Yazı və onun növləri



Yüklə 416,9 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix14.05.2023
ölçüsü416,9 Kb.
#113593
növüYazı
1   2   3
Yazı və onun növləri

Heroqlif — Misir yazısının ilk formasıdır. Bu yazıdan təntənə məqsədiylə istifadə 
olunurdu. Heroqliflərin müəyyən hissəsi bitki, əşya, quş şəkillərindən ibarət 
olmuşdur. 
Heratik — heroqliflər təkmilləşmiş, sxematik şəkil xarakterindən uzaqlaşmışlar. 
Həmin yazıda dolaşıq xətlər get-gedə çoxalmışdır. Əsasən, elmi məsələləri əks 
etdirmək üçün istifadə olunurdu. 
Demotik — demotik xəlqi deməkdir. Bu yazı zahiri cəhətdən həm heroqlif, həm 
də heratik yazıdan fərqlənir. Çünki daha asan və sadədir. Bu səbəbdən yunanlar 
onu xəlqi yazı adlandırmışlar.


Misirlilər ictimai həyatlarında demotik yazıdan geniş istifadə edirdilər.Misir yazısı 
çox böyük əhəmiyyətə malikdir. Bu yazı başqa yazılara, o cümlədən minoy 
yazısına da təsir göstərmişdir.Çin yazısı da ideoqrafik olub, son dərəcə çətin 
quruluşa malikdir. Bu yazı Çində bizim eradan əvvəl meydana çıxmışdır. 
Arxeoloqların tapdığı yazılı heyvan sümükləri dəqiq olmasa da təxminən eradan 15 
əsr əvvələ aid olunur. Çin yazısı da piktoqramlar əsasında yaranıb. Buna görə də 
bir sıra heroqliflərdə şəkli yazıdan qalan izlər özünü göstərir. Məs: "adam" anlayışı 
əvvəlcə adamı xatırladan işarələrlə əks olunmuş , daha sonra təkmilləşmişdir. Çin 
heroqliflərində əsrlər boyu dəyişikliklər olsa da, ideoqrafik yazıdan irəli keçə 
bilməmişdir. Buna görə də qədim yazı texnikasını bugün də saxlamaqdadır. Bu 
dildə simvolların sayı 2500-dən 50000-ə qədər artıb, amma ədəbi dil olan 
Mondrian-Çin dilində 4 tenomdən istifadə olunur.Hazırda dünya əhalisinin 
təxminən, 25%-i ideoqrafik yazıdan istifadə edir.Heca yazısı — Hecalar şərti 
işarələrlə göstərilən yazıya sillaboqrafik, yaxud heca yazısı deyilir. Bu yazının 
tələbinə görə dildə nə qədər heca varsa, bir o qədər də işarə olmalıdır.Heca 
yazısının ünsürlərinin formalaşdığı ən qədim yazılardan biri də Şumerlərin 
yazısıdır. Qədim heca işarələri eramızdan əvvəl üçüncü minilliyin əvvəlində Şumer 
yazısında əmələ gəlmişdir.Şumerlərin dili haqqında bir sıra fikirlər söylənilmişdir. 
1938-ci ildə şumer dilini ilk dəfə türk dilləri ilə əlaqələndirməyə cəhd göstərmişlər. 
Onların ilk yazısı pintoqrafik xarakterli olmuşdur. Bu yazı zahiri əlamətlərinə görə 
başqa yazılardan fərqlənirdi. İşarələri mismara-mıxa bənzəyirdi. Azərbaycan 
dilində "mixi yazı" adlandırılır.Heca yazısı eramızdan əvvəl lll minillikdə akkadlar, 
sonra babillər və assurilər tərəfindən mənimsənilmişdir. Həmin xalqların dilləri 
Sami dilləri qrupuna aiddir.Tarixi faktlar göstərir ki, heca yazı tipindən minoy, 
hind və s. yazı sistemlərində istifadə olunmuşdur. Bu yazıdan da dünya xalqlarının, 
təxminən, 25%-i istifadə edir.Bu yazıdan istifadə edənlərdən biri də yaponlardır, 
lakin yaponların yazısı heç də sırf heca yazısı deyildir. Müasir yapon yazısının 2 
qrafik forması vardır- kataqan və xiraqan.Sillaboqrafik yazının əlamətləri müasir 
rus yazısında da vardır. Heca yazısı ideoqrafik yazıdan daha üstündür, lakin səs 
yazısı ilə müqayisədə mənfi cəhəti işarələrinin çox olmasıdır. 



Yüklə 416,9 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin