Tar.VII.7. Şagird müxtəlif sosial təbəqənin strukturunu və onların nümayəndələrini xarakterizə və bir-biri ilə müqayisə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Bu və ya digər dövrün əşyavi mədəniyyətini əks etdirən materialın (dərslikdə verilmiş və ya əlavə əldə edilmiş) əsasında müvafiq dövrün sosial differensiasiyaya zəmanət verən əşyaları bir-birindən ayıra bilirsə. Öz düşüncələrini əsaslandırırsa;
Fərdi şəkildə və ya sinifdə qrup halında iş zamanı cədvəlin köməyi ilə müxtəlif sivilizasiyalara mənsub olan cəmiyyətləri qruplaşdıra və bu cəmiyyətlərdə məcburi əməyin müxtəlif formalarını qruplaşdıra bilirsə; həm keçmişdə, həm də müasir dünyada məcburi əməyin mövcudluğu səbəbləri barədə mülahizə yürüdə bilirsə;
Müxtəlif dövrlərin cəmiyyətlərinin hər hansı bir sosial təbəqəsini seçir və bu təbəqənin nümayəndəsinin gündəlik həyatını yazılı surətdə təsvir edə bilirsə (məs.: Orta əsrlər Avropasında kəndli, Roma Respublikasında qul, Qədim Hindistanda kşatriya);
Müəllim tərəfindən təklif olunmuş dövrdən parlaq tarixi şəxsləri sadalayır, onların sosial statusunu müəyyənləşdirə bilirsə (məs.: çar ,tacir, ovçu, bankir, mülkədar, prezident, alim və s.) və onların nailiyyətlərinin səbəblərini formalaşdırırsa;
Hər hansı bir ölkənin nümunəsində şagirdlərin həyatını iki müxtəlif tarixi dövrdə müqayisə edə bilirsə.