TəSDİq ediRƏm azmiu-nun Elm və Texnika İşləri üzrə prorektoru prof. A. R.Şərifov “ ” 2021-ci IL



Yüklə 228,73 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix10.03.2023
ölçüsü228,73 Kb.
#87165
1   2   3   4   5   6   7   8   9   10   11
Lak-boya materialları


Boya- lak tərkibinin əsas komponentləri: yapışdırıcı maddələr, piqmentlər, 
həlledicilər və durulaşdırıcılar, doldurucular.
Yapışdırıcı ( pərdə əmələ gətirici) maddələrin təsnifatı: polimer yapışdırıcı
maddələr, təbii, yarımtəbii və süni ( sintetik) əlif yağları, laklar, rəngsaz, sümük, 
kazein, dekstrin, karboksilmetilsellüloz və metilsellüloz yapışqanları. 
Lakların növləri: bitum, bitum-yağ, spirtli laklar və polituralar, yağlı, yağlı 
qatranlı, yağsız sintetik laklar.
Piqmentlər və doldurucular. Təbii ( mineral), süni üzvi mineral və süni üzvi 
piqmentlər. Piqmentlərin əsas xassələri- örtmə qabiliyyəti, rəngləmə qabiliyyəti
narınlıq, işığa davamlılıq,atmosfer təsirinə davamlılıq, kimyəvi davamlılıq, 
odadayanıqlılıq, antikorroziya qabiliyyəti, və yağ tutumu. Piqmentlərin növləri
tərkibi, hazırlanması və 
tətbiq sahələri.
Həlledicilər və təyinatına görə onların qrupları. Durulaşdırıcılar, onlara verilən 
əsas tələblər. 
Doldurucular, onların boya tərkibində rolu. Boya tərkibinin və yapışdırıcının 
rənginin nəzərə alınması ilə doldurucuların seçilməsi. 
Boya tərkibləri. Polimer, polimer emulsiya, polimer- sement boyaları, onların 
tərkibi, əsas xassələri və istifadə olunduğu sahələr. Yağlı boya tərkibləri. Emal boya 
tərkibləri.Sulu boya tərkibləri. Emulsiya boyaları və onun hissələri. Mineral əsaslı 
boya tərkibləri, yapışdırıcının növünə görə onların növləri və tətbiq sahələri.
Lak-boya örtüyünün uzun ömürlülüyün təmin olunması. 
IX Bölmə 
Ağac materialları və məmulatları 
 
Azərbaycanın meşə sahələri və əsas ağac cinsləri. Oduncaq, onun 
makroquruluşu və mikroquruluşu. Oduncağın fiziki xassələri - hiqroskopiklik, 
nəmlik, normal ( standart) nəmlik, sərbəst və taraz nəmlik, şişmə, orta sıxlıq, həqiqi 
sıxlıq, quruyub - yığışma, istilikkeçirmə, səskeçirmə və s. 


Oduncağın mexaniki xassələri - sıxılmada, dartılmada, dartılmada və statik 
əyilmədəki möhkəmliklər. Mexaniki xassələrə təsir edən amillər. 
Oduncağın qüsurları - düyünlər, çatlar, liflərin mailliyi və buruqluğu, 
ikiözəklik, göbələk zədələmələri, həşəratlarla zədələnmə və s. 
İnşaatda istifadə istifadə olunan iynəyarpaqlı və enliyarpaqlı ağaclar. Ağac 
materiallarının növləri - girdə ağac materialları və mişarlanmış materiallar. 
Ağac materiallarının qurudulması, çürüməkdən qorunması və yanmadan mühafizə 
olunması tədbirləri.
Yarımfabrikatlar və ağac məmulatları. Çıxıntılı və tıxaclı döşəmə taxtaları, adi 
parket və lövhə parket. Profilli pəstahlar – haşiyə qaltel, plintus və sürahi. Şponlar, 
yonulmuşvə soyulmuş şponlar. Fanerlər. Ümumi təyinatlı fanerlər. Bakelizə edilmiş ( 
yüksək möhkəmlikli konstruktiv ) şpon. 

Yüklə 228,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin