V.Ə. Qasımov


Misal . Toplananların hər ikisi müsbətdir: 27+18.  Onluq say sistemində Ikilik say sistemində



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə19/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   44
Gasimov-informatika-darslik (1)

Misal
. Toplananların hər ikisi müsbətdir: 27+18. 
Onluq say sistemində
Ikilik say sistemində 
 
Misal
. Toplananlardan birincisi müsbət, ikincisi isə
mənfidir: 27-18=27+(-18).
-18
10
=>

00010010
2

düz
=>[11101101]
əks
=>

11101110
2

tam.

Onluq say sistemində 
Ikilik say sistemində 
 
 
00011011

00010010

00101101
2

+27
10 
+18
10 
+45
10

+27
10 
-18
10 
+9
10

00011011

11101110

1 00001001
2

Nəzərə alınmır 


34 
Misal
. Toplananlardan birincisi müsbət, ikincisi isə 
mənfidir, lakin ikinci toplanan birincidən böyükdür: 25-47=25+(-
47). 
-47
10
=>

00101111
2

düz
=>[11010000]
əks
=>

11010001
2

tam.

Onluq say sistemində 
Ikilik say sistemində 
Nəticə mənfi işarəli (ən böyük mərtəbə 1 olduğuna görə) 
olduğundan o, tamamlayıcı koddadır. Ona görə də onu düz koda 
çevirmək lazımdır: 

11101010
2

tam.
=> 

00010101
2

əks
=>

00010110
2

düz
= -22
10
 
Misal
. Toplananların hər ikisi mənfidir.
-45-18=(-45)+(-18). 
-45
10
=>

00101101
2

düz
=>[11010010]
əks
=>

11010011
2

tam.

-18
10
=>

00010010
2

düz
=>[11101101]
əks
=>

11101110
2

tam.

Onluq say sistemində 
Ikilik say sistemində 
+25
10 
- 47
10 
-22
10

00011001

11010001

11101010
2

Mənfi işarəsini göstərir 
-45
10 
-18
10 
-63
10

11010011

11101110

111000001
2

Nəzərdən atılır 


35 
Köçürmə vahidi nəzərdən atıldıqda 11000001
2
ikilik ədədi 
alınır. Böyük mərtəbə 1 olduğundan ədəd mənfidir, ona görə də o, 
tamamlayıcı koddur. Deməli, ədədi müəyyən etmək üçün onun 
düz kodunu tapmaq lazımdır: 

11000001
2

tam.
=> 

00111110
2

əks
=> 

00111111
2

düz
=-63
10

2.9.2. Ikilik say sistemində vurma və bölmə əməlləri 
Ikilik say sistemində 
vurma əməli 
onluq say sistemində 
ədədlərin vurulması əməlinə tamamilə analoji aparılır və 4 sadə 
hesablama qaydasına əsaslanır: 
1. 
1

0=0
2.
0

1=0 
3.
1

1=1 
4. 
0

0=0 
Misal
. Onluq və ikilik say sistemlərində 13 və 24 ədədlərinin 
hasilini tapın. 
Onluq say sistemdə:
Ikilik say sistemində: 
13

24=312
13
10
=1101
2
24
10
=11000
2
1101

11000
2
0000 
0000 
0000 
1101 
1101 
100111000 




36 
Beləliklə, 1101
2

11000
2
=100111000
2

Ikilik say sistemində bölmə əməli də onluq say sistemində 
ədədlərin vurulmasına tamamilə analoji qaydada yerinə yetirilir.
Misal. 
Ikilik say sistemində 15 ədədini 5-ə bölmək lazımdır. 
15:5=3 
15=1111
2
5=101
2
Beləliklə, 1111
2
:101
2
=11
2
=>3
10

2.9.3. Ikilik say sistemində kəsrlər üzərində əməllər 
Ikilik say sistemində 
kəsr ədədlər üzərində hesab əməlləri 
də onluq say sisteminə və yuxarıda verilmiş qaydalara uyğun 
aparılır. 
Misal
. Tutaq ki, onluq sistemdə verilmiş 25,3 və 37,8 
ədədlərini nöqtədən sonra 5 rəqəm dəqiqliyi ilə ikilik sistemə 
çevirib toplamaq tələb olunur.
Əvvəlcə bu ədədlərin kəsr və tam hissələrini ayrılıqda ikilik 
sistemə çevirmək lazımdır: 
25,3
: 25
10
=> 11001
2
və 0,3=0,01001

37,8 

37
10
=>100101
2
və 0,8=0,11001
2
1111 101
101 11 
101 
101 





37 
Onluq sistemdə 
Ikilik sistemdə 
Ədədlər ikilik sistemə beş rəqəm dəqiqliyi ilə çevrildiyindən 
onluq və ikilik hesablamaların nəticələrində cüzi fərq yaranmışdır: 
63,1 və 63,06=>1000001,00010
2

Kəsrlər üzərində digər hesab əməlləri də analoji qaydada 
aparılır

11001,01001

100101,11001

111111,00010


25,3
37,8
63,1



38 
III fəsil.
MÜASIR FƏRDI KOMPÜTERLƏR 
3.1. Fərdi kompüterlər haqqında ümumi məlumatlar
Fərdi kompüterlər cəmiyyətin informasiyalaşdırılması 
prosesində ən vacib və əhəmiyyətli amildir. Müasir kompüterlərin 
əcdadları XX əsrin birinci yarısında meydana gəlmişdir. Hələ o 
dövrlərdə ilk kompüter hesab olunan Türinq maşınlarından 
başlayaraq informasiyanı, o cümlədən proqramları yaddaşında 
saxlaya biləcək hesablayıcı maşınların yaradılması istiqamətində 
elmi axtarışlar aparılırdı. Aparılan tədqiqat işlərinin nəticəsində 
keçən əsrin 40-cı illərində məşhur ingilis riyaziyyatçısı Con fon 
Neyman müasir kompüterlərin əsasını təşkil edən baza sxemini 
təklif etmiş və müvafiq hesablayıcı maşının yaradılması 
prinsiplərini irəli sürmüşdür. 
O dövrdə hesablayıcı maşınların qarşısında qoyulmuş əsas 
vəzifələr aşağıdakılar idi: 
-
müxtəlif hesablamalar aparmaq üçün hesab və məntiqi 
əməllərin yerinə yetirilməsi; 
-
təkrar 
hesablamaların aparılmasını və ya müxtəlif 
məsələlərdə eyni verilənlərin təkrar istifadəsini təmin etmək 
məqsədilə proqramların və verilənlərin yaddaşa yazılıb 
saxlanılması, lazım olduqda oradan oxunması; 
-
verilənlərin və müxtəlif məlumatların yaddaşa daxil edilməsi, 
hesablamaların nəticələrinin xaric edilməsi; 
-
proqramların yerinə yetirilməsi, sxemə daxil olan müxtəlif
qurğular arasında əlaqələrin yaradılması və iş prosesinin
idarə edilməsi. 
Bu vəzifələrin yerinə yetirilməsi üçün təklif olunmuş 
struktur sxemə əsasən hesablayıcı maşınların tərkibinə aşağıdakı 
qurğuların daxil olması nəzərdə tutulmuşdur: hesab-məntiq 
qurğusu, yaddaş qurğusu (əməli yaddaş və daimi yaddaş), xarici 


39 
qurğular və idarəedici qurğular. Hazırda bu qurğular müasir 
kompüter texnikasının texnoloji bazasını təşkil edir. Belə ki, 
hesab-məntiq və idarəedici qurğular ana platanın tərkibində 
reallaşdırılır.
Yaddaş qurğularına aşağıdakılar daxildir: əməli yaddaşlar 
(RAM, DRAM, SDRAM və s.), maqnit diskləri və disketlər, lazer 
diskləri və s. Xarici qurğuların spektri isə çox genişdir: klaviatura, 
siçan, coystik, skaner, printer, modem, mikrofon, dinamiklər, 
qulaqcıqlar və s. 
Əlbəttə, 
müasir 
kompüterlər 
quruluşu, 
imkanları, 
funksiyaları, ona qoşulan qurğular, tətbiq olunduğu sahələr 
baxımından XX əsrin ortalarında yaradılmış hesablayıcı maşınları 
qat-qat üstələyir. Belə ki, kompüter istehsalı sahəsində keçən dövr 
ərzində təsəvvürə gəlməz yeniliklər həyata keçirilmiş, bir sözlə
hesablama texnikası sahəsində əsl elmi-texniki inqilab baş 
vermişdir. 
Kompüter texnikası ilə yanaşı kompüter şəbəkələrindən, o 
cümlədən Internet şəbəkəsindən, multimediya texnologiyalarından 
geniş istifadə edilməsi insan fəaliyyətinin bütün sahələrinə sözün 
həqiqi mənasında böyük yeniliklər gətirmiş və cəmiyyətin 
informasiyalaşdırılması 
prosesini 
tamamilə 
yeni 
fazaya 
keçirmişdir. 
Bu baxımdan müasir informasiyalaşma prosesinin əsasını 
təşkil edən kompüter texnikasının və Internet xidmətlərinin iş 
prinsiplərini bilmədən mütəxəssislərin öz iş yerlərində səmərəli 
fəaliyyət göstərmələri qeyri-mümkündür. Ona görə də növbəti 
paraqraf və fəsillərdə kompüterlərin proqram-texniki təminatı, 
Windows əməliyyat sistemi, onun əlavə proqramları öyrənilir. 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin