Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


İnsanların bir-birini qavraması: fiziki simanın və sosial simanın qavranılması



Yüklə 93,9 Kb.
səhifə39/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   35   36   37   38   39   40   41   42   ...   51
Sosial psixologiya (1)

İnsanların bir-birini qavraması: fiziki simanın və sosial simanın qavranılması

Sosial-psixoloji tədqiqatlar göstərir ki, insanlar bir-birini qavrayarkən, bir tərəfdən özlərinin fiziki simasını, digər tərəfdən sosial simasını qavrayırlar.
İnsanların bir-birini qavramasında sifət mühüm yer tutur. Bu onunla bağlıdır ki, insan sifəti affektiv əhəmiyyətə malikdir. Sifətin ən ifadəli əlamətləri ağızla göz arasında yerləşir. Bu sahəyə mimika zonası deyilir. Hər hansı bir adam başqasının sifətini təsvir edərkən sifətin formasını, gözlərinin rəngi, burnun böyüklüyü və forması haqqında məlumat versə də, qaşın, gözün və dodaqların cizgiləri arxasında insan psixologiyasının sirlərini axtarır.
Ümümiyyətlə, hər bir adam özünün qavrayış obyekti kimi fərqləndirir: o, bilir ki,küçədə də, işdə də, teatrda da, kitabxanada da ona baxan var. Adamlar öz davranışlarında bu cəhəti nəzərə alır, başqa adamlarda özləri haqqında yaxşı təsəvvürlər yaratmağa çalışırlar. İnsanların bu məqsədlə istifadə etdikləri təsirli yollardan biri fizioqnomik maska adlanır.
Maska zahiri görkəmin köməyi ilə yaradılır. Buna görə də ona fizioqnomik maska deyilir.
Ünsiyyətin dinamik cəhəti mimikada,jestlərdə və s. təzhür edir. İnsanlar onların vasitəsilə psixoloji maska yaradırlar.
Psixoloji maska hisslərin, fikrin, rəyin gizlədilməsini nəzərdə tutur. Tamahkar, rüşvətxor, müftəxor, böhtançı adamlar psixoloji maskadan məharətlə istifadə edirlər ki, bu da onlarla mübarizə işini çox çətinləşdirir.
Sosial simanın qavranılmasında iki önəmli sosial-psixoloji fenomen-fizioqnomik reduksiya və qrupdaxili favoritizm fenomenləri müşahidə olunur.
Fizioqnomik reduksiya özünü aşağıdakı kimi göstərir: insanın daxili aləmi, davranış və rəftarı müəyyən sosial qrup üçün tipik olan xüsusiyyətlərə görə təfsir olunur və onun davranışı həmin tipik əlamətlər əsasında proqnozlaşdırılır.
Qrupdaxili favoritizmdə insan bir qayda olaraq öz qrupunun üzvlərini başqa qrup üzvləri ilə müqayisədə daha yüksək qiymətləndirir. Qürbət eldə adamlar özlərininkini görəndə necədə sevinirlər – bu qeyri-adi hislərin kökləri məhz qrupdaxili favoritizm fenomeni kimi şərtlənir.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin