SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə76/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   72   73   74   75   76   77   78   79   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Kəndlilərin vəziyyəti.
Vergilər və mükəlləfiyyətlər
XVI əsrdə kəndlilərin vəziyyəti dəyişilmişdimi? Şübhə yoxdur ki,
XVI əstin əvvəlində Səfəvilər dövlətinin yaranması kimi nəhəng bir
siyasi hadisə, böyük sosial-iqtisadi irəliləyişlərin nəticəsi və
göstəricisi idi. Məsələ bunda idi ki, Səfəvilər ilk vaxtlardan yalnız
qızılbaş tayfalarının hərbi qüvvələrinə arxalanmamış, həm də xalqın
geniş təbəqələrini öz tərəfinə çəkməklə, onların yardım və
rəğbətindən ölkə mənafeyi naminə istifadə etməyə səy göstərmişlər.
Bunsuz onların siyasi düşmənlər üzərində qələbəsi qeyri-mümkün
olardı. Azğın və yırtıcı istismar nəticəsində Azərbaycan və Qərbi
İran kəndlilərini tam dilənçi və tələf olmaq həddinə çatdıran
Ağqoyunlu tayfa feodalları Səfəvilərin işini asanlaşdırmışdılar.
Şübhə yoxdur ki, Səfəvilər və qızılbaş feodallarının yuxarı təbəqəsi
ilk dövrdə əsas istehsalçı sinif olan kəndlilərin vəziyyətinin
yüngülləşdirilməsində bilavasitə maraqlı idilər. Nəinki yeni dövlətin
yaradılmasına nail olmaq, həm də onun bütövlüyünü çoxsaylı
düşmənlərin, xüsusilə də Osmanlı Türkiyəsinin təcavüzkar
siyasətinin qəsdlərindən qorumaq lazım idi. Ölkəni ağır iqtisadi
pozğunluq və dağıntı vəziyyətindən çıxarmaq, əkinçiliyin və kənd
təsərrüfatının, şəhər həyatının və ticarətin inkişafına təkan vermək
olduqca vacib idi.
Xalqın vəziyyəti ilə maraqlanmayan Səfəvi feodal tarixçiləri I Şah
İsmayılın kəndlilərə menasibətdə siyasətindən konkret olaraq
məlumat vermirlər. Bu sahədə dövlətin banisinin tədbirləri haqqında


263
yalnız ümumi formada qızılbaş hökmdarının “fəzilətlərini”
təriflərkən, onun “sadəliyindən”, “rəiyyət haqqında qayğısından”
bəhs edərkən danışılır
88
.
Səfəvi-Osmanlı müharibələri dövründə kəndlilər kütləvi şəkildə
Azərbaycanın sərhəd ərazilərində məskunlaşmış olduqları yerləri
tərk edir və onların vəziyyəti təsvirəgəlməz dərəcədə ağırlaşırdı.
Düşmən orduları və düşməni ölkənin içərilərinə buraxmamaq üçün
tez-tez süni surətdə geniş əraziləri viran qoymaq tədbirlərinə əl atan
Səfəvi komandanlığı da kəndliləri buna məcbur edirdi
89
.
Alessandriyə görə, I Təhmasibin hakimiyyətinin son illərində
(70-ci illərin əvvəli) torpaq vergisi məhsulun altıda bir hissəsinə
bərabərdi
90
. Şah hökuməti tez-tez xəracı və digər vergiləri ləğv
etməyə, yaxud azltmağa məcbur olurdu. Əvəzində belə “iltifatdan”
bir neçə il keçdikdən sonra şah adətən əvvəlki illərdə alınmamış
vergi borclarını da dərhal ödəməyi tələb edirdi ki, bu da kütləvi
dilənçiliyə gətirib çıxarırdı
91
.
