V.Ə. Qasımov


 Ikilik say sistemində hesab əməlləri



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə18/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   44
Gasimov-informatika-darslik (1)

2.9. Ikilik say sistemində hesab əməlləri 
Ikilik, səkkizlik və onaltılıg say sistemlərində hesab əməlləri 
onluq say sistemində olduğu kimi yerinə yetirilir. Fərq yalnız say 
sisteminin əsası ilə bağlıdır. Burada yalnız ikilik say sistemində 
hesab əməllərinin yerinə yetirilməsi qaydaları öyrəniləcəkdir. 
2.9.1. Ikilik say sistemində toplama və çıxma əməlləri 
Ikilik say sistemində ədədlərin cəmlənməsi zamanı ikilik 
rəqəmlərin toplanması üçün aşağıdakı 4 qayda nəzərə alınmalıdır: 
1. 0+0=0 
2. 0+1=1 
3. 1+0=1 
4. 1+1=10. 
Misal
. Onluq say sistemində 11 və 5 ədədlərinin, ikilik say 
sistemində isə 1011
2
və 101
2
ədədlərinin cəmini tapın.
Onluq say sistemində
Ikilik say sistemində 
Toplama əməli kompüterlərdə, ümumiyyətlə, hesablama 
maşınlarında yerinə yetirilən əsas hesab əməlidir. Dıgər hesab 
əməllərinin (çıxma, vurma və bölmə) yerinə yetirilməsi üçün 
1 1
10 
5
10 
1 6
10

1 0 1 1

0 1 0 1

1 0 0 0 0
2



32 
toplama əməlindən istifadə olunur, başqa sözlə bu əməllər 
hesablama zamanı toplama əməli ilə əvəz edilir. 
Ikilik sistemdə çıxma əməlinin yerinə yetirilməsi üçün çıxan 
üzərində çevirmələr aparılır və sonra alınmış nəticə ilə çıxılan 
toplanır. Belə ki, çıxanın düz kodu əsasında onun tamamlayıcı 
kodu tapılır. 
Hər hansı ədədin 
düz kodu 
elə həmin ədədin özüdür. 
Verilmiş ədədin 
əks kodunu 
almaq üçün bu ədəddə olan
vahidləri sıfırlarla və sıfırları isə vahidlərlə əvəz etmək lazımdır. 
Məsələn, 10101
2
ədədinin əks kodu 01010
2
şəklindədir. 
Verilmiş ədədin 
tamamlayıcı kodunu 
almaq üçün əks 
kodun sağdan birinci mərtəbəsinin üzərinə 1 əlavə etmək lazımdır. 
Ədədin tamamlayıcı kodu çixma əməlini toplama əməli ilə 
əvəz etməyə imkan verir. Bunu nümayiş etdirmək üçün onluq say 
sistemində nümunəyə baxaq. 
Onluq say sistemində ədədin tamamlayıcısı həmin ədədin 
mərtəbəsinin 1 vahid artırılması üçün (mərtəbələrin sayı daha artıq 
ola bilər) tələb olunan ədədə deyilir. Məsələn, 547 ədədinin 
tamamlayıcısı onu 1000 ədədinə tamamlayan 453 ədədidir, yəni 
1000-547=453. 
Misal
. 634 ədədindən 135 ədədinin çıxılmasını toplama ilə 
əvəz edin.
Adi halda: 
634-135=499. 
Toplama əməli ilə həmin nəticəni almaq üçün əvvəlcə 135 
ədədinin tamamlayıcısını (onu 4 mərtəbəli ədədə tamamlayan 
ədədi) tapılır: 865. Sonra 634 ədədi ilə 865 ədədi toplanılır:
634+865=1499. 
Çıxılan və çıxan 3 mərtəbəli olduğundan nəticədə (1499) 
dördüncü mərtəbədə duran ədəd (1) artıq olduğu üçün atılır və fərq 
alınır: 499. 
Düz kod Əks kod Tamamlayıcı kod
10101
2
01010
2
01011
2


33 
Kompüterlərdə çıxma əməlinin toplama əməli ilə əvəz 
olunması da təxminən belə prinsipə əsaslanır. Yəni ədədlərin 
çıxılması mənfi ədədlərin toplanmasına gətirilir. Qeyd olunduğu 
kimi, mənfi ədədin tamamlayıcı kodunu tapmaq üçün isə həmin 
ədədin əks kodunun üzərinə 1 gəlmək lazımdır. Kompüterdə 
mənfi ədədlər onların tamamlayıcı kodları şəklində saxlanılır. 
Məsələn, -47 ədədi kompüterdə 11010001
2
şəklində təsvir olunur. 
-47
10
=>

00101111
2

düz
=>[11010000
2
]
əks
=>

11010001
2

tam.

Aşağıda ikilik say sistemində iki tam ədədin toplanmasına 
və çıxılmasına dair müxtəlif misallar nümunə kimi verilir. 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin