Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Fəaliyyətin sosial (normativ) tənzimi: sosial mövqe, nəzarət və gözləmələr



Yüklə 93,9 Kb.
səhifə34/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   30   31   32   33   34   35   36   37   ...   51
Sosial psixologiya (1)

Fəaliyyətin sosial (normativ) tənzimi: sosial mövqe, nəzarət və gözləmələr

Şəxsiyyətin sosial qrupda yerini təhlil etmək üçün psixologiyada mövqe və ya status (latınca status-vəziyyət deməkdir) anlayışından istifadə olunur.
Hər hansı bir qrupu psixoloji cəhətdən təhlil edəndə qrup üzvlərinin mövqeyinin eyni olmaması faktı dərhal diqqəti cəlb edir .
Sosial qrupda onun üzvlərinin mövqeyini səciyyələndirmək üçün iki şkaladan – maaş cədvəli və hörmət şkalasından istifadə etmək olar .
Əmək haqqı insanın sosial mövqeyini səciyyələndirən ən ümumi zahiri əlamətdir. Əmək haqqı insanın təhsil səviyyəsi ilə müəyyən olunur və tutduğu vəzifə ilə bilavasitə bağlıdır. Bu baxımdan mövqe anlayışı, birini növbədə, şəxsiyyətin hüquq və vəzifələri əsasında təhlil edilməlidir.
Ünsiyyət prosesində insanların bir-birilə qarşılıqlı əlaqə və rabitələri sosial normalar vasitəsilə tənzim olunur. İnsanlar sosial qrupdakı mövqelərindən asılı olmayaraq sosial normalara əməl edirlər.
Sosial normalar dedikdə, davranış və fəaliyyət qaydaları nəzərdə tutulur. Norma latın sözü olub qayda, qanun deməkdir. Siyasi, hüquq, mədəni, etik və s. normalar buna misal ola bilər.
Sosial normalar insanların münasibətlərini tənzim edir. Hər bir qrupda böyüklə kiçik, qadınla kişi, müəllimlə şagird arasındakı münasibətlər sosial normalar vasitəsilə tənzim olunur. Sosial normaların tənzimetmə funksiyası dedikdə, bu cəhəti nəzərə alırlar. Onların əsas funksiyalarından biri isə qiymətləndirmə funksiyasıdır, yəni insanlar sosial normalar vasitəsilə nəinki başqa adamların, həm də özlərinin davranış və rəftarını qiymətləndirir. Bu yollara sosial nəzarət sistemi deyirlər.
Əgər hər hansı bir adam sosial normalara artıqlaması ilə əməl edirsə, onun hərəkətləri müxtəlif formalarda rəğbətləndirilir.
Sosial nəzarət sistemi iki səviyyədə - rəsmi (formal) və qeyri-rəsmi (qeyri-formal) vasitələrlə həyata keçirilir.
Sosial nəzarət hər şeydən əvvəl, tərbiyəedici əhəmiyyətə malikdir. Hər bir sosial situasiyada adamların davranış və rəftarının ümumi xarakteri sosial normalarla müəyyən olunur. Adamlar bir tərəfdən müəyyən bir sosial situasiyada sosial normalara hərəkət etməyə çalışırlar. Digər tərəfdən onlar hər hansı başqa adamın da həmin situasiyada belə hərəkət edəcəyini gözləyirlər. Psixologiyada buna sosial gözləmələr deyirlər.
Eyni bir sosial situasiyada adamlar müxtəlif rollar ifadə edirlər. Adamlar bundan asılı olaraq onlara eyni sosial situasiyada eyni meyarlarla yanaşmırlar: hər hansı bir adamın hansı rol ifadə etməsini nəzərə alır və onun sosial situasiyada rolun tələblərinə uyğun olaraq hərəkət edəcəyini gözləyirlər. Bu o deməkdir ki, insanların qarşılıqlı təsir prosesində sosial gözləmələr rol gözləmələri kimi özünü göstərir.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin