40
ötürülməsi və digər məqsədlər üçün stolüstü işçi alət kimi istifadə
edilir. Ümumiyyətlə, kompüter texnikasının tərkibinə müxtəlif
qurğular
daxil ola bilər, lakin standart halda fərdi kompüterlər
aşağıdakı komponentlərdən ibarət olur.
3.3. Sistem bloku
Sistem bloku kompüterin əsas komponentlərini özündə
birləşdirir və onun özəyini təşkil edir.
Sistem blokuna əsasən
aşağıdakılar daxil olur.
3.3.1. Ana plata
Ana plata
– kompüterin əsas elektron sxemidir. Bütün
qurğular və elementlər: prosessor,
soprosessor, əməli yaddaş
qurğusu, xarici qurğuların qoşulması üçün interfeys portları, audio
və video kartlar, disk, disket qurğusu və s. ana plataya qoşulur.
Ana platanın və prosessorun (eləcə də soprosessorun) tipi
kompüterin əsas xarakteristikasını müəyyən edir. Məsələn, əgər
kompüterin xarakteristikası Intel Pentium IV 1,76Ghs…
şəklindədirsə,
bu o deməkdir ki, o, Intel Pentium IV tipli
prosessora, 1,76Ghs tezliyinə və müvafiq ana plataya malikdir.
Qeyd etmək lazımdır ki, hər bir qurğu və platanın ana
plataya qoşula bilməsi üçün onun üzərində müxtəlif "yuvalar",
yəni xüsusi yerlər olur. Hər bir qurğunun qoşulması üçün nəzərdə
tutulmuş yer digərlərindən fərqlənir, yəni "yuvalar"
öz növlərinə
görə unikal olurlar və bir qurğunu digər qurğu üçün nəzərdə
tutulmuş yerə qoşmaq mümkün deyil.
3.3.2. Prosessor və soprosessor
Prosessor
– kompüterdə bütün əməliyyatların yerinə
yetirilməsi və proseslərin idarə olunması funksiyalarını
həyata
41
keçirir. Bəzən onu kompüterin "beyni" adlandırırlar. Müasir
prosessorlar saniyədə 100 milyona qədər əməliyyatı yerinə
yetirmək qabiliyyətinə malikdirlər. Xüsusi və super kompüterlərin
prosessorları daha böyük imkana malikdirlər. Son dövrlərdə Intel,
IBM, AMD, Cyrix və s. kimi məşhur firmaların
istehsal etdiyi
prosessorlar müasir kompüterlərdə daha geniş istifadə edilir, lakin
keyfiyyətinə, sürətinə və etibarlılığına görə Intel firmasının
prosessorları daha çox üstünlük təşkil edir.
Məlum olduğu kimi kompüterlərdə yerinə yetirilən
əməliyyatlar arasında əsas yeri hesab əməlləri tutur. Ona görə də
kompüterin işləmə tezliyini, eləcə də hesablama sürətini artırmaq
məqsədilə kompütedə hesab əməllərinin
yerinə yetirilmə sürətini
yüksəltmək lazımdır. Bu məqsədlə kompüterlərdə prosessordan
əlavə soprosessorlardan istifadə edilir. Soprosessorların təyinatı
həqiqi ədədlər üzərində əməliyyatların (hesab əməllərinin) yerinə
yetirilməsidir. Son zamanlar istehsal olunan prosessorlar
soprossessorun funksiyalarını da özündə birləşdirir.
Dostları ilə paylaş: