TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 15,93 Mb.
Pdf görüntüsü
səhifə26/41
tarix31.01.2017
ölçüsü15,93 Mb.
#6985
1   ...   22   23   24   25   26   27   28   29   ...   41
§2. SOSĠAL SĠYASƏT 

 

90-cı  illərin  əvvəllərində  iqtisadi  böhran,  tənəzzül  əhalinin  güzəranını 



ağırlaşdırmış,  ərzaq  məhsulları,  enerji  daşıyıcıları,  sərnişin  daşımaları  və  başqa 

xidmətlərin  qiyməti  yüz  dəfələrlə  artmışdı.  Əmək  haqqının  və  pensiyaların 

indeksasiyası üçün müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi 1993-cü ilin 

yayında  500  manat,  1994-cü  ilin  payızında  isə  4000  manat  müəyyən  olunmuşdu. 

Bu,  dolanacaq  üçün  adi  xərclərin  cəmi  7  faizinə  çatırdı.

173


  Dövlət  əmanət 

kassalarında  əhalinin  bir  milyard  dollara  qədər  pulu,  demək  olar  ki,  batmışdı. 

Əmək  haqqının  nominal  göstəricisi tez-tez  artsa da, real  səviyyəsi aşağı düşürdü. 

90-cı  illərin  birinci  yarısında  inflyasiyanın  artımı  əhalinin  pul  gəlirlərinin  artım 

sürətini  üç  dəfə  üstələyirdi.

174 


Bir  adamın  normal  yaşaması  üçün  vacib  tələbat 

zənbilinin dəyəri 1994-cü ilin əvvəllərində təqribən 5 min, ortalarında isə artıq 25,8 

min  manat,  orta  aylıq  əmək  haqqı  isə  müvafiq  surətdə  cəmi  4,4  min  və  13,8  min 

manat olmuşdu.

175

 İnflyasiyanın daim artmasında marağı olan və buna çalışan bəzi 



işbazların yaratdıqları soyğunçu "Vahid", "Mərhəmət", "Aleks", "Etimad", "Xəyal" 

və  başqa  "xeyriyyə  cəmiyyətləri"  əhalinin  aztəminatlı  təbəqələrini  aldadıb  var-

yoxdan çıxarırdı.

176


 

İqtisadiyyatın  pozulması,  əhalinin  sürətlə  yoxsullaşması,  qaçqınlıq  və 

köçkünlüyün  ağırlığı  uşaqlara  və  yeniyetmələrə  daha  pis  təsir  göstərirdi. 

Ermənistanın işğalçılıq  siyasəti nəticəsində  Azərbaycanda  300 min  nəfərədək (79 

min  nəfəri  5  yaşına  qədər)  uşaq  məcburi  köçkünə  çevrilmişdi.

177


  90-cı  illərin 

ortalarında  respublikada  34  mindən çox, o cümlədən hər  iki  valideynini itirmiş 9 

min uşaq var idi. Yoxsul ailələrin uşaqları aclıq çəkir, çoxu səfil həyat keçirməyə, 

məktəbdən uzaqlaşmağa məcbur olurdu.

178

 

Əhalinin  sosial  müdafiəsi  tədbirləri  və  islahatların  sosial  yönümü  90-cı 



illərin ortalarından başlayaraq həyata keçirilən iqtisadi siyasətdə mərkəzi yer tutdu. 

Prezident Heydər Əliyevin rəhbərliyi altında bu sahədə müntəzəm iş aparıldı. 

İqtisadi tənəzzülün aradan qaldırılması və inkişafa yol açılması nəticəsində 

dövlət büdcəsi 1994-cü ildə cəmi 682  milyard  manat  idisə, 2001-ci  ildə  6-7 dəfə 

artmışdı.

179 


Hiperinflyasiyanı  cilovlamaq  üçün  1995-1996-cı  illərdə  həyata  keçirilən 

tədbirlər nəticəsində 1996-cı ilin birinci yarısında orta əmək haqqının artım sürəti 

inflyasiyanı iki dəfə üstələdi.

180


 

321 

 

Əmək  haqqının  artırılması  üçün  dövlət  tədbirlərinin  həyata  keçirilməsi 



nəticəsində işçilərin orta aylıq nominal əmək haqqı xeyli artdı. Təkcə 1994-1998-ci 

illərdə orta aylıq əmək haqqı 12 dəfə artmış, 184,4 min manata çatmışdı. 1999-cu 

ilin avqustunda dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda əmək haqqı 1,8 

dəfə,  2000-ci  ilin  yanvarında  təhsil  işçilərinin,  aprelində  isə  elm,  mədəniyyət  və 

sosial təminat sahələri işçilərinin əmək haqları 25 faiz artırıldı. Bir qrup ədəbiyyat, 

incəsənət  və  elm  xadiminə,  gənc  istedadlara  fərdi  təqaüdlər  müəyyən  edildi.

181

 

2002-ci ildə orta aylıq əmək  haqqı 315 min  manat idi.



182

  Əmək haqqının artması, 

inflyasiyanın  çox  aşağı  səviyyədə  olması  1999-2000-ci  illərdə  isə  istehlak 

qiymətlərinin  aşağı  düşməsi  şəraitində  baş  vermişdi.  90-cı  illərin  ikinci  yarısında 

əhalinin  pul  gəlirlərinin  artım  sürəti  inflyasiya  səviyyəsini  2,5  dəfə  qabaqlayırdı, 

başqa  sözlə,  əhalinin  alıcılıq  qabiliyyəti  2,5  dəfə  artmışdı.  2000-ci  il  yanvarın  1-

dən  əmək  haqqının  vergi  tutulmayan  minimum  həddi  60  min  manatdan  100  min 

manata  qaldırıldı.  Maaşlar  və  pensiyalar  vaxtlı-vaxtında  verilirdi,  bu,  dövlət 

başçısının nəzarəti altında idi.

183


 

Özəl müəssisələrdə, xarici və müştərək şirkətlərdə əmək haqqı xeyli yüksək 

idi. Məsələn, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində işləyən 1,5 mindən çox 

azərbaycanlıdan hər birinin orta aylıq əmək haqqı 780 dollar təşkil edirdi.

184

 2001-


ci  ildə  xarici  neft  şirkətləri  və  onlara  xidmət  göstərən  başqa  xarici  şirkətlərdə  10 

mindən çox Azərbaycan vətəndaşı çalışırdı.

185

 

Lakin  bu  sahədə  problemlər  hələ  də  az  deyildi.  İşləyənlərin  90  faizinin 



əmək haqqı 150  min  manatdan artıq olmurdu. 2002-ci  ildə adambaşına  pul  gəliri 

2,6 milyon manat olmuşdu (1995-ci ildə 886 min manat idi).

186

 

90-cı  illərin  birinci  yarısında  iqtisadi  tənəzzül,  müəssisələrin  bağlanması 



işsizliyin  artmasına  səbəb  olmuşdu.  İşsizlər  qeydə  alınır,  onlara  status,  müavinət 

verilirdi.  1995-ci  ildə  ölkədə  28  min,  2000-ci  ildə  isə  44  minə  qədər  işsiz  qeydə 

alınmışdı.

187


 İşsizlərin işlə təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiə 

Nazirliyi  tərəfindən  1997-ci  ildən  başlayaraq  dövlət  və  özəl  müəssisələrin,  o 

cümlədən  xarici  şirkətlərin  köməyi  ilə  böyük  şəhərlərdə  hər  dəfə  minlərlə  işsizin 

işlə  təmin edildiyi "Əmək  yarmarkaları" təşkil olundu. Dövlət  məşğulluq  xidməti 

təkcə 2000-ci ildə 19 min nəfəri işlə təmin etmişdi.

188


 

1995-2000-ci  illərdə  dövlət  büdcəsindən  sosial  təyinatlı  xərclər  üç  dəfəyə 

qədər  artmışdı.  Büdcə  xərclərinin  yarıdan  çoxu  sosial  yönümlü  idi.

189


  Əhalinin 

sosial  müdafiəsini  gücləndirmək  məqsədilə  1994-cü  il  iyulun  24-də  "Əhalinin 

sosial  müdafiəsi  haqqında"  Qanun  qəbul  edildi.

190


  Həmin  il  noyabrın  21-də 

"Əhalinin  Sosial  Müdafiəsi  Fondu"  təsis  olundu.  Bu  fonda  bütün  müəssisələr 

balans  mənfəətindən  1  faiz  məcburi  ayırma  verməyə  başladı.  Fond  bütün 

təşkilatlardan sosial sığorta ayırmaları toplayır və yaranan vəsait hesabına pensiya 

və müavinətləri maliyyələşdirirdi.

191


 1994-cü ilin iyununda dövlət 1 milyondan çox 

322 

 

pensiyaçının,  130  min  tələbənin  pensiya  və  təqaüdlərini  2,2  dəfə  artırdı. 



Aztəminatlı  ailələrdə  uşaqlara  ayda  750  manat  pul  kompensasiyası  ödənilməyə 

başlandı.  Sosial  pensiyaçılara,  tələbələrə,  şagirdlərə  kompensasiyalar  ayda  1500 

manata çatdırıldı.

192


 

1995-ci  ilin  yanvarında  pedaqoji  işçilərin  ailələri  elektrik  enerjisindən, 

qazdan  istifadə  və  kommunal  xidmət  xərclərindən  tamamilə  azad  edildilər. 

"Vətəndaşların pensiya təminatı haqqında" Qanunla əlaqədar 1995-ci ilin sentyabr 

ayında  pensiyaların  aylıq  həcmi  35-40  faiz,  qocalığa  görə  pensiyaların  orta  aylıq 

məbləği 2 dəfə artırıldı.

193

 

1996-cı ilin may ayında Prezident aztəminatlı ailələrə verilən müavinətləri, 



aspirant, tələbə və şagird təqaüdlərini artırmaq haqqında yeni sərəncam verdi.

194


 

İqtisadiyyata  və  sosial-ictimai  həyata  mənfi  təsir  göstərdiyi  üçün  1997-ci 

ilin  iyun  ayında  pedaqoji  işçilərə,  ahıllara,  sosial  pensiyaçılara,  əlillərə  edilən 

qeyri-vergi  güzəştləri  ləğv  olundu  və  əvəzində  onlara  aylıq  əlavə  müavinət 

verilməyə  başlandı.  Pensiyalar  yenidən  artırıldı.  650  min  nəfərdən  çox 

pensiyaçının pensiyası iki dəfədən çox, pedaqoji işçilərin aylıq vəzifə maaşları 30 

faiz artırıldı. İşləyən pensiyaçılara pensiya 50 faiz həcmində ödənildi.

195


 

1998-ci  ildən  müharibə  və  20  Yanvar  əlillərinə  dövlət  hesabına  "Oka" 

markalı  minik  maşınları  verilməyə  başlandı.  2003-cü  ilin  yanvarına  qədər  1090 

nəfər  belə  əlil  pulsuz  minik  maşını  ilə  təmin  olunmuşdu.  Müharibə  əlillərinin 

məişət  şəraitini  yaxşılaşdırmaq  üçün  evlər  tikilir,  növbə  ilə  pulsuz  paylanırdı. 

Əlilləri fəal iqtisadi həyata qaytarmaq üçün "Əlillərin Reabilitasiya Mərkəzi" təşkil 

olunmuşdu.

196


 

2001-ci  ilin  ortalarında  Prezident  Heydər  Əliyevin  "Pensiya  islahatı 

haqqında" Fərmanı əhalinin pensiya təminatının təşkilini daha da təkmilləşdirməyə 

istiqamətləndirilmişdi.

197

  İqtisadiyyata  mənfi  təsirini  nəzərə  alaraq  dövlət  2002-ci 



ilin  yanvar  ayında  sosial  güzəştlərin  böyük  əksəriyyətini  ləğv  etdi.  Bu  güzəştlər 

əvəzinə büdcədən müavinətlər verilməyə başlandı.

198

 

2002-ci il iyunun 11-də Prezident Heydər Əliyev "Azərbaycan Respublikası 



Prezidentinin  fərdi  təqaüdünün  təsis  edilməsi  haqqında"  Fərman  verdi.  Xalq 

qarşısında  mühüm xidmətləri olmuş şəxslərə  yüksək Prezident təqaüdü verilməyə 

başlandı.

199


 

2002-ci  ildə  respublikada  1  milyon  200  min  pensiyaçı  vardı.  Aylıq 

pensiyaların  orta  məbləği  94  min  manata  yaxın  idi,  1996-2002-ci  illərdə 

pensiyaların məbləği 3,4 dəfə artmışdı.

200

 

Ölkədə  bir  milyondan  çox  qaçqın  (Ermənistandakı  tarixi  etnik 



torpaqlarından  qovulmuş  azərbaycanlılar  və  Özbəkistandan  qovulmuş  Məhsəti 

türkü - 230 min nəfər) və  məcburi köçkün (Ermənistanın işğal etdiyi Azərbaycan 

ərazilərindən köçənlər - 778 min nəfər) vardı.

201


 Onların üçdə ikisi qadın və uşaqlar 

323 

 

idi.



202

  Qaçqınların  bir  qrupu  məskunlaşmışdı,  qalanı  isə  ağır  şəraitdə  yaşayırdı. 

Köçkünlərin 77 min nəfəri çadır düşərgələrində yaşayırdı.

203


 

Prezident  Heydər  Əliyevin  2001-ci  il  22  avqust  tarixli  Fərmanında 

Ermənistan  ərazisindəki  tarixi  torpaqlarından  didərgin  salınmış  azərbaycanlıların 

məskunlaşması problemlərinin həlli ilə bağlı konkret tədbirlər müəyyən olundu

204

 

və həyata keçirilməyə başlandı. 2001-ci il 7 sentyabr tarixli Fərmanında Prezident 



Ağdam  və  Füzuli  rayonlarından  olan  məcburi  köçkünlərin  məskunlaşdırılması 

üçün Ağdam rayonu ərazisində 500, Füzuli rayonu ərazisində isə 800 ailəlik evlər 

tikilməsi, qəsəbələr salınması haqqında göstərişlər verdi.

205


 

Məcburi  köçkünlərin  sosial  müdafiəsini  gücləndirmək  məqsədilə  1998-ci 

ildən başlayaraq onlara  yemək xərci  üçün verilən aylıq müavinət hər il artırılırdı. 

1998-2000-ci illərdə bu müavinətlər 3,5 dəfə çoxalmışdı.

206

 

Qaçqın və məcburi köçkünlərə dünyanın ayrı-ayrı ölkələrinin və beynəlxalq 



birliklərin  50-dən  çox  humanitar  təşkilatı,  o  cümlədən  BMT-nin  Qaçqınlarla  İş 

üzrə Ali Baş Komissarlığı, Ümumdünya Ali Ərzaq Proqramı, Uşaq Fondu, Dünya 

Bankı, Avropa Birliyi ESNO-EKO xətti, Beynəlxalq Qızıl Xaç Cəmiyyəti, ABŞ-ın 

Beynəlxalq Uşaqları Xilasetmə Federasiyası xətti ilə maliyyələşdirilən 6 müstəqil 

humanitar təşkilatı, Beynəlxalq İnkişaf Agentliyi Avropa və MDB Ölkələri İdarəsi, 

Asiya  Müsəlmanları Komitəsi, Beynəlxalq İslam "Nicat" Təşkilatı,  İran, Türkiyə, 

Səudiyyə  Ərəbistanının Qızıl Aypara  cəmiyyətləri,  Almaniya  Beynəlxalq Texniki 

Yardım Təşkilatı humanitar yardım göstərirdi.

207

 

Respublikanın  müxtəlif rayonlarına  səpələnmiş köçkünlər üçün beynəlxalq 



humanitar  təşkilatların  yaxından  köməyi  ilə  yaşayış  yerləri  yaradılmışdı.  Avropa 

Birliyi Humanitar Yardım İdarəsi ESNO 1993-1994-cü illərdə üç məskunlaşdırma 

proqramı həyata keçirmiş, Sabirabad, Ağcabədi, Dəvəçi, Goranboy, İmişli, Yevlax, 

Şəki  və  Saatlıda  20  min  adam  üçün  qurma  evlər,  1995-ci  ildə  Beyləqanda  iki 

qəsəbə tikilməsini maliyyələşdirmiş, əhaliyə sosial xidmətlər göstərilməsini, hər ay 

ərzaq  yardımı  verilməsini  təmin  etmişdi.  Almaniyanın  köməyi  ilə    1996-cı  ildə 

Ağcabədi rayonunda Laçın köçkünləri üçün 2 qəsəbə, BMT-nin köməyi ilə Oğuz-

Şəki yolu üstə Laçın, Kəlbəcər, Ağdam köçkünləri üçün 2 qəsəbə salınmışdı.

208  

ABŞ-ın  "Keyə"  (Qayğı)  Humanitar  Təşkilatı  İmişli,  Saatlı,  Beyləqan, 



Zərdab,  Kürdəmir,  Göyçay  və  Ağsu  rayonlarında  birtipli  layihələr  üzrə  1800 

köçkün ailəsi üçün evlər inşa etmiş, 6,5 min ton ərzaq paylamışdı.

209

 ABŞ-ın qeyri-



dövlət  təşkilatları  1992-1997-ci  illərdə  Azərbaycana  125  milyon  dollarlıq 

humanitar  yardım  etmişdilər.  1996-1997-ci  illərdə  ABŞ  Dövlət  Departamentinin 

sponsorluğu  ilə  Azərbaycana  dava-dərman  və  tibb  preparatlarından  ibarət  böyük 

humanitar yardım göndərilmişdi.

210

 İranın Hilal-i Əhmər,  Türkiyənin  və Səudiyyə 



Ərəbistanının Qızıl Aypara cəmiyyətləri köçkünlər üçün 10 çadır şəhərciyi qurmuş, 

burada yaşayanlara ərzaq yardımı göstərmişdi. ABŞ, Almaniya, Norveç, Yaponiya, 



324 

 

Hindistan  milli  Qızıl  Xaç  cəmiyyətləri  də  Azərbaycanda  imkansız  adamlara 



humanitar  yardım  göstərmişdilər.

211


  1996-cı  ilin  payızında  Böyük  Britaniya 

hökuməti  Azərbaycanın  şimal-qərb  bölgəsində  məskunlaşmış  8  min  köçkün 

ailəsinə 156 min dollar məbləğində yardım göndərmişdi.

212 


Humanitar yardımın paylanmasına nəzarəti gücləndirmək üçün 1995-ci ilin 

yanvar  ayında  Prezidentin  xüsusi  Fərmanı  ilə  Beynəlxalq  Humanitar  və  Texniki 

Yardım  üzrə  Respublika  Komissiyası  təşkil  edildi.

213


  Prezidentin  sərəncamı  ilə 

1998-ci  il  sentyabrın  17-də  "Qaçqınların  və  Məcburi  Köçkünlərin  Problemlərinin 

həlli  üzrə  Dövlət  Proqramı"  təsdiq  edildi.

214


  Bu  proqramda  nəzərdə  tutulmuş 

tədbirlərin həyata keçirilməsini təmin etmək, məcburi köçkünlərin məişət şəraitini 

yaxşılaşdırmaq, müvafiq sosial infrastruktur yaratmaq, iş yerləri açmaq məqsədilə 

1999-cu  ilin  dekabr  ayında  "Məcburi  Köçkünlərin  Sosial  İnkişaf  Fondu" 

yaradıldı.

215


 

Yeni iqtisadi münasibətlərin  formalaşması labüd olaraq cəmiyyətdə ictimai 

təbəqələşməni  dərinləşdirmişdi.  Varlı-karlı  insanlar,  sahibkarlar  yaranmışdı.  Orta 

təbəqə meydana gəlirdi. 2002-ci ildə yoxsulluq həddində yaşayan insanlar əhalinin 

49 faizini təşkil edirdi.

216 


Prezident Heydər Əliyevin qeyd etdiyi kimi, "Bir qütbdə 

həddindən  artıq  zənginləşmiş,  bəzi  hallarda  qanunsuz  zənginləşmiş,  öz 

vəzifəsindən  sui-istifadə  edərək  zənginləşmiş,  harınlamış  insanlar  və  onların 

övladları  eyş-işrət  içindədirlər,  o  biri  tərəfdən  çadırlarda  yaşayan  insanlar 

inildəyirlər,  nə  qədər  əziyyət  çəkirlər".

217


  Prezident  imkanlı  insanları  ölkənin 

iqtisadi  inkişafı  üçün  investisiyalar  qoymağa,  yeni  iş  yerləri  açmağa,  bununla 

yoxsulların  həyatının,  güzəranının  yaxşılaşmasına  kömək  etməyə,  xeyriyyəçilik 

işləri ilə məşğul olmağa çağırırdı.

218

 

İnsanları kasıbçılıqdan qurtarmaq, onların rifah halını yaxşılaşdırmaq üçün 



Prezidentin təşəbbüsü ilə ölkədə "Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə 

Dövlət  Proqramı"  hazırlandı.  2003-2005-ci  illəri  əhatə  edəcək  bu  proqramın 

təqdimatına həsr olunmuş ümummilli konfrans keçirildi. Proqramda makroiqtisadi 

sabitliyin  möhkəmləndirilməsi,  iqtisadiyyatın  sahəvi  və  regional  baxımdan tarazlı 

şəkildə,  investisiyaların  daha  geniş  inkişaf  etdirilməsi,  iqtisadiyyatda  struktur 

islahatlarının,  o  cümlədən  özəlləşdirmənin  sürətləndirilməsi,  sahibkarlığın  inkişaf 

etdirilməsi,  yeni  iş  yerlərinin  açılması,  əhalinin  gəlir  əldə  etmək  imkanlarının 

genişləndirilməsi tədbirləri müəyyən edilmişdi.

219

 

Beynəlxalq  təşkilatlar  da  yoxsulluqla  mübarizəyə,  iş  yerləri  yaradılmasına, 



özəl  müəssisələr  açılmasına  kömək  edirdilər.  BMT  İnkişaf  Proqramı,  Beynəlxalq 

Əmək  Təşkilatı  Azərbaycan  Respublikası  Əmək  və  Əhalinin  Sosial  Müdafiə 

Nazirliyi  ilə  birlikdə  iş  yerləri  açmaq  üçün  Naxçıvan  MR,  Ağdam  və  Salyan 

rayonlarında  "Təhsil  və  Özünüməşğulluğun  İnkişaf  Proqramı"nı  hazırlamışdılar. 

Salyan  rayonunda  kiçik  sahibkarlığın  inkişafı  üzrə  belə  bir  proqram  həyata 


325 

 

keçirilmişdi.



220

  Şahbuz  rayonunun  Badamlı  kəndində  "Mineral  suların  fərdi 

qaydada  qablaşdırılması"  ixtisası  üzrə  kurs  təşkil  olunmuş,  sex  açılmışdı.  İslam 

İnkişaf Bankının vəsaiti ilə 10 rayonda insanları işlə təmin etmək üçün müəssisələr 

yaradılmışdı.

221


 Qatar Əmirliyi Xeyriyyə Cəmiyyəti Qax rayonunda tikiş sexi təşkil 

etmişdi.


222 

Avropa  Birliyi  Fermer  təsərrüfatlarına  kömək  etmək  üçün  1996-cı  ilin 

əvvəllərində  Avropa  İttifaqı  Partnyorluq  Fondu  yaratmışdı.

223 


BMT  İnkişaf 

Proqramı yoxsulluq səviyyəsi daha yüksək olan Naxçıvan MR-ə kömək etmək, iş 

yerləri açmaq üçün xüsusi proqram hazırlamış, bu məqsədlə 1200 min dollar vəsait 

ayırmışdı.

224

 

Dövlət işsiz insanların, qaçqın və köçkünlərin xırda, səyyar ticarətlə məşğul 



olmaları üçün münasib imkanlar yaradır, yeni ticarət mərkəzləri, yarmarkalar açır, 

satış yerləri təşkil edirdi.

225

 

Ölkədə iqtisadi tənəzzülün qarşısının alınması, istehsalın genişlənməsi, yeni 



müəssisələr,  iş  yerləri  açılması,  sosial  inkişaf  proqramları  hazırlanması  və  həyata 

keçirilməyə başlanması yoxsulluğun aradan qaldırılması üçün imkanlar açırdı. 

Əhalinin gəlirinin, alıcılıq qabiliyyətinin artması ticarətin, pullu xidmətlərin 

inkişafına  səbəb  olmuşdu.  Ölkədə  pərakəndə  əmtəə  dövriyyəsi  1995-2000-ci 

illərdə iki dəfədən çox artmış, əhaliyə 2000-ci ildə 10,6 trilyon manat mal (onun 68 

faizi ərzaq, 32 faizi isə qeyri-ərzaq malları olub) satılmışdı.

226

 Mal satışının 72 faizi 



yarmarka, bazar və küçələrdə, fiziki şəxslərin ticarət şəbəkəsində reallaşdırılmışdı. 

Bu illərdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi üç dəfəyə qədər artmış, 2000-

ci  ildə  2,4  trilyon  manata  çatmışdı.  Yüzlərlə  iri  ticarət  mərkəzi,  məişət  xidməti 

müəssisəsi  təşkil  olunmuşdu.  "Sədərək"  yarmarkasında,  "Şərq  bazarı"  və  başqa 

ticarət  mərkəzlərində  hər  gün  gur  alver  gedirdi.  2001-ci  il  avqustun  30-da 

Biləsuvarda iki qonşu dövlətin müştərək "Muğan" sərhəd bazarı açılmışdı.

228

 

80-ci  illərin  axırları  -  90-cı  illərin  əvvəllərində  respublikanın  yaşayış 



məntəqələri  əvvəlki  səliqə-sahmanını,  yaraşığını  itirməyə  başlamışdı.  Mitinqlər 

vaxtı, 1990-cı ilin Qanlı Yanvar günlərində sovet ordusu Bakıya və başqa yaşayış 

məntəqələrinə soxularkən çoxlu dağıntı törətmişdi. 

Erməni  işğalçıları  Dağlıq  Qarabağda,  ona  ətraf  bölgələrdə  730  yaşayış 

məntəqəsini,  o  cümlədən  Şuşa,  Laçın,  Xocalı,  Kəlbəcər,  Ağdam,  Füzuli,  Qubadlı 

və  Zəngilanı  ələ  keçirib  darmadağın  etmiş,  102  mindən  çox  evi,  o  cümlədən 

əhalinin  şəxsi  istifadəsində  olan  9099  min  kv.m  mənzil  sahəsini,  4366  sosial 

obyekti  qarət  edərək  söküb  aparmış,  yandırmışdılar.  800  km  yol,  15  min  km 

elektrik  və  qaz  xətləri,  2300 km  su-kommunikasiya  sistemləri,  160  körpü  bərbad 

hala salınmışdı.

229

 Xəzər dənizi səviyyəsinin qalxması ilə əlaqədar sahildə yerləşən 



yaşayış  məntəqələrini  su  basmışdı.  Bakının  gözəlliyi  ilə  məşhur  Dənizkənarı 

parkında (Bulvar) aşağı yarus su altında qalmış, yaşıllıqlar məhv olmuşdu. 



326 

 

Şəhər  və  kəndlərdə  mövcud  ictimai  nəqliyyat  vasitələri  tam  köhnəlmişdi. 



Rayonlara  qaz  yanacağı  verilməsi,  demək  olar  ki,  dayandırılmışdı.  Əhaliyə  su, 

elektrik  enerjisi  verilməsində  tez-tez  uzun  fasilələr  olurdu.  İstirahət  evləri, 

yataqxanalar  qaçqın  və  köçkünlərlə  dolu  idi.  Paytaxtda  iki  milyondan  çox  insan 

yaşayırdı.

230

  Şəhər  yaşayış  məntəqələrində,  əsasən  Bakıda  əhalinin  sayının  kəskin 



surətdə  artması  xidmət,  təminat,  sanitariya  işlərini  xeyli  çətinləşdirmişdi.  Mənzil 

fondu təmir olunmur, köhnə binalar sökülüb dağılırdı. 

Bakının  İçərişəhərində  100-dən  çox  abidə  sökülüb  məhv  edilmişdi.  Zığ 

qəsəbəsində XVIII əsr abidəsi həyətyanı sahəyə salınmışdı. Tovuz rayonunda XIX 

əsr memarlıq abidəsi şəxsi mülkiyyətə verilmişdi.

231


 

Yeni  yaşayış  massivləri  salınması  işi  dayandırılmışdı.  İctimai  mənzil 

tikintisi  kəskin  şəkildə  azalmışdı.  Dövlət  mənzil  fondunun  özəlləşdirilməsinə 

başlanmışdı. 

1991-2000-ci  illərdə  respublikada  10  milyon  kv.m-dən  artıq,  o  cümlədən 

əhalinin şəxsi vəsaiti hesabına 7,4 milyon kv.m ümumi sahəsi olan yaşayış evləri 

tikilmişdi.

232


 Fərdi tikintilərin böyük əksəriyyəti layihəsiz, nizamsız aparılırdı. Bu, 

yaşayış məntəqələrinin memarlığını pozur, simasını pisləşdirirdi. 

Heydər  Əliyevin  rəhbərliyə  qayıtması  ilə  respublika  əsl  tikinti  meydanına 

çevrildi.  Şəhər  və  kəndlərin  ən  yaxşı  yerlərində  işgüzar  adamlar  müasir,  milli  və 

klassik  üslublarda  yaraşıqlı  imarətlər  ucaltmağa  başladılar.  "Xəzərinşaat", 

"Bayraqdar  Holdinq",  "Sarna"  (İstanbul  evləri),  "Star",  "Şibarra"  və  başqa  xarici 

firmalar  müasir  tikinti  texnologiyası  ilə  onlarla  gözəl  bina-ticarət  mərkəzləri, 

yaşayış  evləri,  mehmanxanalar,  mədəni-əyləncə  mərkəzləri  və  s.  inşa  etdilər. 

Paytaxtda Beynəlxalq Bank və Milli Bank üçün yaraşıqlı göydələnlər, onlarla yeni 

çoxmərtəbəli bina tikilmişdi. "Naxçıvan" mehmanxanası yenidən qurulub "Həyat-

Recensi-Naxçıvan"  otelinə  çevrilmişdi,  onun  yeni  korpusu,  "Avropa"  oteli, 

"Azərturizm" şirkətinin "Bakı İstirahət Mərkəzi" və başqa ictimai mərkəzlər tikilib 

istifadəyə  verilmişdi.  "Super  market"lər,  ticarət  mərkəzləri,  yarmarkalar,  məişət 

xidməti  obyektləri  yan-yana  düzülmüşdü.  Xüsusi  "Ət  və  ət  məhsulları  bazarı" 

açılmışdı.

233


  2000-ci  ildə  professor  Hacıbala  Abutalıbov  Şəhər  İcra  Hakimiyyəti 

başçısı  təyin  edildikdən  sonra  Bakıda  abadlıq,  təmizlik,  yenidənqurma  işləri 

xüsusən  genişləndi.  2001-ci  ilin  əvvəllərində  şəhərdə  25  mindən  çox  qanunsuz 

tikilmiş,  paytaxtın  simasını  korlayan  köşklər,  çayxanalar  və  başqa  tikililər 

söküldü.

234


  Bakı  milli,  Şərq  və  müasir  Avropa  memarlığı  ilə  bəzənmiş  unikal, 

modern bir şəhərə çevrildi. 

Prezident  əvvəllər  bir  çox  işbazın  müxtəlif  yollarla  ələ  keçirdiyi  ictimai 

binaların  xalqa  qaytarılmasına  xüsusi  diqqət  yetirdi.  Azərbaycan  Musiqili 

Komediya  Teatrının  yararsız  hala  düşmüş  köhnə  binası  yerində  yeni  teatr  binası 

tikildi. Milli Akademik Dram Teatrının binası yenidən quruldu. İçərişəhərdə qədim 



327 

 

binalar,  Dövlət  Filarmoniyası,  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Rəyasət 



Heyəti binaları və başqa qiymətli memarlıq abidələri təmir edilməsi planlaşdırıldı. 

Bakı Dənizkənarı parkı yenidən quruldu.

235

  1998-ci  il  dekabrın  29-da  Prezidentin 



Fərmanı ilə ona Milli Park statusu verildi.

236 


Hər il may ayının 10-u - Prezidentin 

anadan  olduğu  gün  respublikanın  hər  yerində  iməciliklər  keçirilməsi,  təmizlik, 

abadlıq,  yaşıllaşdırma  işləri  aparılması  ənənəsi  yaranmışdı.  Yaşayış 

məntəqələrində yaşıllıqlar, bağlar, parklar, istirahət sahələri salınırdı.

237

 

Naxçıvanda  "Heydər  bulağı"  kompleksi,  Bakının  Hövsan  qəsəbəsində 



"Yeddi  gözəl"  fəvvarə  bulaq  kompleksi,  Xırdalan-Binəqədi  yolu  üstə  yeni  bağ 

salınmışdı.  1997-ci  ilin  mayında  Bakının  8-ci  kilometr  qəsəbəsində  "Heydər 

Əliyev  parkı"  istifadəyə  verildi.  Nizami  rayonunun  Darvin  küçəsində  yeni  park 

salındı.  Respublikanın  başqa  yaşayış  məntəqələrində  də  yeni  bağ  və  parklar 

salınırdı. 

2000-ci  il  noyabrın  25-də  baş  vermiş  güclü  zəlzələ  Bakı  və  Sumqayıt 

şəhərlərində  dağıntılar  törətmişdi.  Həyata  keçirilən  tədbirlər  sayəsində  qısa 

müddətdə bu təbii fəlakətin vurduğu ziyan aradan qaldırılmışdı. 

Abşeron  yarımadasının,  xüsusən  Bakı  və  Sumqayıtın  su  ilə  təchizatını 

kəmiyyət  və  keyfiyyətcə  yaxşılaşdırmaq  üçün Dünya  və  Avropa  banklarından 94 

milyon  dollar  vəsait  alınmış,  İngiltərənin  "Braun  və  Rut"  şirkəti  və  başqa 

şirkətlərin  iştirakı  ilə  əməli  iş  başlanmışdı.

238

  Şəki  şəhər  əhalisini  tələb  olunan 



miqdarda,  yüksək  keyfiyyətli  su  ilə  təmin  etmək  üçün  Almaniya  ilə  saziş 

imzalandı, 4,5 milyon dollar kredit alındı və layihənin icrasına başlanıldı.

239 

1996-


cı  ildə  dənizdəki  quyulardan  uzun  müddət  havaya  sovrulan  qazın  tutulub  sahilə 

ötürülməsi,  qaz  zavodunun  yenidən  qurulması  əhalinin  daxili  imkanlar  hesabına 

yanacaq  qazı  ilə  təmin  olunmasını  yaxşılaşdırdı.  1998-1999-cu  illərdə 

Qazıməmməd-Mingəçevir-Qazax,  Quba-Qusar-Xaçmaz,  Göyçay-Qəbələ,  Xaldan-

Şəki,  Salyan-Astara  istiqamətində  35  rayona  kəmərlə  qaz  verilməsi  bərpa 

olundu.


240

 

Respublikada  rabitə  sisteminin  inkişafı  üçün  uğurlu  addımlar  atıldı.  ABŞ, 



Yaponiya,  Böyük  Britaniya,  Türkiyə,  Almaniya,  İsrail,  Cənubi  Koreya,  Çin  və 

başqa  ölkələrin  qabaqcıl  rabitə  şirkətləri  ilə  əlaqələr  yaradıldı.  1992  və  1995-ci 

illərdə  Bakıda  Beynəlxalq  Telefon  Stansiyaları  quruldu  və  yerüstü  stansiyalarla 

beynəlxalq  əlaqə  sisteminə  qoşuldu.  Respublika  şəhərləri  və  rayonlarının 

əksəriyyətindən  dünyanın  bütün  şəhərləri  ilə  avtomat  telefon  rabitəsi  yaratmaq 

mümkün  oldu.  Köhnə  telefon  şəbəkəsi  yenidən  qurulmağa  başlandı.  1996-cı  ilin 

baharında  Azərbaycan-Rusiya-İngiltərə  "Azavrotel"  birgə  müəssisəsi  Bakıda  ən 

müasir elektron rəqəmli Avtomat Telefon Stansiyaları quraşdırdı. 1998-ci ildə 120 

min abonentlik müasir elektron ATS-lər istifadəyə verildi. 2002-ci ildə Bakıda 30 

min kanalı olan şəhərlərarası və beynəlxalq telefon stansiyası fəaliyyət göstərirdi. 



328 

 

Zaqatala,  Balakən,  Şəki,  Bərdə  və  Qusar  rayonlarında  mərkəzi  ATS-lər  yenidən 



qurulub, müasir elektron cihazlarla təchiz olunmuşdu.

241


 

Naxçıvan  MR-də  beynəlxalq  telefon  stansiyası  işə  düşdü,  peyk  rabitə 

sistemi  yaradıldı.  100  km  fiber-optik  kabel  xətti  çəkildi.  1998-ci  ildən  muxtar 

respublikanın  telefon  şəbəkəsi  Cənubi  Koreyanın  "DEU-Telekom"  şirkətinin 

köməyi  ilə  tam  yenidən  qurulmağabaşlandı.  1999-cu  ildə  Naxçıvan  tam  elektron 

rabitə  sisteminə  keçdi.  Rabitə  blokadası  aradan  qaldırıldı.  Gəncə,  Sumqayıt  və 

başqa  şəhərlərdə  müasir  Avtomat  Telefon  Stansiyaları  quraşdırıldı.  Mingəçevir, 

Dəvəçi,  Oğuz,  Qax,  Yevlax,  Quba,  Siyəzən  və  başqa  rayonlar  telefon  rabitəsi  ilə 

tam təmin olundular.

242


 

Azərbaycan  Respublikası  Rabitə  Nazirliyi  İsrailin  "STİV"  Firması  ilə 

"Baksell"  adlı birgə  müəssisə  yaradıb  mobil  telefonlar  şəbəkəsi  qurdu.  İnsanların 

məişətinə  mobil  telefonlar  geniş  daxil  olmağa  başladı.  Ölkədə  "Peycer"  rabitə 

sistemi təşkil edildi.

243


 

1996-cı  ilin  axırlarında  Rabitə  Nazirliyi  və  "Türk-Sell"  firması  "Azərsell" 

adlı  birgə  müəssisə  yaradıb  daha  təkmil,  beynəlxalq  şəbəkəyə  qoşula  bilən 

sellülyar  rabitə  sistemi  qurdu.

244

  2000-ci  ildə  "Azərsell"in  respublikanın,  demək 



olar  ki,  bütün  ərazisini  (93  faizini)  əhatə  edən  4  əsas  və  250  yardımçı  stansiyası 

vardı. Bu şəbəkə 740 min abonentə xidmət edirdi.

245

 

XXI  əsrin  əvvəllərində  respublikada  hər  yüz  ailədən  46-da  telefon  vardı. 



Hər  yüz  min  nəfərə  4625  mobil  telefon,  hər  yüz  nəfərə  9  şəbəkə  telefonu 

düşürdü.


246

 

2000-ci ildə 20 dövlətin ərazisindən keçərək Frankfurtdan  Şanxaya  uzanan 



24  min  km  Trans  Asiya-Avropa  (TEA)  fiber-optik  kabel  xəttinin  Azərbaycandan 

keçən  hissəsinin  çəkilişi  başa  çatdı.  TEA-nın  tam  istifadəyə  verilməsi  telefon 

rabitəsi keyfiyyətini yüksək səviyyəyə qaldırdı. Bu  magistral üstündə  yerləşən 24 

şəhər,  habelə  "Azərsell-Telekom"  Birgə  Müəssisəsi  vasitəsi  ilə  başqa  8  rayon 

mərkəzi bu xəttə qoşuldu.

247


 

Nəqliyyat  vasitələrinin  işi  də  xeyli  yaxşılaşmışdı.  1995-ci  ildə  Naxçıvan 

hava  limanında  ağıryüklü  təyyarələrin  enməsi  üçün  müasir  uçuş-enmə  zolağı 

istifadəyə verildi. 1996-cı ildə Gəncə hava limanı bərpa edildi, yenidən quruldu və 

beynəlxalq hava limanı statusu aldı. 

Bakı  Binə  Beynəlxalq  hava  limanının  tikintisi  sürətləndirildi  və  istifadəyə 

verildi. Burada yeni, müasir uçuş-enmə zolağı salındı. 2002-ci ildə Naxçıvan hava 

limanı  beynəlxalq  stansiyalar  səviyyəsində  yenidən  qurulmağa  başlandı.  Bakı, 

Naxçıvan  və  Gəncə  şəhərlərindən  dünyanın  müxtəlif  ölkələrinə  hava  yolları 

açıldı.


248

 

Naxçıvanda  (1992-ci  il),  Sabirabadda  (1996-cı  il),  Şəkidə  (1996-cı  il), 



Göyçayda (2002-ci il) böyük körpülər tikilib istifadəyə verildi.

249 


329 

 

1996-cı  ilin  axırlarında  Bakı-Horadiz  və  Bakı-Ağstafa  firma  sürət  qatarları 



işə  düşdü.  Bakı  şəhərətrafı  elektrik  qatarlarının  lokomotiv  briqadasına  icarəyə 

verilməsi xidmətin xeyli yaxşılaşmasına səbəb oldu.

250

 

Respublikanın  yaşayış  məntəqələrində  yeni  "Mersedes",  "Hunday", 



"Otoyol"  və  digər  xarici  markalı  avtobuslar  işləməyə  başladı.  Yollarda  müxtəlif 

marşrutlar  üzrə  daha  münasib  müasir  mikroavtobuslar  işləyirdi.  Sərnişindaşıma 

sahəsində xarici şirkətlərlə birgə müəssisələr yaradılması səmərəli idi. 2000-ci ildə 

sərnişin  daşımalarının  83,5,  yük  daşımalarının  isə  54,6  faizi  özəl  bölmənin 

nəqliyyat  vasitələri  ilə  həyata  keçirilirdi.

251


  1998-ci  ildə  Bakıda  sutkada  22  min 

sərnişinə  xidmət  edə  bilən  yeni,  müasir  avtovağzalın  birinci  hissəsi  istifadəyə 

verildi.

252


  2002-ci  ilin  dekabr  ayında  Bakı  metrosunun  "Həzi  Aslanov"  stansiyası 

işə düşdü. 

Şəxsi  nəqliyyat  vasitələri  də  çoxalmışdı.  "Mersedes",  "Toyota"  və  başqa 

xarici  markalı  bahalı  minik  avtomobillərinin  sayı  getdikcə  artırdı.  Respublikada 

2000-ci  ildə  441  mindən  çox,  o  cümlədən  Bakıda  130  min  minik  və  yük  maşını 

vardı.  Respublikada  hər  100  ailəyə  21  minik  maşını  düşürdü.

253

  Şəhərlərdə, 



şəhərlərarası  magistralların  kənarlarında  yüzlərlə  yaraşıqlı  yanacaqdoldurma 

məntəqələri tikilmişdi. 

1996-cı  ildə  respublikanın  "İşğal  olunmuş  və  Ziyan  çəkmiş  Ərazilərinin 

Bərpası  və  Yenidən  qurulması  üzrə  Dövlət  Komissiyası"  yaradıldı.  BMT-nin 

İnkişaf Proqramının təşəbbüsü ilə işğaldan azad olunmuş torpaqlarda bərpa işlərinə 

yardım göstərilməyə başlandı. Bu məqsədlə Beynəlxalq Şura, Bərpa Agentliyi təsis 

olundu.

254


 Füzuli rayonunun Horadiz qəsəbəsi və işğaldan azad olunmuş 22 kəndin 

bərpasına  başlandı.  Horadizdə  150-dən  çox  ev  bərpa  edildi,  640  yerlik  məktəb 

binası  tikildi.

255


  Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara  Federasiyası  Füzuli 

rayonunda "Bərpa və Vətənə Qayıdış Proqramı" çərçivəsində 1999-2001-ci illərdə 

rayonun Şükürbəyli və Arxanlı kəndlərində dağılmış evləri bərpa etmiş və köçkün 

ailələrin geri qayıtması üçün şərait yaratmışdı.

256

 Ağdamın 5 kənd xəstəxanasında 



əsaslı təmir və bərpa işləri aparılırdı, 11 kənddə 5 min yerlik məktəb binaları, 88 

artezian quyusu bərpa olundu.

257

 

Prezident  Heydər  Əliyevin  2001-ci  il  22  avqust  tarixli  Fərmanında 



Ermənistan  ərazisindəki  tarixi  torpaqlarından  didərgin  salınmış  azərbaycanlıların 

məskunlaşması problemlərinin həlli ilə bağlı konkret tədbirlər müəyyən olundu

258

 

və həyata keçirilməyə başlandı. 2001-ci il 7 sentyabr tarixli Fərmanında Prezident 



Ağdam  və  Füzuli  rayonlarından  olan  məcburi  köçkünlərin  məskunlaşdırılması 

üçün Ağdam rayonu ərazisində 500, Füzuli rayonu ərazisində isə 800 ailəlik evlər 

tikilmiş  qəsəbələr  salınması  haqqında  göstərişlər  verdi.

259 


Dövlət  Neft  Fondu 

hesabına  Goranboy,  Abşeron,  Şəmkir  rayonlarında,  Naxçıvanda  qaçqınlar  üçün 



330 

 

yeni  qəsəbələr  salındı.  Goranboy  rayonunun  Aşağı  Ağcakənd  kəndi  yanında 



qaçqınlar üçün salınan qəsəbə müasirliyi, səliqə-sahmanı ilə diqqəti cəlb edirdi. 

Respublika Prezidentinin 2002-ci il 13 may tarixli Fərmanına əsasən Dövlət 

Neft Fondundan Biləsuvar rayonundakı beş çadır şəhərciyində  yaşayan 3719 ailə 

üçün  Füzuli  və  Biləsuvar  rayonlarında  19  yeni  qəsəbə  salınmasına  192  milyard 

manat  vəsait  ayrıldı.  Ağdamın  Quzanlı  kəndində  100  evlik  qəsəbə  istifadəyə 

verildi.


260

 

Ağır iqtisadi şərait,  məişət təminatsızlığı, pərakəndə ticarətin, sanitariya  və 



kommunal  xidmətlərin  təşkilinə  lazımi  diqqət  verilməməsi  bir  çox  yaşayış 

məntəqələrində, qaçqın və köçkünlərin müvəqqəti məskunlaşdığı yerlərdə, xüsusən 

çadır  şəhərciklərində,  vağzalların,  metro  stansiyalarına  girişlərin,  bazarların 

ətrafında  yaranmış  qeyri-rəsmi  alver  yerlərində,  yarmarkalarda,  "tolkuçkalar"da, 

sallaqxanalarda antisanitar vəziyyət yaranmasına səbəb olur, yoluxucu xəstəliklərin 

kütləvi yayılma təhlükəsi meydana çıxırdı.

261 

Erməni işğalçıları ələ keçirdikləri ərazilərdə tibb müəssisələrini də dağıtmış, 



qarət etmişdilər.

262


 

2000-ci  ildə  respublikada  735  xəstəxana,  1614  ambulatoriya,  poliklinika, 

913 qadın məsləhətxanası, uşaq ambulatoriya və poliklinikası vardı. Tibbi xidmət 

müəssisələrində 29 min həkim, 60 minə qədər orta tibb işçisi çalışırdı. Əhalinin hər 

on min nəfərinə 88 xəstəxana çarpayısı düşürdü.

263


 

Səhiyyə müəssisələrinin, xüsusən xəstəxana və ambulatoriyaların təsərrüfat 

hesabına  keçməsi,  dərmanların  baha  olması  orta  təbəqəsi  zəif  olan  cəmiyyətdə 

əhalinin böyük əksəriyyətini çətinliklər qarşısında qoymuşdu. Xəstəxanada müalicə 

olunanların  sayı  kəskin  azalmışdı.

264


  1994-cü  ildə  difteriya,  1996-cı  ildə  cənub 

bölgələrində  qotur  və  başqa  xəstəliklər  qorxulu  şəkildə  yayılırdı.  "Ümumdünya 

Səhiyyə  Təşkilatı",  "Sərhədsiz  Həkimlər  Təşkilatı",  "Rilif  İnterneyşnl",  "Ekvilbr" 

təşkilatları, YUNİSEF, Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası kimi 

beynəlxalq  humanitar  təşkilatların  yaxından  köməyi  ilə  1995-1997-ci  illərdə 

respublikada  yoluxucu  xəstəliklərə  qarşı  mübarizə  kompaniyaları  keçirildi, 

əhalinin, xüsusən uşaqların difteriyaya qarşı kütləvi peyvənd olunması təşkil edildi. 

1996-cı  ilin  aprelində  respublikada  vərəm  xəstəliyinə  qarşı  mübarizə  aylığı 

keçirildi. 1994-1997-ci illərdə ABŞ-ın AMOKO şirkəti ilə "Amerikeəz" Xeyriyyə 

Cəmiyyəti Naxçıvan MR-də yoluxucu xəstəliklərə qarşı planlı "Soyuq zəncir" adlı 

immunlaşdırma  proqramı  həyata  keçirdilər.

265


  1997-ci  ildə  Yaponiya  hökuməti 

respublikaya vərəm və tənəffüs yolları xəstəliklərinə qarşı elmi-tədqiqat işləri üçün 

1,5  milyon  dollar  qiyməti  olan  xüsusi  avadanlıq  bağışladı.  Həmin  il  Beynəlxalq 

Qızıl  Xaç  və  Qızıl  Aypara  Cəmiyyətləri  Federasiyasının  yaxından  köməyi  ilə 

malyariyaya  qarşı  mübarizə  kompaniyası  keçirilmişdi.  ABŞ  Xəstəliklərə  Nəzarət 

Mərkəzi,  YUNİSEF  və  başqa  beynəlxalq  səhiyyə  təşkilatları  köçkünlərin 



331 

 

məskunlaşdığı  çadır  şəhərciklərində  sanitariya  vəziyyətinin  yaxşılaşdırılmasında, 



xəstəliklərə  qarşı  mübarizənin  təşkilində  fəal  iştirak  etdilər.  1995-ci  ildə 

Beynəlxalq  Qızıl  Xaç  Cəmiyyətinin  köməyi  ilə  Bakıda  Ortopediya  Mərkəzi  və 

Ortopedik  Emalatxana  yaradıldı.

266


  1996-cı  ildən  ABŞ-ın  özəl,  könüllü  AMKOP 

təşkilatı  Abşeronda  8  tibb  məntəqəsi  açıb  minlərlə  qaçqın  və  köçkünə  səhiyyə 

xidməti göstərirdi.

267


 

1997-ci  ilin  sentyabrında  ABŞ  Dövlət  Departamentinin  təşəbbüsü  ilə 

Azərbaycana 1,2 milyon dollar dəyərində dərman preparatları göndərildi.

268


 Həmin 

il  Böyük  Britaniya  "Uşaqlara  birbaşa  yardım"  beynəlxalq  humanitar  təşkilatı 

məcburi  köçkünlər  üçün  7  tibb  məntəqəsi  təşkil  etdi.

269


  1998-ci  ilin  yanvarında 

ABŞ  dövləti  "Ümid"  proqramı  çərçivəsində  Azərbaycana  2  milyon  dollar 

dəyərində humanitar yardım göndərdi.

270


 

Azərbaycan  Avropada  "polimelit"  uşaq  xəstəliyinin  ən  çox  yayıldığı  ölkə 

idi. Bu ağır xəstəliyə qarşı mübarizəni səmərəli təşkil etmək üçün vəsait çatışmırdı. 

1995-1996-cı  illərdə  Ümumdünya  Səhiyyə  Təşkilatı  və  YUNİSEF-in  köməyi  ilə 

respublikada polimelitə qarşı xüsusi əməliyyat  keçirildi, uşaqların, demək olar ki, 

hamısı  peyvənd  olundu.  Artıq  1997-ci  ildə  ölkədə  difteriya  dörd  dəfə  azalmış, 

polimelit  isə  tamamilə  yox  olmuşdu.

271


  Dünya  Səhiyyə  Təşkilatı  və  Azərbaycan 

Səhiyyə Nazirliyi 2001-ci ilin oktyabr ayında respublikada ilk dəfə yeni doğulmuş 

uşaqlarda hepatit "V" virusuna qarşı peyvənd kompaniyası keçirdi.

272


 

Dövlət  respublikada  səhiyyə  işini  yenidən  qurmaq,  əhalinin  sağlamlığını 

qorumaq sahəsində  mühüm addımlar atdı. 1996-cı ilin iyununda Prezident ölkədə 

sanitariya  vəziyyətinin  yaxşılaşdırılması  haqqında  təşkilatlara  ciddi  tapşırıqlar 

verdi.  1996-cı  ilin  sentyabrında  "İnsanın  immunçatışmazlıq  virusunun  törətdiyi 

xəstəliyin (AİDS) yayılması qarşısının alınması haqqında" Qanun qəbul olundu.

273 

"Əhalinin  sağlamlığının  qorunması  haqqında"  Qanun  hazırlandı  və  1997-ci      ilin  



martında  qəbul  edildi.   "Səhiyyə  təşkilatlarının özünümaliyyələşdirmə sisteminə 

keçməsi  haqqında"  xüsusi  proqram  hazırlandı  və  həyata  keçirilməyə  başlandı. 

Burada  müasir  avadanlıqla  təchiz  olunmuş  dövlət  tibb  müəssisələrində  pullu 

xidmətə  keçmək,  təsərrüfat  hesabı  ilə  işləyən  səhiyyə  təşkilatlarının  sayını 

artırmaq, xarici investisiya cəlb etməklə birgə  tibb  müəssisələri  yaratmaq  və  tibb 

sığortasını  geniş  tətbiq  etmək  nəzərdə  tutulurdu.

274 

2003-cü  ilin  əvvəllərində  414 



tibb  müəssisəsi  əhaliyə  pullu  xidmət  göstərirdi.

275


  Respublika  Diaqnostika 

Mərkəzi,  Nüvə-Maqnit  Rezonans  Mərkəzi,  Respublika  təsərrüfathesablı  Uroloji 

Xəstəxanası,  Bakı  Şəhər  Diabetoloji  Mərkəzi,  39  stomatoloji  xidmət  göstərən 

poliklinika  bu  sistemə  keçmişdi.  Bəzi  tibb  ocaqlarında  -  Bakı  1  saylı  kliniki 

xəstəxanada,  Şəmkir,  Tovuz,  Yevlax  mərkəzi  rayon  xəstəxanalarında,  Gəncə  və 

Əli  Bayramlı  xəstəxanalarında  təsərrüfathesablı  şöbə  və  bölmələr  yaradılmışdı. 

Bakıda  və  14  rayonda  sürücüləri  tibbi  müayinədən  keçirən  komissiyalar  da  bu 


332 

 

sistemə  keçmişdi.  Bir  sıra  tibb  müəssisələri  müasir  standartlar  əsasında  təmir  və 



təchiz edilmişdi.

276


 Dünyada geniş yayılmış, sərfəli olan sığorta təbabəti sisteminin 

respublikada tətbiq olunması istiqamətində hazırlıq işlərinə başlanıldı. YUNİSEF-

in hazırladığı "Səhiyyə islahatı layihəsi" üzrə və onun maliyyə yardımı ilə Quba və 

Masallı  rayonlarında  səhiyyə  islahatı  həyata  keçirilirdi.

277

  İlk  özəl  tibb 



müəssisələri, təcili tibbi yardım xidməti, poliklinikalar təşkil edilmişdi. "Özəl tibb 

fəaliyyəti  haqqında"  Qanun  qəbul  olunmuşdu.  Stasionar  tipli  "Əfsanə"  müalicə-

diaqnostika  mərkəzi,  "Nord  Star"  doğum  evi,  "Ekzimer-Lazer  Mərkəzi", 

"Medikalseptr" Türk-Amerika tibb müəssisəsi, "Medservis", "Mediklub" özəl tibb 

ocaqları  əhaliyə  müasir  texnologiyalar  üzrə  keyfiyyətli  tibbi  xidmət  göstərməyə 

başladılar.

278

 

1999-cu ildə "Tibbi sığorta haqqında" Qanun qəbul edildi. Respublikada 10-



dan çox könüllü tibbi sığorta kompaniyası fəaliyyət göstərirdi.

279


 

Respublikanın  idman  həyatında  da  böyük  canlanma  vardı.  2001-ci  ilin 

martında  Azərbaycan Milli  Olimpiya  Komitəsi təşkil olundu.  Bu  komitə  1993-cü 

ilin  sentyabrında  Beynəlxalq  Olimpiya  Komitəsi  tərəfindən  tanındı.  1997-ci  il 

iyulun 31-də İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra 

bu təşkilatın işi yenidən quruldu və daha da canlandı.

280

 

Respublikada idmanla fəal məşğul olanların sayı 355 min nəfərdən çox idi. 



Burada  78  idman  klubu  və  cəmiyyəti,  7908  idman  qurğusu,  300-dən  çox  uşaq-

gənclər  idman,  36  şahmat  məktəbi  fəaliyyət  göstərirdi.

281

  Respublika  stadionu 



təmir edilmiş, beynəlxalq yarışlar keçirilməsinə  münasib imkanlar yaratmaq üçün 

yenidən  qurulmağa  başlanmışdı.

282

  Suraxanıda  "Neftçi"  İdman-Sağlamlıq 



Mərkəzinin  Olimpiya  bazası  açılmışdı.  2001-ci  ilin  oktyabr  ayında  Maştağada 

müasir  yüksək  standartlar  əsasında  inşa  olunmuş  "Olimpiya  İdman  Kompleksi" 

istifadəyə  verilmişdi.  2002-ci  ildə  Naxçıvan,  Gəncə,  Şəki  və  Bərdə  Olimpiya 

İdman Kompleksləri tikildi. 

Hər il idmanın müxtəlif növləri üzrə respublika çempionatları keçirilirdi. 

Azərbaycan idmançıları beynəlxalq idman yarışlarında uğurlar qazanırdılar. 

1996-cı  ildə  Azərbaycan  idmançıları  XXVI  Yay  Olimpiya  Oyunlarında  ilk  dəfə 

müstəqil respublikanı təmsil etdilər. Azərbaycan komandası olimpiya oyunlarında 

iştirak edən 197 komanda arasında 48-ci yerə çıxdı. Güləş ustası Natiq Abdullayev 

olimpiyanın  gümüş  medalını  qazandı.  Müxtəlif  beynəlxalq  yarışlarda 

N.Abdullayev 

(güləş),  C.Məmmədov  (sambo),  Z.Hüseynova  (sambo), 

M.Abdullayev  (güləş),  F.Musayev  (karate-do),  R.Tağıyev  (kinq-boksinq), 

T.Zahidov  (Yunan-Roma  güləşi),  İ.Qədimova  (şahmat)  və  başqaları  dəfələrlə 

dünya çempionu adına layiq görülmüşdülər.

283


 

1998-ci ildə Teymur Rəcəbli yeniyetmə şahmatçıların dünya çempionatında 

birinci  yeri  tutmuşdu.

284


  O,  dünyanın  ən  gənc  qrossmeysteri  idi.  15  yaşlı  bu 

333 

 

şahmatçı 2002-ci ilin sentyabrında Moskvada dünya  yığma komandası ilə Rusiya 



yığma komandası arasında keçirilmiş "Əsrin görüşü"ndə dəfələrlə dünya çempionu 

olmuş Anatoli Karpova qalib gəlmişdi.

285

 

Respublika idmançılarının XXVII Yay Olimpiya Oyunlarına ciddi hazırlığı 



başlanmışdı.  Prezident Heydər Əliyev bu barədə  xüsusi sərəncam  vermişdi.  Milli 

Olimpiya  Komitəsi  ən  perspektivli  38  idmançı  və  onların  məşqçiləri  üçün  xüsusi 

təqaüd  təsis  etmişdi.

286


  İdmanın  on  növü  üzrə  gərgin  yarışlarda  ölkənin  31 

idmançısı Olimpiya Oyunlarında iştirak etmək hüququ (lisenziya) qazandı. 2000-ci 

ilin sentyabr ayında Sidneydə keçirilən XXVII Yay Olimpiya Oyunlarında Zemfira 

Meftahətdinova  (stend  atıcılığı)  və  Natiq  Abdullayev  (güləş)  qızıl,  Vüqar 

Ələkbərov  (boks)  isə  bürünc  medal  qazandılar.  Respublikanın  idman  komandası 

198 komanda  arasında  34-cü  yerə  çıxdı.

287

  Olimpiya  çempionları  üçün  2002-ci  il 



oktyabrın  10-da  Azərbaycan  Prezidentinin  xüsusi  Olimpiya  təqaüdü  təsis 

edilmişdi.

288

 

Azərbaycanda  ilk  dəfə  iri  beynəlxalq  turnirlər,  o  cümlədən  Avropa 



çempionatları  keçirilməyə  başlandı.  2001-ci  ilin  oktyabr  ayında  boks  üzrə 

yeniyetmələr  arasında  ilk  dünya  çempionatı  Bakıda  keçirildi.  Azərbaycan 

komandası 27  komanda  arasında  Rusiyadan sonra  ikinci  yeri tutdu.  Azərbaycanlı 

boksçular 2 qızıl, 4 gümüş medal qazandılar.

289

 

2002-ci  ilin  martında  Azərbaycanın  "Azərreyl"  qadın  voleybol  klubu 



Avropa "Top-komanda" kuboku uğrunda yarışlarda parlaq qələbə qazandı. 2002-ci 

ilin dekabrında bu klub Avropanın ən güclü idman kollektivlərindən olan İtaliyanın 

"Volley" klubuna qalib gəldi.

290


 2002-ci il may ayının 2-4-də Bakıda sərbəst güləş 

üzrə  45-ci  Avropa  çempionatı  keçirildi.  Qitənin  ən  güclü  pəhləvanları  buraya 

gəldilər.  Yarışlarda  Azərbaycan  pəhləvanları  Nazim  Əlicanov  qızıl,  Elman 

Əsgərov  gümüş,  Arif  Abdullayev  bürünc  medal  qazanaraq  Avropa  çempionu 

oldular.

291


  Həmin  il  mayın  7-12-də  Avropa  Həndbol  Federasiyasının  "Çağırış 

kuboku" uğrunda  Avropa  turniri Bakıda  təşkil olundu.  Azərbaycan komandası ən 

yüksək  göstəriciyə  nail  oldu.

292


  İyul  ayında  Bakıda  20  yaşınadək  şahmatçıların 

Avropa  çempionatı  keçirildi.  Burada  16  ölkədən  64  şahmatçı  iştirak  edirdi. 

Azərbaycan  idmançısı  Zeynəb  Məmmədyarova  Avropa  çempionu  adını  qazandı. 

Vüqar Həsənov gümüş, Şəhriyar Məmmədyarov bürünc medallara sahib oldular.

293

 

2002-ci  ilin  sentyabrında  cüdo  üzro  XXVI  Beynəlxalq  Bakı  turniri  keçirildi. 



Azərbaycan idmançıları Elçin Arzumanov, Şahin İsmayılov və Aynurə Əhmədova 

ən  yüksək  göstəricilər  əldə  etdilər.

294

  Həmin  ilin  dekabr  ayında  ağırlıqqaldırma 



üzrə  Varşavada  keçirilən  dünya  çempionatında  Nizami  Paşayev  qızıl  medal 

qazandı.


295

  Ümumiyyətlə,  1997-2002-ci  illərdə  Azərbaycan  idmançıları  müxtəlif 

yarışlardan  Vətənə  800-dən  çox,  o  cümlədən  300-dən  çox  qızıl  medalla 

qayıtmışdılar. Uğurlar əsasən fərdi idman növlərində - Yunan-Roma güləşi, sərbəst 



334 

 

güləş, cüdo, boks, ağır atletika, qılıncoynatma və karatedə qazanılmışdı. İdmançılar 



voleybol,  otüstü  xokkey,  həndbol  və  şahmat  kimi  komanda  yarışlarında  daha  çox 

fərqlənirdilər.

296

 

Respublikada  turizmin  inkişafına  diqqət  artırılmışdı.  Azərbaycan  2001-ci 



ildə Ümumdünya Turist Təşkilatına üzv oldu. "2002-2005-ci illərdə Azərbaycanda 

turizmin  inkişafı  üzrə  Dövlət  Proqramı"  qəbul  edilmişdi.  Buna  müvafiq  olaraq 

turizmə  investisiya  layihələri  hazırlanmağa  başlanmışdı.  Azərbaycan  Beynəlxalq 

və  Avropa  Turist  Birliklərinə  inteqrasiya  edirdi.  2002-ci  ilin  noyabr  ayında 

respublika  ilk  dəfə  ənənəvi  Ümumdünya  Turizm  Yarmarkasının  (Londonda) 

iştirakçısı oldu və bu sahədəki geniş imkanlarını nümayiş etdirdi. 

Keçid dövrünün çətinliklərinə, müharibədə itkilərə, qaçqınlıq və köçkünlük 

həyatının  ağırlıqlarına  baxmayaraq,  respublikada  əhalinin  sayı  getdikcə  artırdı. 

2001-ci  ilin  əvvəllərində  Azərbaycanda  əhalinin  sayı  8  milyon  81  min  nəfərə 

çatmışdı.  Əhalinin  1999-cu  ildə  aparılmış  siyahıya  alınmasına  əsasən  burada  7,2 

milyondan çox azərbaycanlı, 178 min ləzgi, 142 minə qədər rus, 120,7 minə qədər 

erməni, 76,8 min talış, 51 minə qədər avar, 30 min tatar, 29 min ukraynalı, 16 minə 

qədər saxur, 15 min gürcü, 13 min kürd, 10 min tat, 9 min yəhudi, 4 mindən çox 

udin və digər millətlərdən olan insan yaşayırdı.

297

 

2002-ci  ildə  respublikada  əhalinin  sayı  8202,5  min  nəfər  təşkil  etmişdir. 



Onun  49,1  faizini  kişilər,  50,9  faizini  qadınlar  təşkil  edirdi.  Əhalinin  50,7  faizə 

qədəri şəhərlərdə yaşayırdı. İnsanların 59 faizi əmək qabiliyyətli yaşda idi. İqtisadi 

fəal əhalinin sayı 3,7 milyon nəfəri ötürdü.

298


 

 

 



335 

 

IV FƏSİL 



 

MƏDƏNĠYYƏT 

 


Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin