Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Kiçik qruplarda sosiometrik istiqamət: C.Moreno



Yüklə 93,9 Kb.
səhifə42/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   38   39   40   41   42   43   44   45   ...   51
Sosial psixologiya (1)

Kiçik qruplarda sosiometrik istiqamət: C.Moreno

Sosial psixologiyada kiçik qrupların tədqiqi sahəsində müxtəlif istiqamətlər əmələ gəlmişdir. Bunlara sosioloji , psixoloji , sosiometrik , və stratometrik istiqamətləri aid etmək olar.
Kiçik qrupların sosial psixologiyasında sosioloji və psixoloji istiqamətlərlə eyni vaxtda sosiometrik istiqamət də formalaşırdı. Sosiometrik istiqamətin əsasları 1908-1925-ci illərdə qoyulsa da ,30-cu illər onun inkişafında mühüm yer tutur.
Sosiometriya termini ilk dəfə XIX əsrdə sosial faktların öyrənilməsi zamanı riyazi metodların tətbiqi ilə əlaqədar olaraq yaranmışdır.
O , ABŞ-da sosiometriya institu təşkil etmiş, “Sosiometriyanın əsasları “ əsərini yazmışdır.
C.Moreno “Sosiometriyanın əsasları “ əsərində sosiometrik sistemin nəzəri məsələlərinin şərhinə xüsusi diqqət yetirmişdir. O, sosiometriyanı sosionomiyanın bir sahəsi hesab edirdi. Morenonun fikrincə, sosionomiya ali prinsipdir. Onun sosiometriyadan başqa daha iki sahəsi – sosiodinamika və sosioatriya vardır.
Morenonun fikrincə, sosionomiya sosial qanunlar haqqında elmdir. Sosiodinamika – sosial qruplar, sosiometriya- insanlararası münasibətlərin ölçülməsi, sosiatriya isə sosial sistemin müalicəsi haqqında elmdir. Sosiometriyada sosiometrik metodlardan, sosiodinamikada “rol oyunları” ,qarşılıqlı təsiri öyrənmə metodlardan, sosiatriyada isə qrup psixoterapiyası,xüsusilə psixodram və sosiodram metodlarından istifadə olunur.
Sosiometrik metodların bir çoxu özlərinin dəqiqliyi etibarı ilə diqqəti cəlb edir. Moreno iddia edirdi ki, insan üçün guya onun qrupdakı vəziyyətindən və başqalarının ona münasibətindən vacib heç nə yoxdur. Moreno dünyanı psixiatrik vasitələrlə dəyişmək istəyirdi.

  1. Xidmət sahəsinin tətbiqi sosial-psixoloji problemləri

Xidmət sahəsi geniş anlayışdır: o, ticarət, kommunal-məişət xidməti, ictimai iaşə kimi müxtəlif sahələri əhatə edir.
Xidmət sahəsində psixoloji amillər-insan amili xüsusi aktuallıq kəsb edir. Çox maraqlı haldır ki, əksər hallarda, alıcının əhvalının formalaşmasında ərzağın keyfiyyətindən daha çox xidmətin psixoloji səviyyəsi, satıcının alıcını xoş üzlə yola salması daha təsirli rol oynayır.
Sosial psixologiyada xidmət sahəsinin psixologiyası məsələləri XIX əsrin sonlarından etibarən öyrənilməyə başlanılmışdır. Hal-hazırda xidmət sahəsi psixologiyasının daxilində isə ticarət psixologiyasının və kommunal psixologiyasının müstəqil sahə kimi formalaşması prosesi gedir.
Xidmət sahəsi psixologiyasında ilk tətbiqi tədqiqatlar da ticarət psixologiyası istiqamətində aparılmışdır.
Maraqlı cəhət ondan ibarətdir ki, ticarətdə bəzi sosial-psixoloji fenomenlər bütün aydınlığı ilə təzahür edir. Məsələn, ticarət sahəsində qrupdaxili təlqin, yoluxma, təşviş, şayiə kimi sosial-psixoloji fenomenlər də müxtəlif formalarda meydana çıxır. Onların öyrənilməsi təkcə ticarətin təşkili baxımından maraqlı deyildir.
Ticarətin tətbiqi sosial-psixoloji problemləri içərisində əhalinin tələbatlarının öyrənilməsində, onların formalaşdırılması, xüsusiyyətlərinin təhlili və s. kimi məsələlər mühüm yer tutur. Onların bir çox problemlərinin həlli reklam psixologiyası ilə bilavasitə bağlıdır.
Reklam psixologiyası hələ əsrin əvvəllərində ABŞ-da formalaşmışdır. Reklam nəzəriyyəsinin əsas mənbəyini ümumi və social psixologiya təşkil etmişdir. Reklam psixologiyası müxtəlif dövrlərdə biheviorizm, freydizm, gestalt-psixologiya, sahə nəzəriyyəsi və s.-nin anlayış və metodlarından geniş istifadə etmişdir.
Müasir reklamlarda görmə (afişalar, anonslar), eşitmə (radio, satış yerlərində şifahi elanlar) vasitələri önəmli yer tutur. Müəyyən olunmuşdur ki, bu reklam vasitələri kişilərə nisbətən qadınların diqqətini nisbətən asanlıqla cəlb edir.
Bəzi psixoloqların fikrincə, insanlara təsir etmək üçün ancaq onların qavrayış obrazlarını tənzim etmək üsullarını tapmaq lazımdır. XX əsrdə reklam psixologiyasının əsas üsulları bu məqsədə tabe edilmişdir.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin