Sərbəst iş TƏLƏBƏ: Əliyev Beyrək İXTİsas


Sahibkarların mülki hüquqları



Yüklə 169,9 Kb.
səhifə4/7
tarix02.01.2022
ölçüsü169,9 Kb.
#41565
1   2   3   4   5   6   7
Məmmədzadə Zeynəb MULKİ

Sahibkarların mülki hüquqları

Dövlət səviyyəsində sahibkarlara göstərilən qayğı öz bəhrəsini verməkdədir. Buna sübut kimi sahibkarlığın sürətlə inkişaf etməsini və bu sahədə qazanılan uğurları göstərmək olar. Sahibkarlıqla məşğul olanlar digər şəxslərlə mülki hüquq münasibətləri qururlar. Bu isə, o deməkdir ki, onlar kimlərinsə qarşısında, yaxud da kimlərsə onların qarşısında öhdəlik götürməli olur. Bu öhdəliklərin vaxtında və vicdanla yerinə yetirilməsi sahibkarlar üçün xüsusi əhəmiyyət daşıyır. Çünki hər bir şəxs sahibkarlıq fəaliyyətini öz əmlakı hesabına və müəyyən risklə həyata keçirir. Bəzən öhdəliklərin lazımi səviyyədə və ya vaxtında icra edilməməsi aylarla, hətta illərlə davam edən məhkəmə mübahisələrinə səbəb olur. Bu baxımdan, öhdəliklər və onların icrası barədə vətəndaşlarımızın, o cümlədən, sahibkarların müəyyən qədər məlumatlı olması çox önəmlidir.

Öhdəlik hüququ mülki qanunvericiliyin ən böyük sahələrindən biridir. Bu hüquq əmlaka mülkiyyət hüququ əldə edilməsi, onun istifadəyə verilməsi, vətəndaşların yaşayış və qeyri-yaşayış sahələrinə tələbatlarının ödənilməsi, yük, sərnişin daşımaları, xidmətlər göstərilməsi, insanların maddi təlabatının ödənilməsi ilə əlaqədar bir çox ictimai münasibətləri nizamalayır. Öhdəlik hüququ ilə nizamlanan çoxsaylı münasibətlər iqtisadi dövriyyəyə daxildir. Ümumiyyətlə, iqtisadi dövriyyədəki bütün münasibətlər bu və ya digər dərəcədə maddi nemətlərin - əmlak, pul, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi formasında yerini dəyişməsi ilə əlaqədardır. Məsələn, alqı-satqı müqaviləsi üzrə satıcının mülkiyyətində olan əmlak alıcının mülkiyyətinə keçir. Bundan başqa, təcrübədə daha çox bağlanılan müqavilələrdən biri kimi podrat müqaviləsinə əsasən podratçı üzərinə düşən işləri yerinə yetirməyi, sifarişçi isə buna görə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. Amma bununla belə maddi nemətlərin hər cür yer dəyişməsi ilə bağlı olan münasibətlər iqtisadi dövriyyəyə daxil edilə bilməz. Belə ki, ev təsərrüfatı sahəsində maddi nemətlər bir ailə üzvünün adından digərinin adına keçə bilər. Lakin maddi nemətlərin belə yerdəyişməsi nəticəsində iqtisadi dövriyyəyə daxil olan münasibətlər əmələ gəlmir.


Yüklə 169,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin