Tar.VII.9. Şagird cəmiyyətin həyatında və dünya tarixi proseslərində dinin əhəmiyyətinə şərik ola bilər.
Nəticə göz önündədir, əgər şagird:
Dərslik, əlavə ədəbiyyat və yaxud vizual material əsasında müxtəlif dövrün cəmiyyətinin dinləri barədə söhbət apara bilirsə;
Qrup halında iş zamanı hər hansı bir ölkənin nümunəsi əsasında dini tolerantlıq barədə mülahizə yürüdə bilirsə (həm keçmiş, həm də bu gün);
Sinifdə diskussiya zamanı keçmişdə dinin ailə məişətinə necə təsir göstərdiyi və bu gün onun hansı təsirə malik olduğunu izah edə bilirsə;
Xəritədə ona tanış olan dinlərin meydana gəldiyi yerləri, yayılmasının bugünkü areallarını göstərə bilirsə və onlarla əlaqədar əhəmiyyətli kult abidələrini, rəmzlərini və ənənələrini sadalaya bilirsə;
Hər hansı bir ölkənin dini və ya mədəniyyəti barədə əldə edilmiş informasiyanın əsasında həmin informasiyanın bu ölkəyə səyahət zamanı ona necə kömək edə biləcəyi barədə mülahizə yürüdə bilirsə.