Tar.VII.8. Şagird müxtəlif qayda, norma, qanun və ənənəni bu və ya digər tarixi dövrə münasibətdə onların mənsubiyyətinə əsasən fərqləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Sinifdə qrup halında iş zamanı müxtəlif dövrün ayrı-ayrı ölkələrinin qanunvericiliyini bir-biri ilə müqayisə edirsə (məs. Hamurappinin qanunları və Roma qanunvericiliyi, şəriət və xristian kanonik qanunu);
Müxtəlif dövr və mədəniyyət üçün xarakterik etiketləri və davranış qaydalarını fərqləndirə bilirsə;
Müasir Gürcüstanda və onun tərəfindən seçilmiş hər hansı bir ölkədə uşaqların qanuni hüquqlarını, vəzifələrini və məsuliyyətlərini bir-biri ilə müqayisə edə bilirsə;
Özünün müşahidələri ilə əlaqədar qanunu pozmağa görə cəzalandırılmamağın cəmiyyətə və şəxsiyyətə necə təhlükə olduğu barədə mülahizə yürüdə bilirsə;
Yuxarı sinif şagirdlərinin təcrübəsi nəzərə alınmaqla öz sinif yoldaşları ilə birlikdə öz sinfinin konstitusiyasını işləyib hazırlayırsa. Onu hər hansı bir tarixi dövrün tədris qaydaları ilə müqayisə edə bilirsə.