Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


C.Kellinin şəxsi konstruktlar nəzəriyyəsi



Yüklə 93,9 Kb.
səhifə36/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   32   33   34   35   36   37   38   39   ...   51
Sosial psixologiya (1)

C.Kellinin şəxsi konstruktlar nəzəriyyəsi

Psixoloji tədqiqatlar göstərir ki, hər bir adamda dünya və insan münasibətləri haqqında özünəməxsus təsəvvür və anlayışlar əmələ gəlir. O, cisim və hadisələri qavrayarkən onları bu baxımdan mənalandırır, şərh edir, yozur və qiymətləndirir. Cisim və hadisələrin şəxsiyyət tərəfindən belə şərh olunma və ya yozulma tərzi psixologiyada şəxsi konstruktorlar adlanır.
Bu fikri psixoloji cəhətdən çox dəqiq ifadə edən maraqlı bir atalar sözü vardır. Xalq deyir: «hər kəs öz arşını ilə ölçür». Əvvəla «arşın» sözünə diqqət edək.Hər adamda dünya və insan münasibətləri haqqında müəyyən anlayışlar yaranır. O, cisim və hadisələri qavrayarkən bu anlayışlardan «arşın» kimi istifadə edir. Bu baxımdan «hər kəs öz arşını ilə ölçülür» atalar sözü «şəxsi konstrukt» anlayışının mahiyyətini lakonik şəkildə əks etdirir.
Konstrukt nəzəriyyəsini amerikan psixoloqu C.Kelli 50- ci illərin birinci yarısında irəli sürmüşdür. Onun 1955-ci ildə nəşr olunmuş məşhur kitabı da belə adlanır: «Şəxsi konstruktorlar psixologiyası».
Kitabın nəşr olunduğu ilə diqqət yetirin: 50-ci illərin əvvəlləri Amerika psixologiyası üçün çətin dövr idi. C.Kellinin tədqiqatları Amerika psixologiyasında yeni istiqamət idi.Onun nəzəriyyəsində əsas anlayış-şəxsi konstrukt anlayışıdır. Konstrukt reallığın şəxsiyyət tərəfindən yozulması mənasında işlənir.
Kellinin fikrincə, hər bir adam öz-özlüyündə alimdir, o qıcıqlara sadəcə olaraq cavab vermir, xarici aləmdən aldığı informasiyaları mənimsəyərkən əsaslı fərziyyələr irəli sürür, onları təcrübədə yoxlayır, dünya və insan münasibətləri haqqında özünün «balaca nəzəriyyəsini», şəxsi konstruktorlar və ya anlayışlar sistemini yaradır. Bu baxımdan konstrukt insanın özü tərəfindən yaradılan, praktikada yoxlanılan, ətraf gerçəkliyibaşa düşməkdə, hadisələri proqnozlaş- dırmaqda və qiymətləndirməkdə ona kömək edən xüsusi subyektiv vasitədir.
Kellinin fikrincə, insan xarici aləmi bilavasitə deyil, dolayısı ilə - konstruktorlar vasitəsilə qavrayır.Kellinin fikrincə, insanın reaksiyalarını sadəcə olaraq müşahidə etməklə ona səmərəli təsir göstərmək olmaz. Bunun üçün onun şəxsi konstruktorlarını - dünya haqqındakı nöqteyi- nəzərini öyrənmək lazımdır. Psixologiyanın əsas vəzifələrindən biri məhz şəxsiyyətin daxili aləminə, onun dünya, özünün sosial əhatəsi, özü haqqındakı təsəvvürlər sisteminə nüfuz etməkdən ibarətdir. O, konstrukt nəzərjyyəsinin əhəmiyyətini də, birinci növbədə, bununla izah edirdi. Qarşıya sual çıxırdı: şəxsiyyətin daxili aləminə necə nüfuz etmək olar? Kelli bu mühüm məsələni məharətlə həll edib səxsiyyəti öyrənmək üçün yeni metod - repertuar şəbəkə metodunu yaratdı. Kelli repertuar sözünüinsanın həyatda ifadə etdiyi rolların məcmusu mənasında işlədir.
Elm tarixindən bilirik ki, nəzəriyyə və metod bir-birilə ayrılmaz surətdə bağlıdır. Lakin bununla belə qeyd etmək lazımdır ki, Kellinin nəzəriyyə və metodunun taleyi eyni olmamışdır: onun metodu nəzəriyyəsinə nisbətən daha məşhurdur və xarici ölkələrdə geniş istifadə olunur.
Kelli göstərdi ki, şəxsi konstruktorlar bipolyar (iki qütblü) xarakter daşıyır. Eybəcər-gözəl, xəsis-səxavətli, keçmiş-gələcək və s. kimi konstruktorlar buna misal ola bilər. O, belə hesab edirdi ki, biz həmişə nəyi təsdiq edəndə, eyni zamanda nəyi isə inkar edirik. Biz «Məmməd düz adamdır» deyəndə, nəzərdə tuturuq ki, o, fırıldaqçı deyil.Müəyyən edilmişdir ki, bu şəxsi konstruktorları xarakterizə etmək üçün mühüm əhəmiyyətə malik olan göstəricilərdən biridir. Həmin göstərici «koqnitiv çətinlik» adlanır.
Adamların şəxsi konstruktorlar sistemi öz səviyyəsinə görə bir-birindən fərqlənirlər. Bəzi adamların şəxsi konstruktorlar sistemi sadə, bəzilərinin nisbətən mürəkkəb, bəzilərininki isə mürəkkəb xarakter daşıyır. Əgər hər hansı bir adam hadisələri qiymətləndirərkən eyni vaxtda bir neçə göstəricini nəzərə alırsa,belə konstruktorlar mürəkkəb hesab olunurlar.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin