Tarixi interpretasiya və tədqiqat
Bu istiqamətdən məqsəd şagirdə tarixi tədqiqat qabiliyyəti aşılamaqdan ibarətdir.Ona tarixi mənbələr və tədqiqat metodlarının rəngarəngliyi barədə informasiya versin, ona öz mülahizələrini formalaşdıra və onları dəlillərlə müdafiə etməyi öyrədən tarixi mövzunu yazmağı öyrətsin.
Kommunikasiya
Bu istiqamətdən məqsəd şagirdə xəritələr və başqa coğrafi vasitələrin təhlili və onların analoqlarını yaratmaq bacarığı verməkdən ibarətdir; tarixi və coğrafi tədqiqatın fərdi və qrup halında (işin bölünməsi, qrup halında müzakirə və s.) işləmək qabiliyyət-vərdişləri aşılamaqdan; fərdi iş prosesində yaranmış problemləri dəf etməyə yönəldilmiş məsələlərlə maraqlı həmyaşıdlarını cəlb etməkdən; tədqiqat prosesində o şəxslərlə və təşkilatlarla əməkdaşlıq etməkdən ibarətdir, hansılardan ki, arzuolunan informasiya almaq mümkündür. Müxtəlif tip auditoriya üçün təqdimat hazırlamaq bacarığından ibarətdir.
Şəxsi inkişaf
Fərdi səviyyədə şəxsi inkişaf özünüinkişaf və başqalarının inkişafı prosesidir. O, aşağıdakı vəzifələrin yerinə yetirilməsinə yönəldilmiş məqsədləri, planları və hərəkətləri əhatə edir:
-
Öz-özünü təhlil etməyin inkişafı
-
Özünün biliyinin inkişafı
-
İdentikliyin axtarılması, tapılması və ya yeniləşdirilməsi
-
İmkanların və ya istedadın inkişafı
-
Potensialın müəyyənləşdirilməsi və inkişafı
-
İnsan kapitalının inkişafı
-
Həyat keyfiyyətinin yüksəldilməsi
-
Şəxsi inkişaf planının müəyyənləşdirilməsi və yerinə yetirilməsi
Sabit inkişaf
Əksər hallarda sabit inkişafı “hazırkı tələbləri o dərəcədə ödəyə bilir ki, gələcək nəsillərdən tələblərin ödənilməsi imkanlarını almayan bir inkişaf” kimi izah edirlər.
Sabit inkişaf dəyişikliklər prosesindən ibarətdir. Bu dəyişikliklərdə təbii resurslardan istifadə etmək, investisiyalar, elmi-texniki inkişaf, şəxsiyyətin inkişafı və təsisat dəyişiklikləri qarşılıqlı razılaşma əsasında baş verir və insanın tələbatlarını və nailiyyətlərini ödəyə bilməsi üçün lazımi indiki və gələcək potensialı yaradır. Müəyyən mənada, söhbət insanların həyat səviyyəsinin təminatı barəsində gedir.
Dostları ilə paylaş: |