İlk Səfəvilərin vergi siyasətini öyrənmək baxımından Bakı
şəhərinin qala hissəsindəki epiqrafik abidə böyük əhəmiyyət kəsb
edir. Bu, Şah Təhmasibin mətni farsca olan, daş üzərində həkk
edilmiş və Cümə məscidi minarəsinin özülünə qoyulmuş fərmanıdır.
Hicri 964 (1556-1557)-cü il tarixli fərmanda dövlətin bütün
vilayətlərində (məmalik) vergilərin (malcəhət və vücuhat) azaldıldığı
bildirilir
92
.
Fərmanın tarixi göstərir ki, o, Səfəvi dövlətinin Osmanlı
Türkiyəsinə qarşı 1555-ci il sülhü ilə başa çatmış viranedici
müharibələrinin bütöv bir dövründəb dərhal sonra elan edilmişdir Bu
fərmanın verilməsi sübut edir ki, mərkəzi hökumət kəndlilərin ağır
vəziyyətini nəzərə almağa məcbur olur və öz təbəələrinin ödəmə
qabiliyyətini bərpa etmək üçünbəzi tədbirlər görürdü.
XVI əsrin 70-ci illərinin sonu və 80-ci illərində Səfəvilərin
Osmanlı Türkiyəsi ilə apardığı müharibə şəraitində feodal
özbaşınalığı və mərkəzi hakimiyyətin zəifləməsi nəticəsində xalqın


264
(kəndlilərin və sənətkarların) vəziyyətinin kəskin surətdə pisləşməsi
müşahidə olunurdu
93
.
İlk Səfəvilərin öz sələflərindən fərqli olan hər hansı yeni vergi idarə
üsulu müəyyən etmələri barədə əlimizdə məlumatlar yoxdur. Əksinə,
bu sahədə ciddi dəyişikliklərin baş vermədiyini bildirən məlumatlar
daha çoxdur. Məsələn, Mir Yəhya Qəzvininin məlumatına görə,
Uzun Həsənin tətbiq etdiyi qanunlar onun ölümündən sonralar da öz
qüvvəsində qalmışdı
94
. Şərəf xan Bidlisinin daha konkret və dəqiq
məlumatından məlum olur ki, hətta XVI əsrin sonunda da İraq, Fars
və Azərbaycan hakimləri Uzun Həsənin vergi nizamnaməsini
(qanunnamə) rəhbər tuturdular
95
.
Maraqlıdır ki, Uzun Həsənin qanunları Kiçik Asiyanın şərq
vilayətərində (onlar XVI əsrin əvvəlində Osmanlı imperiyasının
tərkibinə daxil olduqdan xeyli sonralar da) də feodal
münasibətlərinin normaları olaraq qalırdı
96
.
Vergi sistemini və onun terminologiyasını öyrənən nisbətən
çoxsaylı əsərlərin olmasına baxmayaraq, indiyə kimi bu sahədə bir
çox məsələlər aydın deyil və həll olunmamışdır. Bu, hər şeylərdən
əvvəl, vergi və mükəlləfiyyətlərin ayrı-ayrı istilahlarının mənasının
və onların xarakterinin aydınlaşdırılmasına aiddir. İ.P.Petruşevski
göstərir: “Bu mürəkkəblik sənəd mənbələrinin azlığı, narrativ
mənbələrdəki məlumatların dolaşıqlığı, xüsusilə vergi və
mükəlləfiyyətlərə dair eyni istilahların müxtəlif vaxtlarda və
müxtəlif vilayətlərdə eyni mənada işlədilməməsi ilə izah olunur”
97
.
Səfəvilər dövləti yaranana qədər və ondan sonra rəiyyətin vergi və
mükəlləfiyyətlərinin müqayisəsi bəzi əhəmiyyətli nəticələr
çıxarmağa imkan verir. Bizə əvvəlki dövrlərdən məlum olan
istilahlarla yanaşı, XVI əsrdə təcrübədə bir sıra yeni vergi və
mükəlləfiyyətlər meydana gəlmiş, bəziləri isə istifadədən çıxmışdır.
Biz, aşağıda, ilk Səfəvi şahlarının fərmanlarından əxz etdiyimiz
müxtəlif vergi və mükəlləfiyyətlərin adlarını ümumi siyahıya
salmışıq.


265
1.Malcəhət 22. Müməyyəzane
Bəhrəçə 23.Həqq-i səyi ümmal,
Dəhyek
Əvamil
2.İxracat 24.Rüsum-idaruğəgi və kələntəri
Xariciyyət 25.Rəsm əl-vizarə
3.Şiltakat 26.Düşüllük-i ərkan-i dövlət
Şanakisat
27.Mirabi
4.Avarizat 28.Dəhyek-i mustoufiyan
5.Ələfə
29.Dəhyek-o-nim-i soyurqal
6.Ülufə
30.Dəhyek-i rəiyyəti
7.Qonalqa
31.Xırman bəhrə
Xanə nüzul
32.Azdar
Sərvəriy-i nüzul-i hal 33.Çuvallıq
8. Ulaq
Xərc-i xurcun
Diraz quş
34.Çərik
9. Ülam
Zər-i çərik
10.Biyar 35.Cizyə
11.İxracati-qələ Təvafüt-i cizyə
12.Şikar
36.Qəlle-yi ibtiyai
13.Dəstəndaz 37.Tərh
14.Savəri
38.Çıraqlıq
15.Peşkəş
39.Məvaşi
Peşkəş-i sahib-i 40.Mərai
Ölkə
Çoban bəyi
16.Salami
41.Sər şümar
Salamane
Səranə
17.Eydi
Xane şümar
18.Novruzi
42.Bəhay-i morq
19.Rəsm-i mühdis 43.Sorğu və yorğu
İhdas
44.Ximə
20. Şilan bəha
45.Qah
21. Rəsm əl-möhr
46.Kəndəlik


266
Tərtib etdiyimiz siyahı heç də tam deyildir, çünki yalnız nəzərdən
keçirdiyimiz fərmanlarda adı çəkilən istilahları əhatə edir. Şübhə yoxdur
ki, hələ bizə məlum olmayan sənəd və narrativ mənbələrin aşkara
çıxarılması, elmi dövriyyəyə daxil edilməsi ilə həmin siyahı xeyli
genişlənə bilər
98
.
Səfəvilər dövrünün vergi siyasəti ilk dəfə İ.P.Petruşevskinin
əsərlərində ciddi təhlil edilmişdir. Bir sıra, az məlum olan istilahlar
haqqında V.F.Minorskinin, A.Lembtonun və H.Horstun tədqiqatlarında
qiymətli müşahidələr, nəticələr vardır.
Bizim vergi və mükəlləfiyyətlər siyahımızdan bəziləri hələ Sasanilər və
Ərəb xilafəti (xərac, cizyə, biyar), əsas hissəsi isə Səlcuqlar, monqollar
və Səfəvilərin sələfləri – Qaraqoyunlu və Ağqoyunlu padşahları
dövrlərindən miras keçmişdir (malcəhətə, bəhrəçə, dəhyek, ixracat,
xariciyyət, şiltəkət, şanakisət, avarizat, ələfə, ülufə, konalqa, ulaq, üləm,
bikar, şikar, dəstəndaz, savəri, peşkəş, salami, salamanə, eydi, novruzi,
ixdas, həqq-i səyi, ümmal, çerik, tərx, məvaşi, mərayi, sorğu, yorğu və
bəzi başqaları).
Biz oxucunu göstərilən istilahların bu və ya digər səviyyədə
işıqlandırılmış olduğu müvafiq ədəbiyyata müraciət etməyə yönəldərək,
aşağıda onlardan tədqiq olunan dövrdə ilk dəfə qeyd edilənlərinin
üzərində dayanacağıq
99
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin