SəFƏVİLƏr döVLƏTİ


XVI əsrdə Azərbaycan şəhərləri



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə78/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   74   75   76   77   78   79   80   81   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

XVI əsrdə Azərbaycan şəhərləri
Tədqiq edilən dövrdə Azərbaycan şəhərləri sənətkarlıq və ticarətin
iqtisadi mərkəzləri idilər. Onlardan bəziləri (Təbriz, Gəncə, Ərəş, Ərdəbil,
Culfa) bütün Səfəvilər dövləti, digərləri (Bərdə, Naxçıvan, Marağa,
Dərbənd və s.) yerli vilayət miqyasında əhəmiyyət kəsb edirdilər.
Mənbələrdə “şəhr”istilahı yalnız təsərüfat həyatının mərkəzlərim
olan iri yaşayış məntəqələrini bildirmirdi. Onlar həm də tez-tez inzibati-
siyasi mərkəzlər, bəzən isə qalalar idilər. Şəhərləri bildirmək üçün


271
“şəhr” istilahı ilə yanaşı, digər istilahlar da, məsələn, “bələdə” (ərəbcə
cəm halında “bəlad”) işlədilirdi. Müasir fars dilində bu istilah kiçik
şəhərlərə şamil edilir. Lakin XV-XVI əsrlərdə bu ad altında yalnız kiçik
şəhərlər deyil, eyni zamanda siyai və inzibati mərkəzlər də nəzərdə
tutulurdu
127
.
Bununla belə, əvvəlki dövrdə olduğu kimi, Azərbaycanda ölkənin
iqtisadi həyatında çox vaxt yuxarıda göstərilən şəhərlərdən heç də az rol
oynamayan, lakin inzibati-siyasi mərkəz olmayan çoxlu ticarət-
sənətkarlıq məskənləri var idi. Adətən onlar kənd yaşayış məskənlərindən,
onların ticarət və sənətkarlıq mərkəzləri kimi təkamülü nəticəsində
inkişaf edirdi. Azərbaycanın bir çox şəhərləri belə yaşayış
məntəqələrindən meydana gəlmişdir. Bu tip şəhərlər mənbələrdə “yer
”,
“kənd” anlamını verən “qəsəbə” (ərəbcə, cəm halında “qəsəbat”) istilahı
ilə göstərilir.
Biz aşağıda XVI əsrdə ölkənin sosial-iqtisadi həyatında mühüm rol
oynamış daha iri Azərbaycan şəhərlərini nəzərdən keçirəcəyik.
Təbriz
– Azərbaycan xalqının sosial-iqtisadi, siyasi və mədəöni
həyatında müstəsna rol oynamış ən qədim şəhərlərdən biridir. Təbrizin iri
ticarət-sənətkarlıq və siyasi mərkəz kimi yüksəlişi Hülakülər (Elxanilər)
dövlətinin paytaxtı elan edildiyi dövrə aiddir
128
. Təbriz Azərbaycanda və
qonşu ölkələrdə XIV əsrin ikinci yarısı – XV əsrlərdə yaranan Cəlairilər,
Qaraqoyunlu və Ağqoyunlu dövləötlərinin “paytaxt şəhəri” olmuşdur. Bu
vəziyyət onun əhalisinin artmasına və ərazisinin xeyli böyüməsinə səbəb
olmuşdur.
Səfəvilər dövlətinin banisi İsmayıl 1501-ci ildə Təbrizi ələ
keçirərək onu öz dövlətinin paytaxtı etdi. 1555-ci ildə şahın iqamətgahı
Qəzvinə köçürüldükdən sonra da Təbriz çox böyük şəhər olaraq
qalmışdır. Bu mənada səciyyəvidir ki, ingilis taciri Artur Edvards 13 il
keçdikdən sonra (1568-1569-cu illər) Səfəvilər dövlətinin bir sıra
şəhərlərini gəzərkən Təbrizi “İranın paytaxtı” adlandırır
129
.
Şəhər əhalisinin sayı haqqınad yalnız təqribən mühakimə yürütmək
olar. I Şah İsmayılın naməlum tarixçisi, Səfəvilər şəhəri ələ keçirdikləri


272
zaman (1501-ci il) onun əhalisinin 300 min nəfər olduğunu göstərir
130
.
Tarixçi Xondəmir Təbrizi “dünyanın insan yaşayan dörddə bir hissəsinin
ən abad şəhərlərindən” biri sayırdı
131
. Oruc bəy Bayat Təbrizi “Şərqin
paytaxtı” adlandırır
132
. Onun hesabına görə isə şəhərin əhalisi türk
istilasına (1585-ci il) qədər 80 min ailədən çox idi (Q.Le-Strencin
hesablamalarına görə 360 min nəfər)
133
.
Osmanlıların 1585-ci ildə şəhərə hücumu zamanı Təbrizin hərbi
qüdrətindən bəhs edən İskəndər bəy Münşi göstərir ki, “Təbriz şəhərində
olan yüz min sakindən, ən azı yarısı döyüş qabiliyyəti olan (işə yarayan)
gənclərdir... ”
134
. Həm də şəhər əhalisinin əksər hissəsi “tacirlər, sənət və
sənaye adamları” zümrəsinə mənsub idi
135
.
XV-XVI əsrlərdə Təbrizdə sənətkarlıq sahələri – ipəktoxuma,
həllaclıq (yun çırpma), pambıq parça istehsalı, boyaqçılıq yüksək
dərəcədə inkişaf etmişdi. Sənətkarlıq məhsullarının xeyli hissəsi xaricə -
beynəlxalq bazara çıxarılırdı. Naməlum tacirin məlumatına görə,
Siruyanın və Osmanlı Türkiyəsinin, sonra isə Avropanın şəhərlərinə
burada istehsal olunan qırmızı və tünd qırmızı qumaş və parçalar, hər cür
ipək parçalar göndərilirdi
136
. Digər bir venetsiyalının – Alessandrinin
məlumatına görə, Təbriz malları Avropanın İsveç, Polşa, danimarka kimi
ölkələrinə də ixrac edilirdi
137
. Bu dövrdə Səfəvilər dövlətində olmuş
ingilis səyyahı L.Çempen qeyd edirdi ki, “Təbriz Avropa şəhərlərindən
idxal olunan mahud və qarazəy satışı üzrə ölkədə çox mühüm şəhərdir”.
İpək parçaları buraya, həm onları Venetsiyadan alıb gətirən azərbaycanlı
(təbrizli) tacirlər, həm də məhsulu Hələbdən (Aleppodan) Təbrizə
çatdıran, şəhərdə yaşayan türklər və ermənilər gətirirdilər
138
. Təbriz
əhalisinin çoxluğu ərzaq məhsulları ilə şəhərin müvafiq qaydada təchiz
olunmasını tələb edirdi. Buraya ətraf yerlərdən qoyun əti, buğda unu,
Urmiya gölündən balıq, Xəzər sahilindəki Mahmudabaddan isə balıq və
yüksək keyfiyyətli kürü gətirirdilər. Çoxlu bağ və bostanları olan Təbriz
özünü meyvə və tərəvəzlə təchiz edirdi
139
.
XV əsrdə də Təbriz Azərbaycan mədəniyyəinin iri mərkəzi idi.
XVI əsrin əvvəlində Səfəvilər dövlətinin yaranması ilə əlaqədar Təbrizin


273
mədəni rolu daha da artdı. I şah İsmayılın bir çox cəhətdən əzəmətli
Lorentsonun sarayını xatırladan iqamətgahına çoxlu ölkələrdən o dövrün
istedadlı və təhsilli adamları, elm və mədəniyyət xadimləri can atırdılar.
Həbibi başda olmaqla Süruri, Şahi, Matəmi, Tüfeyli kimi Azərbaycan
şairləri onun sarayındakı ədəbi məclisin üzvləri idilər. Əsərləri türkdilli
xalqların ədəbiyyatına faydalı təsir göstərmiş I Şah İsmayılın özü də
böyük Azərbaycan şairi kimi şöhrət qazanmışdır. Özünəməxsus
“incəsənət akademiyası” olan şah kitabxanasında misilsiz rəssamlar
Sultan Məhəmməd və Kəmaləddin Behzad yaradıcılıqla məşğul olurdular.
İncəsənətin miniatür rəssamlığı növünün bütün Yaxın və Orta Şərqdə
inkişafında aparıcı rol, Təbriz miniatür məktəbinin nümayəndələrinə
məxsus idi
140
.
XVI əsrin birinci yarısında Azərbaycana türk basqınları şəhərin
inkişafına fəlakətli təsir göstərən mənfi amil olmuşdu. Türk sultanının
qoşunları dörd dəfə (1514, 1534, 1535, 1548-ci illər) Təbrizi ələ
keçirmişdilər. 1514-cü ildə I Sultan Səlim ən yaxşı Təbriz sənətkarlarını
və ustalarını ailələri ilə birlikdə İstanbula aparmışdı (bir neçə yüz
nəfərdən bir neçə min nəfərədək). Türk işğalına qarşı mübarizədə
Səfəvilərin tətbiq etdiyi “viran edilmiş torpaq” taktikası, eləcə də işğalın
özü, Təbrizin və onun ətrafındakı kəndlərin vəziyyətinə olduqca mənfi
təsir göstərirdi. Şəhərdə olmuş A.Cenkinsonun (1562) və
V.Alessandrinin qeyd etdikləri fakt, türk basqınlarının XVI əsrin ikinci
yarısına doğru Təbrizin ticarət-sənətkarlıq əhəmiyyətini nəzərəçarpacaq
dərəcədə tənəzzülə gətirib çıxardığını göstərir. A.Cenkinson Təbriz
haqqında yazırdı: “İranın ən böyük şəhəridir, lakin ticarət və tacirlər üçün
əvvəlki əhəmiyyətini itirib; səbəb, Təbriz şəhərinə qədərki bütün
torpaqları istila etmiş, onu çapıb-talamış, bununla Sofini şəhəri tərk
etməyə və sarayı ondan on günlük məsafə aralıda yerləşmiş Qəzvin
şəhərinə köçürməyə məcbur etmiş türkün genişlənən basqınıdır”
141
.
V.Alessandri yazmışdı: “...Bu ticarət şəhəridir, çünki buraya krallığın
bütün hissələrindən mallar və karvanlar gətirilir. Lakin müharibə, onun
işlərinə çox ziyan vurmuşdur”
142
. Şəhərin iqtisadi əhəmiyyətinin süquta


274
uğramasında Səfəvilər dövləti paytaxtının Təbrizdən Qəzvinə
köçürülməsi də az rol oynamadı. İndiyə qədər elmi ədəbiyyatda Səfəvilər
paytaxtının köçürülməsi tarixi kifayət qədər əsaslandırılmadan” 1548,
yaxud 1549-cu il göstərilmişdir
143
. Bizə məlum olan tarix
salnamələrindən yalnız Qazi Əhmədin “Xülasət ət-təvarix” I Şah
Təhmasib tərəfindən paytaxtın köçürülməsinin dəqiq tarixini verir. Bu
hadisənin hicri 962-ci il zülhiccə ayının sonunda (yəni 1555-ci ilin
dekabrında) baş verdiyi göstərilir
144
. Qazi Əhməd bu köçürməni Səfəvi-
Osmanləı müharibəsinin başa çatması və 1555-ci ilin mayında Amasyada
bağlanmış sülh müqaviləsi ilə əlaqələndirir. Bu tarixin doğruluğunu
müəyyən dərəcədə İskəndər bəy Münşi də təsdiq edir və məlumat verir ki,
I Şah təhmasib ömrünün son 20 ilini (1576-cı ildə vəfat etmişdir) yeni
paytaxtda – Qəzvində keçirmişdir
145
. Tarixçi paytaxtın dəyişdirilməsi
səbəbini Təbrizin “Rum” sərhədlərinin yaxınlığında yerləşməsində görür.
Qəzvin isə düşmən basqınlarından kənarda idi.
XVI əsrin 70-ci illərinin əvvəllərindən Təbriz bütün dövlətin
keçirdiyi siyasi-iqtisadi böhrana məruz qalmışdır. Feodal istismarının
güclənməsi, vergilərin artması sinfi antaqonizmin kəskinləşməsinə səbəb
oldu. Bu isə kəndlilərin və sənətkarların bir sıra üsyanlarına gətirib
çıxardı. Bunlardan ən böyüyü Təbrizdə sənətkarların və şəhər
yozsullarının 2 il (1571-1573) davam etmiş üsyanı oldu. Üsyan göstərdi
ki, şəhərdə sinfi ziddiyyətlər son dərəcə kəskinləşmişdir. Sənətkarlar və
yoxsullar, sənətkarlıq və peşə cəmiyyətləri şəhərdə ciddi qüvvə təşkil
edirdilər. Üsyan yatırıldı. Lakin o, nəticəsiz qalmadı. Xalq hərəkatının
geniş vüsət almasından qorxuya düşmüş feodallar güzəştlərə getdi.
Dövlətin ümumi ağır maliyyə vəziyyətinə baxmayaraq, Təbrizə vergi
toxunulmazlığı (məafi) hüququ verildi
146
.
Bir qədər əvvəl, 1565-ci ildə I Şah Təhmasib şəhərlərin iqtisadi
yüksəlişinə təkan vermək üçün cəhd göstərərək 30 min tümən təşkil edən
mənfur tamğanı lığv etdi
147
. Lakin tamğa vergisinin ləğvi, görünür,
məcburi tədbir idi. Çünki bu tədbir nəzərəçarpan nəticələrə gətirib
çıxarmadı.


275
Ehtimal etmək olar ki, XVI əsrin birinci rübündə Osmanlı
Türkiyəsinin Suriyanı və Aralıq dənizinin şərqində yerləşən limanları
işğal etməsi ilə əlaqədar olaraq ticarət dövriyyəsinin azalması da Təbrizin
vəziyyətinin pisləşməsinə təsir göstərmişdi. I Şah Təhmasibin sarayına
gələn ingilis tacirləri Asiya və Avropa arasındakı Aralıq dənizinin köhnə
ticarət yolları üzərində tam nəzarət qoymuş Osmanlı sultanının ağır
gömrük siyasətindən şikayət etmişdilər
148
.
Mənfi amillərin (Osmanlı-Səfəvi müharibələri, ticarətdən gələn
gəlirin azalması, paytaxtın köçürülməsi və s.) təsiri nəticəsində, XVI əsri
ikinci yarısında Təbriz əhalisinin sayı xeyli azaldı. Məsələn, İskəndər bəy
Münşinin məlumatına görə, Osmanlı qoşunlarının şəhərə yeni basqını
zamanı (1585) Təbrizdə cəmi 100 min nəfər yaşayırdı
149
.
Təbriz ən ağır zərbəyə 1585-ci ildən 1603-cü ilə qədər davam edən
Osmanlı işğalı ərzində məruz qaldı
150
.
Şamaxı
– XV əsrdə Şirvanın iqtisadi və mədəni mərkəzi oldu.
Şəhərin Şirvanın ipəkçilik obyektlərinin mərkəzində yerləşməsi, ipək
emalının və hazır məhsul satışının iri mərkəzi olması da buna xeyli
dərəcədə kömək etmişdi. İ.Barbaronun sözlərinə görə, Şamaxının 4000-
5000 addımlıq ətrafı var idi
151
. Dərbəndilər sülaləsindən olan
Şirvanşahlar öz hakimiyyətləri dövründə Şirvanın iqtisadi yüksəliş
mərhələsinə daxil olmasına xeyli kömək göstərdilər.
Səfəvilər Şirvanı ələ keçirdikdən sonra Şamaxı Şirvan
bəylərbəyiliyinin paytaxtı oldu. XVI əsrin son rübündə türk-tatar
basqınları dövründə şəhər güclü ziyana məruz qaldı. O, dəfələrlə əldən-
ələ keçdi, dağıdıldı və talan edildi
152
.
XVI əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarəti demək olar ki,
bütünlüklə Şamaxıda və Ərəş ərazisində cəmləşmişdi
153
. Əmin Əhməd
Razinin məlumatına görə, Şamaxıda hər il təqribən 20 min xalvar xamna
(xam ipək) satılırdı ki, bu da təqribən 100 min pud edirdi
154
.
A.Cenkinson Şamaxını “gözəl şah şəhəri” adlandırır. Şamaxı burada ipək
alıb, sonra isə başqa ölkələrdə sataraq böyük qazanc götürən bir çox
ölkələrin tacirlərinin axışıb gəldiyi mərkəzi bazar idi. Şirvan ipəyi yüksək


276
keyfiyyəti və davamlılığı ilə fərqlənirdi. Şamaxıda rus, hind, türk, İran və
erməni tacirlərinin qaldıqları karvansaralar var idi. XVI əsrin ikinci
yarısında burada ingilis ticarət məntəqəsi olan “Moskva şirkətinin”daimi
nümayəndəliyinin əsası da qoyuldu. Bu işdə “Moskva şirkətinin” agenti
olmuş A.Cenkinsona Şirvan ipəyi ilə ticarətdə böyük imtiyazlar vermiş
Şirvanın Səfəvi bəylərbəyisi Abdulla xan Ustaclı kömək etmişdi.
İngilis E.Edvards xəbər verir ki, o, Şamaxı bazarında hər batmanı
6,5 funta (yaxud 66-70 şahı) satılan və hər birində 25-26 batman olan 11
tay xam ipək almışdır
155
. İpək nazik və yüksək keyfiyyətli idi. Onu
Şamaxıya bilavasitə ipək istehsalçıları olan kəndlilər ətraf kəndlərdən
gətirirdilər. Şamaxı ipəyi ilə ticarətdə İngiltərə üçüç faydalı imkanlar
görən Artur Edvards şirkət rəhbərlərinə yazmışdı: “Yayda bizim burada
(Şamaxıda – O.Ə.) qalan nümayəndələrimiz olacaq, biz xamnanı satmaq
üçün hə buraya və həm də başqa yerlərə aparan kənd camaatından almaq
imkanına malik olacağıq”. Ağıllı və uzaqgörən ticarət kəşfiyyatçısı
hesablamışdı ki, bu halda “Moskva şirkəti” hər il 30-40 min funt
dəyərində ipək ala bilər
156
.
İngilislərin Şirvan ipəyini inhisara almaq üçün belə təkidli səyləri
buradan aydın olur. Onların fikrincə, ruslar bu işdə təhlükəli rəqib idilər.
Buna görə də Edvards öz məktubunda şirkət idarəsinə məsləhət görürdü
ki, özlərinin bütün ticarət məqsədlərini ruslardan gizli saxlasınlar. Lovğa
A.Edvards özünün Londondakı sahibkarlarına yazırdı: “Ruslar bizim
buradakı ölkələrdə ticarət etməyimizdən pərt olmuşlar, çünki bizi onlara
nisbətən daha çox sevirlər”
157
.
Ərdəbil
–monqolların hücumu dövründə bir çox başqa şəhərlər
kimi dağıdılmış, əhalisi isə demək olar ki, başdan-başa məhv edilmişdi
158
.
Ərdəbilin yeni yüksəlişi XIV-XV əsrlərə, Səfəvilərin feodal
mülkünün mərkəzi olduğu dövrə aiddir. Sülalənin banisi Şeyx Səfiəddin
və onun xələfləri şəhər hakimləri olduqdan sonra onun
abadlaşdırılmasına böyük diqqət yetirməyə başladılar. Burada tikilən
Şeyx Səfi türbəsinə ölkənin hər tərəfindən şiə zəvvarları kütləsi axışıb


277
gəlirdi. Əhəmiyyətinə görə bu türbə yalnız Məşhəddəki İmam Rza
türbəsindən geri qala bilərdi. Ziyarətə gələnlər yalnız ibadətlə məşğul
olmurdular. Onları bura hər cür mallarla dolu olan Ərdəbil bazatrları da
çəkib gətirirdi. XVI-XVII əsrlərdə, Səfəvilər hakimiyyətinin bütün
dövrü ərzindəşəhər özünün xüsusi, imtiyazlı mövqeyini saxladı
159
.
Ərdəbil və onun ərazisi xassə, şah mülkü dərəcəsinə daxil idi. Onun
hakimləri (vəzirləri) şaha tabe olub şəxsən onun qarşısında hesabat
verirdilər. Şəhərin bu xüsusi mövqeyi onu XVI əsrin sonu-XVII əsrin
əvvəllərindəki müharibələr dövründə talan olunmaqdan xilas etdi. Buna
görə də, şəhər 1604-cü ildə əhalisinin çoxluğu və abadlığı baxımından
karmelit nümayəndəliyini heyran qoymuşdu
160
.
Ərdəbil XVI əsrdə ölkənin ticarət həyatında da böyük rol
oynamışdı. Gilandan və Şirvandan Təbrizə, sonra isə İrana aparılan
ipəyin tranzit (keçid) yolu üzərində yerləşən Ərdəbil xeyli gəlir əldə
edirdi. Ərdəbil tacirləri ölkənin hüdudlarından xeyli uzaqlarda
tanınırdılar. Şəhərdə əcnəbi tacirlər üçün çoxlu karvansaralar var idi.
A.Cenkinson onlardan birinin – I Şah İsmayılın tikdirdiyi karvansaranın
təsvirini vermişdir
161
.
Ərəşin
adına XV əsrə qədərki mənbələrdə təsadüf olunmur.
Ehtimal etmək olar ki, Ərəş şəhər kimi məhz bu zamandan mövcuddur.
Əmin Əhməd Razinin fikrincə, Ərəşin əsası Ənuşirəvan (Sasani
hökmdarı I Xosrov) tərəfindən qoyulmuşdur
162
. İndiki Xaldan kəndini
xalq arasında Ərəş də adlandırırlar. Haqqında söhbət gedən əsl Ərəşin
mərkəzi, ehtimal edidiyinə görə, Xaldandan üç kilometr şərqdə,
Nemətabad deyilən kənddədir. XVI əsrdə ingilis səyyahları Ərəşin adını
bütün Cənubi Qafqazın iri ipəçilik mərkəzi kimi çəkirlər. Ceffri Deketin
yazdığına görə, Ərəş Şamaxıdan dəvə yolu ilə 4 günlük məsafədə
yerləşirdi
163
. A.Cenkinson yazırdı: “Ölkənin Ərəş adlanan baş və ən varlı
ticarət şəhəri Gürcüstan sərhədində yerləşirdi. Onun ətrafında hər şeydən
çox xamna istehsal olunur. Ticarət etmək üçün bura türklər, suriyalılar və
başqa əcnəbilər gəlirdi”
164
. C.Deket də bunu təsdiq edərək yazırdı ki,


278
“bu ölkənin başlıca əmtəəsi... Ərəş adlanan şəhərdə bol olan
xamnadır”
165
.
Yenə də həmin ingilislərin məlumatlarına görə, Ərəş bazarlarında,
hər bağlamada bir funt olan 100 min funtluq müxtəlif növ, o cümlədən
rənglənmiş (al) ipək almaq olar. 15 unsiyaya bərabər 1 funt çəkisi olan
hər bağlama 5 pensə bərabər 23 şahıya satılırdı. Beləliklə, ipəyin funtu 11
şillinq 6 pensə başa gəlirdi
166
. A.Edvards göstərirdi ki, hər ata 50-60
batman yük vurmaqla 3000-4000 atı yükləmək olar
167
.
Bu, təqribən 240 min batmana bərabər idi.
Venetsiyalı Minadoi Ərəşin adını Səfəvilər dövlətinin başlıca
şəhərləri sırasında çəkir. O yazırdı: “Ərəş tacirlərin sadəcə “tatoxes”
adlandırdığı gözəl ağ ipəyi xeyli miqdarda istehsal edirdi”
168
. Minadoi
daha sonra yazırdı ki, Türkiyə ilə müharibə gedişində fəlakət və
dağıntılar nəticəsində həmin ərazidə indi daha ipək istehsal edilmir.
Culfa –
XV əsrədək kənd olmuşdur. Onun iqtisadi yüksəlişi XV
əsrdən başlanır. Şəhər XVI əsrin ikinci yarısında beynəlxalq ipək
ticarətinin iri mərkəzi kimi geniş şöhrət qazanmışdı. Culfa tacirləri
xamnanı, onun istehsal olunduğu yerlərdə - Şamaxıda, Ərəşdə
169

Gilanda alır, sonra isə Venetsiya, Amsterdam, Marsel kimi Qərbi Avropa
şəhərlərində, həmçinin Suriya, Osmanlı Türkiyəsi və Hindistan
şəhərlərində satırdılar
170
.
Edvardsın söylədiyinə görə, XVI əsrin 60-cı illəri üçün Culfa
tacirləri Suriya limanı olan Hələbə 500 tay ipək gətirir və əvəzində yalnız
18 min parça Venetsiya maddəsi (qarazəy) aparırdılar
171
. 1590-1613-cü
illərə dair venetsiya arxivinin məlumatlarına görə, Suriyadan yalnız
Venetsiyaya 23724 tay ipək gətirilmişdi
172
. Bu, başlıca olaraq erməni
tacirlərinin ixrac etdiyi və onun hesabına böyük sərvətlər qazandıqları
Şirvan ipəyi idi.
1581-ci ildə Culfaya gəlmiş ingilis taciri Nyüberi xəbər verirdi ki,
şəhərdə evlərin sayı 3000-ə, əhali isə 15-20 min nəfərə çatırdı. 10 il sonra
şəöhərdən keçib gedən digər ingilis taciri və səyyahı Kortvrayt burada
2000 ev və 10 min nəfər əhali olduğunu yazırdı
173
.


279
XVI əsrdə Ordubad
174
, Naxçıvan və Əylis kimi şəhərlərin mühüm
ticarət əhəmiyyəti var idi. S.V.Ter-Avetisyanın sözlərinə görə, sonuncu
iki şəhər Səfəvi şahlarının xüsusi himayəsindən istifadə edirdilər. Əylis,
Culfa kimi ipək və digər mallarla ticarətin mərkəzi hesab edilirdi. XVI
əsrdə şahın şəxsi himayəsi altında olan bu kiçik şəhər xassə, toxunulmaz
mahal idi və onun sakinləri vergini bilavasitə şaha ödəyirdilər
175
Gəncə -
Səfəvilər dövründə Qarabağ (yaxud Gəncə)
bəylərbəyiliyinin mərkəzi idi
176
. Oruc bəy şəhər əhalisinin sayının 50 min
ailədən ibarət olduğunu (yaxud Q.Le-Strencə görə, 225 min nəfər)
göstərir
177
.
A.Cenkinson (1561-1564) Səfəvilər dövlətinin başlıca şəhərləri
arasında Təbrizin, Qəzvinin, Kaşanın, Yəzdin, Heratın, Ərdəbilin,
Şamaxının və Ərəşin adını çəkir
178
.
D`Alessandri (1571-1573)dövlətin ərazisində 52 şəhərin adını
çəkir, onların arasında Təbrizi baş şəhər hesab edir. O, digər mühüm
şəhərlər içərisində Təbrizdən əlavə Qəzvin, Naxçıvan və Şamaxını da
yada salır
179
.
Minadoi (1586) Səfəvilər dövlətinin başlıca şəhərləri arasında
Şamaxı

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin