinə çevrilmişdi. Yunanıstan qədim dövrlərdə yaranmış
sivilizasiyalarının bir növ varisi olmuş, sonralar onu daha da zənginləşdirmişdi. Qədim
yunan mədəniyyətinin yaranmasına Krit-Miken, Finikiyalılar, Misir, İran
sivilizasiyalarının böyük tövhəsi olmuşdu.
Qədim Yunanıstan mədəniyyətinin keçdiyi tarixi yol adətən Krit-Miken dövründən
başlanır. Egey mədəniyyəti – Qədim Yunanıstanda tunc dövrünə 9 e.ə.təqribən 28-12-ci
əsrlər) aid arxeoloji mədəniyyətin şərti adı. Krit-Mikenin yüzlərlə abidəsi tədqiq
olunmuşdur. Krit-Miken mədəniyyətinə aid Minoy mədəniyyəti (e.ə.təqribən 3-2-ci
minilliklər) mərkəzi Knos olan Krit dövlətində yaranmışdı. Knosda saray qalıqları,
sərdabalar, miss və tuncdan əmək aləti, silahlar və s. aşkar edilmişdir. Kritdə piktoqrafik
yazı sistemi yayılmışdır. Balkan yarımadasında Minoy mədəniyyəti ilə eyni dövrdə
yaranan Ellada mədəniyyəti də Krit-Miken mədəniyyətinə aiddir. Ellada mədəniyyətinin
son mərhələsi Mikena mədəniyyəti ilə səciyyələnir. Mikenada müdafiə tikililəri,
saraylar, hökmdar sərdabası, ticarət-sənətkarlıq məhəllələrinin qalıqları aşkar
edilmişdir. Kiklad mədəniyyəti (Mərkəzi Melos) e.ə.təqribən 1400 ildən sonra Minoya
və Ellada mədəniyyətinin təsirinə məruz qaldı. Avroa ərazisində Krit-Miken mədniyyət
dövründə ilk dəfə sinifli cəmiyyət və dövlət, yazı yaranmış, memarlıq, heykəltəraşlıq və
s.yüksək inkişaf etmişdi.
Knoss sarayı divarları gözəl freskalarla bəzədilirdi. Bu təsvirlər bu gün bizlərə qədim
Kritlilərin həyat və məişəti, mədəniyyəti, dini mərasimləri haqqında zəngin məlumatlar
verir. Krit rəssamları insan fiqurlarının təsirinə Misir Kanonları ruhunda yanaşırdılar.
Təbiətin təsviri o qədər realist ruhda idi ki, insan təsvirləri bu rəsmlərə bütövlük,
dolğunluq bəxş edirdi. Krit həyatında din əhəmiyyətli dərəcədə böyük rol oynayırdı.
Lakin bura da xüsusi məbədlər və kahin kastaları yox idi. Əvvəlcədən Kritdə çar
hakimiyyətinin xüsusi forması olan teokratiya mühüm yer tuturdu. Bu hakimiyyətdə
kübar və ruhuani hakimiyyət bir adamın üzərinə düşürdü. Çar sarayı universal
funksiyaları yerinə yetirirdi, o eyni zamanda həm dini, inzibati, həm də təsərrüfat
mərkəzi idi. B.e.ə.XVI əs rvə XV əsrin I yarısında Knoss mədəniyyətinin çiçəklənmə
dövrü b.e.ə.XV əsrin axırlarında tənəzzülə uğramağa başlayır. Vulkan püskürməsi
nəticəsində şəhər yerlə-yeksan olmuşdu. Krit mədəniyyət mərkəzindən Yunanıstanın
əyalətinə çiçəklənməyə başlayır. Kritdə olduğu kimi, Miken mədəniyyətində də əsas
mərkəzlər saraylar idi. Bunlardan Ən əhəmiyyətlilərini arxeoloqlar Miken, Tirinfe,
Pilos, Afinada tapmışlar. Kritin yerini tutan Miken mədəniyyəti öz təsirini Egey
ərazisinin hüdudlarından uzuaqlarda da göstərə bilmişdir. Onun izlərini Kiçik Asiya,
Kipr, İtaliya, Hətti Misirdə də tapmaq mümkündür. Mikenlilərin dominantlığına
b.e.ə.XII əsrdə bir çox xalqları, o cümlədən dorilərin burada gəlməsi son qoyuda.
Bununla əlaqədar, Miken mədniyyətinin bir çox mərkəzləri barbarlar tərəfinən zəbt
olundu. İqtisadi resurslarla zəngin, yüksək mədəniyyət, yaxşı hazırlanmış hərbi maşina
xas axey dövlətlərinə vəhşilər qarşısında möhkəm dayanmaq nəsib olmadı. Hər şeydən
əvvəl, buna başlıca səbəb bu dövlətlərin daxili zəifliyini, xalqın narazılığı, çoxsaylı
hərbi münaqişə və müharibələrdə maddi və sinsani resurslarının əldən getməsi idi. Ona
görə, kiçik bir daxili təkan dövlətin dağılmasına zəmin yaradırdı. Miken mədəniyyəti
bizim e.ə.XII əsrin sonralarına qədər inkişafı etmiş, sonralar isə əldə olunmuş zəngin
Miken mədəniyyəti o biri xalqların sivilizasiyalarına daxil olmuşdu.
B.e.ə.XI-IX əsrlərin Qədim Yunan mədəniyyəti Homer dövrü adlanır. Homerin məşhur
“İliada” və “Odisseya” əsərləri ilə dünya ədəbiyyatı siyahısına töhfə bəxş etmişdir. Bu
dövrün mədəniyyətinin inkişafının əsas meyarı yunanların təsərrüfat həyatında ümumi-
xüsusi münasibətlərin təsdiqlənməsi hadisəsi oldu. Bu özlüyündə siniflərin təşəkkülünə
zəmin yaratdı və cəmiyyətin sosial strukturunu müəyyənləşdirdi. Yeni ictimai şərait
insanın dünya, həyat haqqında təsəvvürlərini dəyişdi ki, bu da, xüsusilə, bədii
praktikada, yeni sənətdə özünü daha bariz şəkildə təzahür etdirdi.
Mifologiya yunan bədii mədəniyyətində nağıl-dini çərtilik gətirməklə, həyatın bədii
tərzdə dərki üçün əhəmiyyətli rol oynamışdı. Həyat yeni tərzdə – allah və mələklərlə
təzahür tapır. Qədim yunanların şüurunda Olimp allaşları insana xas hisslərə, əməllərə
malik olmaqla zadəgan-aristokratlar, rəhbər, hakim və çarlar idi. Bunlar hər bir
möcuzəni , sehri həyata keçirən obrazlar idi.
Homer dövrünün bədii mədəniyyətindəki bəzi xüsusiyyətlər, əvvəlki tarixi dövrlərin
mədəniyyət və incəsənətindən qalsa da, əvvəllərə bənzəməyən, keyfiyyətcə yeni bir
mədəniyyət yaranırdı. Homer dövründə yunanlar öz allahlarına müqəddəs mağara,
düzənliklərdə etiqad edirdilər. Həmin dövrün memarlıq sənəti haqqındakı təsəvvürlər
tikililərin qalmış bünövrələri. Keramik vaza və qablar üzərindəki taxta saray və
məbədlərin təsvirləridir.
Yunan mədəniyyətində Homer dövrünün sonlarına yaxın sənətin spesifik, səciyyəvi,
təkrarolunmaz xüsusiyyətləri, təzahür tapmata başlayır ki, bunlardan ilk növbədə, bütün
yunan mədəniyyətin aid olan kosmoloji xüsusiyyətdir. Bu xüsusiyyətin əsas mahiyyətini
bütün mədəni hadisələrin dünya qanunua uyğun nizamlanması məsələsi təşkil edir.
Yunan mədəniyyətində bütün əsrlərdə kosmos və təbiət büütn şeylərin ölçüsü kimi
insanla nisbətdə götürülür.
Yunan əfsanələri. Homer. Qədim yunanlar ölkənin keçmişindən bəhs edən çoxlu
əfsanələr və mahnılar yaratmışlar. Bu mahnı və əfsanələrdə uydurmalar olsa da, onlar
yunanların məşğuliyyəti, əmək alətləri, hansı ölkələrdə olmaları, dini və s. haqqında
məlumat verir.
Alimlər əfsanələrdən tarixi mənbə kimi istifadə edirlər. Yunanlar «Dedal və İkar»,
«Tesey», «Arqonavtlar», «Herakl», «Promotey», «Demetra və Persofena» və s.
əfsanələr yaratmışlar. Bu əfsanələrin hər biri yunanların keçmişi, insanları və onların
qəhrəmanları haqqında iftixar hissi tərbiyə edirdi.
Yunan əfsanələrindən birinə görə, Troya şahzadəsi Paris ilahə Afroditanın yardımı ilə
Sparta padşahının arvadı Yelenanı qaçırır. Padşah bundan qəzəblənir, bütün yunanları
müharibəyə çağırır. Yunanların yüzlərlə gəmisi Troyanın yerləşdiyi Kiçik Asiyaya yan
alır. Müharibə on il davam edir. Troya müharibəsi e.ə 1200-cü ildə başlanmışdı.
Yunanlar Troya müharibəsi haqqında çoxlu əfsanələr yaratmışdılar. Kor şair Homer bu
əfsanələr əsasında e.ə. VIII əsrdə «İliada» və «Odisseya» epik poemalarını yaratmış,
onlar e.ə. VI əsrdə yazıya alınmışdı. Yunanların adət-ənənələri, etiqadları, həyat tərzi
haqqında geniş məlumat verən bu poemaların əhəmiyyəti tarix üçün o qədər böyükdür
ki, e.ə. XI-IX əsrlər Homer dövrü adlanır. Yunanıstanın erkən qədim tarixini öyrənmək
üçün Homerin poemaları etibarlı mənbə sayılır. Arxeoloji qazıntılar nəticəsində
Homerin «İIiada» və «Odisseya» poemalarında təsvir olunmuş hadisələrin tarixən
olduğu sübut edilmişdir. Yunanlar Troya şəhərini İlion adlandırırdılar. «İliada»
poemasının adı da buradan götürülmüşdür. Poemada göstərilir ki, Troyanın mühasirəsi
yunanları tamam yormuşdur.
Yunanların qəhrəmanı Axillesin anası Yelena onun dabanından tutub yeraltı suda
çimizdirərmiş. Odur ki, onun bütün bədəni daşbatmaz, dabanı isə zəif imiş. Bu,
Axillesin ölümünə səbəb olur. İndi insanın zəif yerini «Axilles dabanı» adlandırırlar.
Yunanlı Odissey Troyanı tutmaq üçün taxtadan nəhəng at düzəltdirir və içərisinə yunan
döyüşçülərini doldurur. Troyalılar gecə atı şəhərə çəkib aparırlar. Döyüşçülər gecə atdan
çıxıb darvazaları açır, yunanlar troyalıları məğlub edirlər. Buradan da «Troya atı»
ifadəsi meydana gəlmişdir. Bu isə düşməndən hədiyyə qəbul etməyin təhlükəli olması
deməkdir.«Odisseya» poemasında yunanların Troyanın alınmasından sonra Odisseyin
başçılığı ilə yunanların vətənə dönmələri və yolda onların başına gələn hadisələr,
Odisseyin öz doğma şəhəri İtakaya gəlməsi təsvir edilir. Odissey İtakaya gəlib evində
ağalıq edənləri qırır və əvvəlki hakimiyyətini bərpa edir. Hər iki poema böyük ədəbi
əsər olmaqla yanaşı zəngin tarixi mənbədir.
Din. Dünyanın başqa xalqları kimi, yunanlar da təbiət hadisələrinin səbəbini bilmir,
ondan qorxurdular. Onlara görə, təbiəti allahlar və ilahələr idarə edirlər. Rəvayətə görə,
baş allah Zevs, Poseydon və Aid dünyanı öz aralarında bölüşdürmüşlər. Zevs yer və
göyün, Poseydon dənizin, Aid isə yeraltı padşahlığın allahı idi. Zevsin iradəsi ilə şimşək
çaxır, yağış yağırdı. Apollon işıq və incəsənət allahı idi. Günəş allahı Helios qızıl
arabası ilə səfərə çıxanda gün başlanır. Münbitlik allahı Demetra idi. Onun qızı
Persefonanı Aid oğurlayır. Onu anasının yanına buraxmır. Demetra kədərlənir. Hər şey
solur, təbiət təravətini itirir. Zevs Aiddən xahiş edir ki, Persefonanı bir neçə ay anasının
yanına buraxsın. Qız anasının yanına gələndə yaz gəlir, yeraltı dünyaya gedəndə anası
kədərləndiyinə görə qış gəlir. «Demetra və Persefona» əfsanəsi də buradan yaranmışdı.
Yunanlar meşə allahlarını satirlər, bulaq allahlarını nimfalar adlandırırdılar. Yunanlarda
əkinçilik, maldarlıq, ovçuluq, sənətkarlıq və sairə sahələr yarandıqca onları himayə edən
allahlar da yaradılırdı. Dionis şərabçılıq, Hefest dəmirçilik, Hermes ticarət allahı idi.
Afina müdriklik və müharibə allahı idi.
Yunanlar belə güman edirdilər ki, allahlar ən yüksək dağ olan Olimpdə yaşayırlar.
Onları Olimp allahları adlandırırdılar. Prometey insan azadlığı uğrunda mübarizə
aparırdı. Allahlar odun, sənətin sirlərini insanlardan gizlədirdilər. Prometey isə insanlara
ağıl, idrak vermiş, insanlara hesab, sənət öyrətmişdir. Zevsin əmri ilə Hefest Prometeyi
Qafqaz dağlarında yalçın qayaya zəncirləyir. Zevsin göndərdiyi qartal onun ciyərinin bir
hissəsini hər gün qoparır. Hər gün ciyər bərpa olunur. Prometey bu dəhşətə dözür,
amma Zevslə barışmır. Buradan da «Prometey» əfsanəsi yaranmışdır.
B.e.ə.VIII əsrin ortaları VI əsrin axırları arxaik dövr kimi qiymətləndirilərək
Yunanıstanda müstəqil polisləirn təşəkkül tapdığı çağdır. Əhalinin kəmiyyətcə artması,
şumlanmış torpaqların azlığı polislərin çox hissəsii ticarətin, ərazi ekspansiyasının
inkişaf etdirilməsinə sövq etdi. Bu hadisə tarixdə “böyük kolonizasiya” kimi tanınaraq
bədii mədəniyyətin inkişafına şərait yaratdı.
Arxaik dövrdə memarlıq tikililərin tipləri əsasən məbədlərlə izah edilir. Arxaik dövrdə
memarlığın vahid dili – order sistemi yaradırdı. Order sisteminin mahiyyətini inşaatda
vahid ölçü moduldan istifadəni nəzərdə tuturdu. Bu xüsusiyyət tikililərə məxsusi
bütövlük verirdi. Orderin ən qədim növlərindən biri dorik üslubudur. Dorik sütunlar
özünün gözəl fiziki kamilliyi ilə kişi bədəninin təcəssümü idisə, ionik sütunlar öz incə
və bəəyi ilə qadın bədəninə daha yaxın idi.
Yunan sənətkarları məbədləri zövqlə bəzəyir, ən əsası isə bunları müxtəlif allahların
şərəfinə həsr edirdilər.
Arxaik dövrdə müqəddəs yerlərin tikintisi də üstünlük təşkil etdi. Bu müqəddəs yerlər
qədim yunanların həyatında mühüm əhəmiyyətə malik idi. Qədim ənənələr həyata
keçirilən bu yerlər tədricən sənət mərkəzlərinə çevrildilər. Arxaik dövrün məbədləri
əsasən dorik üslubla tikilirdi.
Arxaik dövr incəsənətinin mühüm sahələrindən birini də heykəltəraşlıq təşkil edirdi. Bu
sənət növündən olan nümunələr təkcə məbədləri bəzəmir, həm də dini mədəniyyətin
aparıcı tərkib hissələrindən biri saylıırdı.
Rəngkarlıqdan danışdıqda, mütləq arxaik dövrünün vaza üzərindəki təsvirlərindən bəhs
etmək yerinə düşərdi. Qabların səthindəki rəngkarlıq onları xalça kimi bəzəyirdi. Bu
üslübü, adətən oriyentallıq kimi qələmə verirdilər. Bu xüsuüsiyyət, yunanların ornament
sənətində çox şeyi məhz şərqdən götürməklə izah edilirdi.
Arxaik çağın xüsusiyyətlərindən birini də elmin inkişafı təşkil edirdi. Xüsusilə, fəlsəfi
sistemin – naturfəlsəfənin əsasının qoyulması ilk antik fəlsəfi məktəbin yaranmasınan
sübutu idi. Naturfəlsəfənin nümayəndələri Aləmi, dünyanı vahid maddi varlıq kimi
qəbul edərək onun qanunauyğunluqlarını təhlil etməyə cəhd göstərmişlər.
Pifaqor və onun ardıcılları, mövcud cisimlərin mahiyyətini kəmiyyət münasibətlərində
görürdü. Bu, riyaziyyat, astronomiya, müsiqi nəzəriyyəsinin inkişafı üçün çox
əhəmiyyətli bir nəticə idi. Dövrün ən nəhəng filosoflarından biri Heraklit (b.e.ə.554-
483) idi. O, materiyanın əsasını alovda görürdü. Onun fikrincə təbiətdə və cəmiyyətdə
daim hərəkət, əbədi mübarizə mövcuddur. Həyat, cəmiyyət dəyişikliyə məruz qalır.
Fəlsəfi məktəblə yanaşı, arxaik çağda ədəbiyyat da inkişaf edirdi. Bu dövrün
ədəbiyyatında əsas yenilik eposdan tədricən lirik poeziyaya keçid olur.
B.e.ə.VI əsrə doğru yunan ədəbiyyatında təmsil xüsusi bir janr kmi təşəkkül tapır. Onun
görkəmli nümayəndəsi Ezop hesab edilir. Onun təmsillərinin sujetləri sonrakı tarixi
dövrlərdə də aparıcı yer tutmağa başlayır.
Qədim yunan mədəniyyətinin çiçəklənmə dövrlərindən birini də b.e.ə.VI əsrləri əhatə
edən klassik dövr təşkil edir. Bu dövr erkən klassika (b.e.ə.VI-V əsrin I yarısı), orta
klassika (b.e.ə.V əsrin ortaları) və son klassika (b.e.ə.V-VI əsrin sonları) çağlarına
bölünür.
Erkən klassika dövrdə incəsənətdə ciddi üslub başlıca yer tutur. Bu tarixi dvrdə ictimai-
siyasi şəraitdəki vəziyyətlə bağlı idi. Yunanıstanın Fars hökuməti ilə mübarizəsi, yunan
şəhər-dövlətlərində (polislərdə) demokratiyanın güclənməsi ilə izah edilməyə başlayır.
Arxaik dövrdəki tiranlıq artıq keçmişdə qaldı. Tarix səhnəsində vətəndaş, insan başlıca
fiqur kimi əsas yer tutdu. Bu isə incəsənətdə mübarizə və döyüşlərlə bağlı hadisələrə
üstünlük verilməsinə səbəb oldu.
B.e.ə.V əsrin 60-cı illərində Olimpiyada məşhur Zevsin məbədi ümumellin
cəmiyyətinin əsas müqəddəs yerlərindən biri kimi qiymətləndirilir.
Erkən klassikanın məşhur əsərlərindən biri də “Disk atan oğlun” heykəlidir. Onun
yaradıcısı məşhur Miron idi. O, dövrünün ruhuna tam uyğun şəkildə yaradılmışdır.
Afina Akropolundakı “Afina və Mars” adlı heykəltəraşlıq qruppu da bu sənətdən
əhəmiyyətlidir.
Orta klassika Yunan incəsənəti b.e.ə.V-VI əsrlərdə çiçəklənir. Farsların dağıntılarında
sonra şəhərlərin dirçəldilməsi, məbədlərin bərpası və yenilərinin tikintisi, ictimai bina
və digər müqəddəs tikililərin inşası başlıca yer tutur. Afinada b.e.ə.449-cu ildən
başlayaraq Perikl adlı yüksək təhsilli bir şəxs hakimlik edərək öz ətrafına Elladanın
bütün zəkalı insanlarını cəlb edir. Orta klassik dövr mədəniyyətin hərtərəfli şəkildə
inkişafı ilə səciyyələnirdi.
Dövrün ən məşhur müdriki Sokrat (b.e.ə.470-399) idi. Onun fəlsəfəsinə görə mütləq
həqiqət, mütləq etik dəyərlər mövcuddur ki, bu da allah tərəfindən idarə olunur. Bu
filosof özündən əvvəlki müdriklərin ənənəvi problemlərinə nəzər yetirmədən əsas
diqqəti insana – onun təbiəti, imkan və tərbiyəsinə yönəldir. İnsanın mövcudluğunun və
inkişafının başlanğıcını Sokrata görə ağıl təşkil edir.
Bu çağın digər müdrik filosofu Demokrit idi. O, fəlsəfəyə atomist nəzəriyyənin
müddəalarını gətirmişdi. Demokritə görü təbiət, materiya böünməyən atom
zərrəciklərindən ibarətdir. Filosofun digər bir müddəası ondan ibarətdir ki, səbəbsiz
hadisə yoxdur: təbiət və hadisələrin məqsədi yoxdur, lakin bütün hadisələr şərtidir.
Materiya əbədidir, onun təşəkkülü izaha ehtiyac duymur, yalnız dəyişiklikləri
öyrənmək, təhlil etmək mümkün və lzaımdır, bunu isə allahsız və inamsız da etmək
olar.
Orta klassik dövründə ədəbiyyatda irəliləyiş Esxil, Sofokl, Evripid, Aristofan kimi
yazarların adı ilə bağlıdır. Esxil klassik yunan faciəsinin banisi hesab edilir. Teatra
dekorasiya, maskaların daxil edilməsi Esxilin adı ilə bağlıdır.
Dövrün digər faciə ustadı Sofokl hesab edilir. Onun çar Edip haqqındakı məşhur
faciəsində dövrün bütün xüsusiyyətləri öz əksini tapmışdı.
Klassik dövrünün məşhur komediya ustadı Aristofan hesab edilir. O, öz
komediyalarında siyasi məzmun və aktuallıq səciyyəsi verirdi. Onun komediyalarında
bu motivi aydın şəkildə görmək mümkündür.
Qədim yunan son klassikası dövründə mədəniyyət üçün klassik bir mərhələsini əhatə
edir. Afina və Sparta arasındakı müharibə siyasi böhranla müşahidə olunurdu ki, bu da
sənətdə özünü aydın formada təzahür etdirirdi.
Yunan mədəniyyətinin son klassika çağında memorial abidələr, xüsusilə qəbirüstü
nümunələrin tikilməsi xüsusi bir janr kimi təşəkkül tapdı.
Dostları ilə paylaş: |