Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Sosial psixologiyanın tədqiqat metodları: müşahidə və korrelyasiya metodları



Yüklə 93,9 Kb.
səhifə40/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   36   37   38   39   40   41   42   43   ...   51
Sosial psixologiya (1)

Sosial psixologiyanın tədqiqat metodları: müşahidə və korrelyasiya metodları

Sosial psixologiya empirik elmdir və müxtəlif tədqiqat metodlarından uğurla istifadə edir. Bu metodlardan bəzisi əsas, bir qismi köməkçi metodlardır. Köməkçi metodların bir qayda olaraq, əsas metodlarla qarşılıqlı əlaqədə tətbiq olunur.
Müşahidə metodu özünəməxsus texnikadır: bu zaman tədqiqatçı adamları müşahidə edir və onların davranışını sistemli təsbit edir. Müşahidə metodu müxtəlif elm sahələrində, o cümlədən ümumi psixologiyada , yaş psixologiyasında ,pedoqoji psixologiyada geniş tətbiq olunur. Sosial psixologiyada müşahidə özünəməxsus ölçülərlə tətbiq olunur. Müşahidə prosesində sosial psixoloqu ayrı-ayrı sosial psixoloji fonemenlər, məsələn, aqresivliyin təzahür xüsusiyyətləri maraqlandırır.
Bu metod müxtəlif variantlarında tətbiq olunur.
Bir halda tətqiqatçı müşahidə etdiyi hadisələrdə bilavasitə iştirak etmir və onların gedişinə müdaxilə etmir. Başqa sözlə tətqiqatçı müşahidə etdiyi hadisənin gedişini kənardan izləyir.
Başqa bir halda isə öyrəndiyi hadisəni kənardan deyil,hadisənin öz daxilində müşahidə edir: bu zaman o, müşahidə etdiyi adamlarda qarşılıqli əlaqədə olur,ancaq situasiyanı qətiyyən dəyişməyə çalışmır. Belə müşahidəyə qoşulmuş müşahidə deyilir.
Arxiv materiallarının təhlili də müşahidənin özünəməxsus növü hesab olunur. Bu zaman tətqiqatçı arxiv materialları,məsələn gündəlikləri, romanları,jurnal və qəzətləri, toplanmış sənədləri nəzərdən keçirir və onların məzmununu təsvir edir.
Korrelyasiya metodu da müşahidə metodu kimi özünəməxsus texnikadır. Lakin ondan mahiyyətcə fərqlənir . Korrelyasiya metodunun vasitəsilə 2 və ya daha çox kəmiyyət sistematik surətdə ölçülür və onların arasında tibbi surətdə əmələ gələn qarşılıqlı münasibət müəyyən olunur.Müəyyən olunmuş mühüm kəmiyyətlər korrelyasiya metodu vasitəsilə təbii şəraitdə öyrənilir.
Müşahidə metodunda olduğu kimi, korrelyasiya metodunda da tətqiqatçı çox vaxt adamların davranışını bilavasitə müşahidə edir. Məsələn, psixoloq korrelyasiya metodu vasitəsilə uşaqların aqressiv davranışı ilə zorakılığı göstərən televiziya verlişinin qarşılıqlı əlaqəsini yoxlamaq imkanına malikdir.Lakin bu zaman qarşıda müşahidə metodundan fərqli olan məqsəd çıxır korrelyasiya metodunda muçahidədən fərqli olaraq uşaq aqressivliyi ilə başqa amillər arasındakı qarşılıqlı əlaqə və ya korrelyasiya qiymətləndirilir.
Bu sahədə mümkün vasitələrdən biri də - adamların reprezentiv seçimində aparılan sorğu ola bilər. Sorğuların müxtəlif növləri çevrəsində intervyu və anketlər sosial psixologiyada geniş yayılıb. Test sorğularından da istifadə olunur. Sorğu zamanı müvafiq statistik kəmiyyətlər müəyyən olunur və onların korrelyasiya əmsalı hesablanır. Son zamanlar bu məqsədlə kompüter texnikasından istifadə olunur.
Korrelyasiya metodunun mahiyyətini açıqlamaq üçün bir cəhəti zəruri surətdə qeyd etmək lazımdır: korrelyasiya metodu ilə ancaq və ancaq iki kəmiyyət arasındakı qarşılıqlı əlaqə ölçülür. Onun səbəbi isə açıqlanmır. Korrelyasiya araşdırmaları eksperimental tədqiqat deyil,lakin ilk baxışda eksperimentə oxşayır. Bu cəhəti nəzərə almaq onun bəzən kvazi eksperiment adlandırırlar.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin