Qədim Misir Plan


Makedoniyanın yüksəlişi və Yunanıstanda Makedoniya hegemonluğu



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix30.12.2021
ölçüsü0,8 Mb.
#49471
1   ...   14   15   16   17   18   19   20   21   22
qədim dünya tarixi

Makedoniyanın yüksəlişi və Yunanıstanda Makedoniya hegemonluğu
Plan:
1. Makedoniya monarxiyasının yaranması
2. Yunanıstanın Makedoniya tərəfindən işğalı, Xeroneya döyüşü
3. Ellin dövlətləri
4. Selevkilər dövləti
5. Parfiya və Baktriya
E.ə. VIII-V əsrlərdə yunan-şəhər dövlətlərinin yaranması.  E.ə. XI-IX əsrlər Yunanıstan
tarixinin «Homer dövrü» adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi.
İbtidai   icma   quruluşu   quldarlıqla   əvəz   olunmuşdu.   Orta   Yunanıstanda   Afina,   Cənubi
Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi
şəhər dövlətlər yaranmışdı. 
Afina   şəhər   dövləti.   Orta   Yunanıstanın   cənub-şərqindəki   Attika   adlı   böyük
yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina
şəhəri   salınmışdı.   Təpənin   zirvəsində   ətrafına   hasar   çəkilmiş   Akropol   adlanan   qala
yerləşirdi. E.ə. VIII əsrdə Akropolda yaşayan adlı-sanlı adamlar Attikanın bütün əhalisini
özlərinə   tabe   etdilər.   E.ə.VIII   əsrdə   Afina   şəhər   dövlətini   ağsaqqallar   şurası   və   onun
seçdiyi 9 hökmdar idarə edirdi. 
Adlı-sanlı yunanlar öz idarə üsullarını «aristokratiya», yəni «yaxşıların hakimiyyəti»
adlandırırdılar.   Attikanın   qalan   azad   əhalisinə,   yəni   sənətkarlara,   kəndlilərə,
günəmuzdçulara, dənizçilərə isə «demos» deyirdilər.
Afinada   təsərrüfatın   inkişafı.   Afina   əhalisi   əkinçilik   və   maldarlıqla   məşğul   olur,
əsasən, zeytun və üzüm becərir, şərab və zeytun yağı istehsal edirdi. Şərab və zeytun
yağını saxlamaq və daşımaq üçün amfora adlanan gil küplər düzəldirdilər. Amfora qablar
iki qulplu dar boğazlı idi. E.ə. VI əsrdə qara və qırmızı rəngli amfora istehsal edilirdi.


Akropolun   yaxınlığında   aqora   adlanan   bazar   meydanı   yerləşirdi.   Burada   dulusçuluq,
dəmirçilik, toxuculuq, kənd təsərrüfatı məhsulları satılırdı. E.ə. VII əsrdə Afinada gümüş
pul kəsilirdi. 
Borc daşı. Köləlik. Afinada varlılar əvvəllər özləri torpaqlarını becərirdilər. Sonra
onlar günəmüzdçülardan, (torpağı və daimi işi olmayan, yalnız gördükləri işə görə haqq
alan), daha sonra isə qullardan istifadə etməyə başladılar. Afinada köləliyin əsas mənbələri
dəniz quldurluğu, müharibədə əsir götürmək, borca görə kişiləri, qul qadınların uşaqlarını
qul   etmək   idi.   Qulları   bazarda   satır,   onları,   əsasən,   mədənlərdə,   sənətkar
emalatxanalarında, kənd təsərrüfatı və ev işlərində işlədirdilər. 
Afinada kəndlilər aristokratlardan borca və ya sələminə pul alırdılar. Aristokratlar
verdiyi   borcu   kəndlinin   tarlasının   kənarında   borc   daşına   yazırdılar.   Buraya   borcun
miqdarı,   sələm   faizi,   verildiyi   vaxt,   qaytarılacağı   müddət   qeyd   edilirdi.   E.ə.VII   əsrdə,
demək   olar,   bütün   kəndlilər   borca   düşdülər.   E.ə.   VII   əsrdə   demosun   bir   hissəsi
varlanmışdı, amma yenə də aristokratların hakimiyyəti altında idi.
Demos və aristokratlar arasında mübarizə. E.ə.VII əsrdə Afi¬nada bütün məsələləri
adlı-sanlı adamlardan ibarət Ağsaqqallar Şurasıhəll edirdi. Aristokratlar hakimiyyətlərini
möhkəmləndirmək üçün sərt qanunlar qəbul edirdilər. E.ə. VII əsrdə belə sərt qanunu
Drakon tərtib etmiş və «Drakon qanunu» adlanan bu qanun haqqında deyirdilər ki, o,
«mürəkkəblə deyil, qanla yazılmışdır». Adlı-sanlı olmayan hər kəs cüzi xəta üstündə, hətta
bir salxım üzüm oğurladıqda ölümə məhkum edilirdi. E.ə.VII əsrdə idarəetmədə iştirak
etmək üçün demosla aristokratlar arasında mübarizə başlandı. 
Demos yoxsulların borclarını ləğv etməyi, torpağı kəndlilər arasında bölüşdürməyi
tələb   edirdi.   E.ə.   VI   əsrin   əvvəllərində   demosla   aristokratlar   arasında   mübarizə
kəskinləşdi. Aristokratlar xalqın üsyan edəcəyindən qorxdular və demosa güzəştə getməyə
məcbur  oldular.  E.ə.  594-cü   ildə   demos  və   aristokratları   barışdırmaq   hökmdar  Solona
tapşırıldı. Solon xalq yığıncağına arxalanıb islahat keçirdi və islahata əsasən borc daşlarını
və borca görə qul olmağı ləğv etdi. Afinalıların gələcəkdə borca görə qul edilməsi qadağan
olundıı.   Attikanın   bütün   yerli   kişi   sakinləri   Afina   vətəndaşları   hesab   edildi.   Kənar
yerlərdən   gəlmələr   Afina   vətəndaşı   sayılmırdılar.   Əmlaka   görə   əhali   4   dərəcəyə
bölünürdü. Onlar iki il hərbi təlim keçir, müharibə başlanan kimi bütün vətəndaşlar silahı
ilə orduya gəlməli idi. Piyada döyüşçülərin əksəriyyəti kəndlilər idi. 
Afina vətəndaşları xalq yığıncağında iştirak etmək hüququna malik idilər. Afinada
dövlətin idarə olunmasında daha çox adam iştirak edirdi. E.ə.VI əsrin sonundan başlayaraq
xalq   yığıncağı   Afina   ordusuna   və   donanmasına   başçılıq   edən   strateqləri   də   seçirdi.
Beləliklə,   e.ə.   VIII-VI   əsrlərdə   Afinada   quldarlıq   quruluşu   bərqərar   oldu   və   quldarlıq
dövləti yarandı.
Sparta dövləti. Peloponnes yarımadasının cənub-şərqində Lakonika, cənub-qərbində
isə Messeniya vilayəti yerləşirdi. Bu ərazinin torpağı çox münbit idi. E.ə. II minillikdə
dorilər   hücum   edib   Lakonikanı   tutduqdan   sonra   Sparta   şəhərinin   əsasını   qoydular   və
özlərini spartalılar adlandırdılar. Spartalılar messeniyalılara qarşı uzun müddət mübarizə
apardılar, e.ə.VII əsrdə onlara qalib gəldilər. Tabe olmayanlara ölkədən çıxıb getməyə
icazə verdilər. Spartalılar yerli əhalinin çoxunu qula çevirdilər.
Qulları ilotlar adlandırırdılar. Azad adamlar spartalılara vergi verirdilər. E.ə.VIII-VI
əsrlərdə   Spartada   quldarlıq   dövləti   yarandı.   Burada   xalq   yığıncağı   ahıl   adamlardan
ağsaqqallar şurası seçirdi. Onun üzvləri mühüm işlərə başçılıq edirdilər. Spartalılar ancaq


hərbi işlə məşğul idilər. Qanun onların başqa işlə məşğul olmasına icazə vermirdi. Döyüş
vaxtı onlar bir cərgəyə düzülüb nizələrini qabağa uzadır, irəli yeriyir, sanki divar hərəkət
edirdi. Belə düzülüş falanqa adlanırdı. Spartalılar uşaq vaxtlarından sərt tərbiyə alır, bütün
günü   hərbi   işlə   məşğul   olurdular.   Spartalılar   qısa   və   aydın   danışırdılar.   Belə   danışıq
Lakonik danışıq adlanırdı. Sparta 30 ilə qədər davam edən Peloponnes müharibəsində (e.ə.
431-404)   Afinaya   qalib   gəlmiş,   bütün   Yunanıstana   hakim   olmuşdu.   E.ə.l46-cı   ildə
Romadan asılı vəziyyətə düşmüşdü. 
Yunan koloniyaları Yunan şəhərlərində sənətkarlıq və ticarət inkişaf edirdi. Tacirlər
sənətkarlıq   məmulatlarını   Aralıq   dənizi   və   ona   bitişik   olan   dənizlərin   sahillərində
satırdılar. Kiçik Asiyadakı Milet şəhərində yun parça, Korinf şəhərində ən yaxşı silah,
Afinada əla dulusçuluq məmulatı istehsal olunurdu. Yunanlar hazırladıqları keyfiyyətli
şərab və zeytun məhsullarını xarici ölkə bazarlarına da çıxarırdılar. 
Yunanıstanın   ticarət   şəhərləri   Aralıq   dənizi   və   Qara   dəniz   sahillərində   daimi
koloniyalar,   yəni   daimi   məskənlər   yaratdılar.   Köçüb   gələnlər   Yunanıstanın   müxtəlif
vilayətlərindən   idilər,   onlar   kolonistlər   adlanırdılar.   Koloniyalara   tacirlər,   sənətkarlar,
demoslarla aristokratlar arasında mübarizədə məğlub olanlar, aztorpaqlı kəndlilər, üsyan
zamanı məğlub edilənlər gəlirdilər. Qara dəniz sahillərində Pantikapey, Olviya, Xersones,
Fasis,   Sinop   və   başqa   yunan   şəhər   dövlətləri   yarandı.   Beləliklə,   e.ə.   VIII-VI   əsrlərdə
Qafqazdan tutmuş İspaniyaya qədər dəniz sahillərində çoxlu yunan koloniyaları əmələ
gəldi.   Bu   koloniyalar   yunan   şəhərləri   ilə   əlaqə   yaradır   və   əlaqə   saxladıqları   həmin
şəhərləri ana şəhər adlandırırdılar. 
Koloniyalarla ticarət Yunanıstanda sənətkarlıq və ticarətin inkişafına təkan verdi. E.ə.
VIII-VI   əsrlərdə   Yunanıstanın   bütün   şəhərlərində   və   koloniyalarında   şəhər   quldarlıq
dövlətləri   yarandı,   hər   bir   şəhər   dövlətinin   qoşunu,   hökuməti,   xəzinəsi,   pulu   var   idi.
Onların bəzisini demos, bəzisini isə aristokratlar idarə edirdilər. 
Qədim yunanlar yad ölkələrdə məskunlaşsalar da, özlərini vahid xalq hesab edirdilər.
Yad ölkələrdə məskunlaşan yunanlar özlərini ellinlər, vətənlərini Ellada adlandırırdılar.
Harada   yaşadıqlarından   asılı   olmayaraq,   ellinləri   ümumi   dil,   adət-ənənələr,   qədim
əfsanələr, din və vahid yazı birləşdirirdi.
                     Yunanıstan Cənub-Qərbi Avropanın ən qonaqpərvər ölkələrindən biridir.
Yunanıstan   Tanrıların   və   qəhrəmanların   vətəni   hesab   olunur.   Egey   və   İon   dənizləri
arasında yerləşən möhtəşəm ölkə haqlı olaraq, dünya mədəniyyətinin incisi adlandırılır. 
Yunanıstanın   e.ə.VIII   -VI   əsrlərə   qədər   olan   dövrünü   əsasən   arxeoloji   qazıntılar
nəticəsində öyrənmək mümkündür. Yeganə yazılı əsər Homerin “İlliada” və “Odisseya”
əsərləri,   habelə   Herodotun   “Tarix”   əsəridir.   Bu   əsərlərdə   yunan-Troya   və   yunan-İran
müharibələri ilə bağlı maraqlı materiallara rast gəlinir. 
Qədim  Yunanıstan  təkcə  sivilizasiyanın   erkən  vətəni  deyil, həm  də dövlətlərarası
münasibətlərin konkret məzmuna malik olduğu ölkələrdən biridir. Yunan şəhər dövlətləri
—   polislər   öz   aralarında   müəyyən   ittifaqlar   yaradırdılar   ki,   bunlar   məbəd   ittifaqları
adlanırdı. Bu zəmində Anfiktoniya və Prokseniya institutları bərqərar olmuşdur. Xeyli
sonralar ostrakizm yolu ilə ana şəhərdən qovulanlar yeni koloniyalar yaradarkən özləri ilə
yunan-şəhər dövlətlərinə məxsus olan ənənələri də aparmışlar. 
Afina   və   Sparta   şəhər-dövlətlərinin   ittifaqları   bərqərar   olandan   sonra   yunan
diplomatiyasında və hərbi¬siyasi tarixində dualizm qəti olaraq bərqərar olmuşdur



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin