Tələbə: Nemət Rufullalı Fakültə:İqtisadiyyat idarəetmə



Yüklə 86,59 Kb.
səhifə3/4
tarix06.12.2022
ölçüsü86,59 Kb.
#72556
1   2   3   4
Google Glass eynəkləri
Bu eynəklər öz vaxtının inanılmaz innovativ yeniliyi idi. Google adının insanlara verdiyi etibara arxayın olan Google şirkəti 2013-cü ildə Google Glass eynəklərini bazara çıxartdı. İlk baxışdan çox havalı görsənə bilər: qarşındakı tanımadığın adama baxırsan və eynək sənə adamın adını və onun haqqında hər cür məlumatı çıxarır. Muzeydə bir rəsm görürsən və eynək sənə müəllifinin kim olduğunu deyir. Amma insanlar bu eynəklərə heç də böyük maraq göstərmədi. Əsas səbəb isə şəxsi təhlükəsizlik və başqalarının həyatlarına müdaxilə qorxusu idi. Çox sayda neqativ rəylərlə qarşılaşan şirkət bu inqlabi məhsulu satşdan çıxartmalı oldu.
Marketinq miopiyadan necə qurtulmaq olar?
Bizi marketinq miopiyadan qurtulacaq eynəklər varmı? Hansı üsuallardan istifadə edərək biz bu xəstəliyə duçar olmaqdan qoruna bilərik?


1. Uzun müddətli marketinq hədəfləriniz olsun.
Satış düşüncəli adamlar hər zaman satışı düşünür. Marketer bu tələyə düşməməlidir. Davamlı endirim etməklə, uzun müddətdə mənfəət əldə edə bilməyəcəyimiz kimi, indi çox satmaq sabah da çox satacağımıza zəmanət vermir. Marketinq hədəfləri satış rəqəmləri ilə ifadə olunmur. Tesla qurulduğu gündən bəri bir qəpik də olsun qazandırmayıb, amma Elon Muskın hədəfləri biznesini yaşadır və gələcəyə aparır. Facebookun strateji məqsədi bizə daha çox reklam göstərib pul qazanmaq deyil. Mark Zuckerberg-in strateji hədəfi dünyanın hər bir küncündəki insanların ünsiyyət şəbəkəsinə qoşulmasıdır. Bunun üçün o, Facebook ilə yanaşı Instagramı və Whatsapp-ı da aldı. Bu da azmış kimi, dünyanın hər yerində insanların yüksək sürətli internetdən pulsuz istifadə edə biləcəyi Internet.org layihəsini də həyata keçirir.

2. Məhsul yox, müştəri yönümlü olun.
Müştərinin ehtiyacı, tələbatı, şüuraltı arzuları və əyani istəkləri bizim bir marketer kimi çıxış nöqtəmizdir. Gəminin dumanlı havada mayaka üz tutduğu kimi, hər bir marketinq addımını atmazdan öncə müştərini nəzərə alın.

Yüklə 86,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin