“Yazı və onun növləri”
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı
bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur.
Yazının yaranmasının çox
qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi.
İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun
inkişaf yolu keçərək bu günkü formaya gəlib çatmışdır. Yazının necə yarandığını
tapmaq üçün əvvəlcə biz düşünməliyik ki, Yazı niyə yarandı? Axı şifahi şəkildə
ünsiyyət mövcud idi. Bunu tapmaq üçün biz tarix elminə müraciət edirik. Lap
qədimdən insanlar ayrı-ayrı qruplar şəklində yaşamışlar. Bu qruplar arasında
əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan
qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən
məqsədlər üçün əlaqə saxlamalı oldular. Buna görə də ikinci köməkçi ünsiyyət
vasitəsi olaraq yazı yaranmağa başladı. Onun başlanğıc yolu heç bir xüsusi plan
üzrə deyil, tədricən yaranmışdır. Demək: Yazı insanların dillə, şifahi ünsiyyət
saxlamaları mümkün olmadığı şəraitdə, ünsiyyətə olan tələbatdan yaranmışdır.
Dilin əmələ gəlməsində olduğu kimi yazının yaranmasında da kollektivin əməyi
var. Yəni yazı ayrı-ayrı şəxslər tərəfindən deyil, ümumi kollektiv tərəfindən
yaradılmışdır,lakin Yazının yaranmasında bütün tayfa və xalqların iştirak etdiyini
düşünmək də doğru olmaz. Müasir dövrdəki yazısı olmayan xalqlar buna aydın
sübutdur. XIX əsrin axırlarına kimi Mərkəzi Afrikanın və Şimali Amerikanın bəzi
xalqları hələdə yazı ilə tanış deyildilər. Qədim dövrlərdə də yazı bütün dünyada
eyni dərəcə inkişaf etməmişdir. Çünki qədimdə yazı yazmaq üçün vasitələr də
indikindən fərqli olmuşdur. Yuxarıda da qeyd etdiyim kimi yazı birdən-birə
meydana çıxmamışdır. Yazının əmələ gəlməsində fikrin müxtəlif vasitələrlə əks
olunmasının xüsusi təsiri olmuşdur. Yazı əvvəl fikir və ya əşya vasitəsilə, ya da
xətlər vasitəsilə əks olunurdu.Bəzi xalqlar diri heyvan yollamaqla fikirlərini
bildirməyə çalışırdı. Məsələn: 513-cü ildə İran şahı Dara Skiflərin özlərini məğlub
olmuş kimi hiss etmələri üçün torpaq və su göndərmişdir. Bəzi alimlərin qeyd
etdiyi kimi bu simvolik siqnaldır.
Yəni hər əşya başqa bir mənanı ifadə edir.Qədimdə insanlar müəyyən məlumatı
məkan və zamanla əlaqədar olaraq uzağa çatdırmaq üçün kəndir və yaxud ipi
düyümləmək vasitəsindən istifadə etmişdirlər.Fikri düyünlər vasitəsilə (Quipi)
ifadə etmək farslar, türklər, çinlilər, meksikalılar və başqa xalqlar arasında
yayılmışdır. İpi düyünləməklə həm də say anlayışını ifadə edirdilər. Məs: farslar
asılmış hər bir ipin vasitəsilə say və yaxud müəyyən əşyanın miqdarını təyin
etmişlər. Perulular, meksikalılar isə ipi düyünləməklə daha mürəkkəb anlayışları
ifadə edə bilirdi. Meksikada bu vasitə o qədər geniş yayılmışdı ki, onlar
müqavilələri, bütöv əhvalatları belə ifadə edə bilirdi.Bəzi məlumatlara görə,
müqəddəs Mayya arasında yaşayan qədim hindlilər Koxau ronqo-ronqo adlanan
həmin düyünlü yazı ilə hətta tarixi hadisəni təsvir edir və şeir də yaza
bilirmişlər.Müəyyən fikri başqasına çatdırmaq üçün qədim insanların istifadə
etdikləri vasitələrdən biri də balıqqulağı olmuşdur. Şimalı Amerika hindularının
bəzi tayfaları bu vasitədən geniş istifadə etmişlər.
Fikrin əşyayla ifadə olunmasının
bir neçə xüsusiyyəti var:Alman alimi Johannes Fredrix əşyalarla fikir ifadə etməyi
yazının primitiv başlanğıcı hesab edirdi.Zaman keçdikcə insanlar yazını
təkmilləşdirməyə başladı. Onlar artıq müəyyən cizgilərlə fikirlərini ifadə edə
bilirdilər. Onlar torpaq və ağacın üzərinə müxtəlif cizgilər çəkərək və ya ağac
çapmaqla müəyyən məlumat çatdırmağı bacarırdılar.Yazının əmələ gəlməsində
insanların öz bədənlərini yazmalarının da böyük əhəmiyyəti olmuşdur. İnsanlar öz
bədənlərini 2 məqsədlə: 1.bədəni bəzəmək 2.müəyyən anlayış bildirmək üçün
istifadə ediblər. Alimlərin fikrinə görə, ilk dəfə tatuirovkadan ancaq bədəni
bəzəmək üçün istifadə olunub. Bədəni yazmaq Polinezi adasında daha çox
yayılmışdır. Yazı tarixçiləri bu məsələylə xüsusi məşğul olmuş və yazının
inkişafında tatuirovkanın böyük rolunu qeyd etmişlər. Bunlar yazının ilk növü olan
şəkli yazı üçün təməl oldu.Yazının formalaşması və inkişafı dövründə onun bir
neçə tipi olmuşdur. Yazının tipləri barədə müxtəlif fikirlər var, lakin son
tədqiqatlara görə müəyyən edilmişdir ki, yazının 4 əsas tipi var.Bu yazılar hər biri
xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Şəkli yazı- məlumatların şəkillər
vasitəsilə ifadə edildiyi yazıya şəkli yazı deyilir. Piktoqrafik yazı da adlanır.
Piktoqrafiya 2 sözdən ibarətdir. Birinci piktus latın sözü "şəkli çəkilmiş", ikincisi
grapho yunan sözü "yazıram" deməkdir. Piktoqrafik yazıdakı hər bir ünsür
piktoqram adlanır. Bu yazıda hər şəkil bir və ya bir neçə cümləni əks etdirir. Yəni
belə yazıda nitq sözlərə bölünmür, bütöv cümlələrlə ifadə olunur. Yazının bu ilk
tipi çox qədim tarixə malikdir. Keçmişdə insanlar müəyyən məqsədlərlə bağlı
yüzlərlə şəkillər çəkmişlər, lakin bu şəkillərin heç də hamısını yazı hesab etmək
olmaz.Deməli, insanların çəkdiyi ibtidai şəkillər bu və ya digər məlumatı əks
etdirdikdə şəkli yazı yaranmağa başlayıb.Piktoqrafik yazılarla ifadə edilən
mövzuların əhatə dairəsi o qədər də geniş olmamışdır. Əsasən ov səhnələri, vuruş
və qaçış hadisələri, ticarət müqavilələri və s.İnsanların dünyagörüşləriylə əlaqədar
olaraq ilk dövrdə əşya və yaxud hərəkət göstərilirdisə də get-gedə mücərrəd
anlayışları ifadə etmək tələbi yaranmışdır. Mücərrəd anlayışlar üçün bir neçə
formadan istifadə olunurdu. Məs: "cəldlik" sözü üçün qol əvəzinə qanad çəkilmiş,
"müharibə" anlayışı üçün ox hazır vəziyyətdə təsvir edilmişdir.Bu yazıdan daha
çox Şimali Amerika hindliləri istifadə etmişlər. Eyni zamanda qədim şumer və
misirlilərdə də təsadüf olunmuşdur.Bu yazıdan başqa xalqlar kimi Azərbaycanda
da istifadə olunmuşdur. Təkcə Qobustanda 720 qaya üzərində 4 mindən çox təsvir
var və bu təsvirlərin çoxu piktoqrafiyadır. Bundan başqa, Qazaxda və Gədəbəydə
də piktoqramlar tapılmışdır.Şəkli yazıdan son zamanlara qədər Nasi xalqı da
istifadə etmişdir. Nasi dili Çində yayılmış və bu dil Çin-Tibet dilləri ailəsinə
məxsusdur.Bu yazı sonralar bir o qədər də əlverişli olmamışdır. Buna görə də fikri
yazı yaranmağa başlamışdır. Fikri yazı- Nitqdəki sözlərin şəkillər vasitəsi ilə deyil,
ideoqramlarla əks olunmasına ideoqrafik və ya fikir yazı deyilir. İdeoqrafiya 2
yunan sözündən ibarətdir. Birinci ideya "anlayış", ikinci isə grapho "yazıram"
mənasını bildirir. Heroqlif və digər işarələr də ideoqrafik yazı sisteminə
daxildir. İdeoqrafik yazı elə yazı sistemidir ki, burada hər işarə bütöv sözü, yaxud
sözün mənalı hissəsini bildirir. Bu səbəbdən bu yazı sistemi eyni zamanda söz
yazısı da adlanır. Bu yazı 2 səbəbə görə yaranmışdır:1. Şəkli yazı inkişaf edərək
əşyanın özünü əks etdirməyib, onun şərti işarələrlə ifadə edəcək qədər təkmilləşdir.
Məs: Çinlilər piktoqrafik yazıda günəş sözünü bildirmək üçün günəş şəkli
çəkilirdisə, indi günəşə oxşamayan heroqliflər çəkilirdi. Burdan biz bu nəticəni
çıxara bilərik ki, şəkil və əşya arasındakı oxşarlıq kəsilmişdir.
2. Piktoqramlarla mücərrəd anlayışları vermək mümkün deyildir.
Bundan başqa ideoqrafik yazının əmələ gəlməsiylə bağlı çox fikirlər vardı. İ. Qelb,
R. Vulli, Ç. Loukotka, D, Diringer və başqaları bu yazının bir ölkədə və bir xalq
tərəfindən yarandığını söyləyirlər. Bəziləri Misirdə, bəziləri isə Şumerdə
yarandığını qeyd edirdi, lakin V. İstrin bele bir nəzəriyyənin əksinə olaraq Şumer,
Misir və Çin yazılarının bir-birindən fərqləndiyini, hər birinin müstəqil yolla
təşəkkül tapdığını söyləmişdir.İdeoqrafik yazı kimi müxtəlif ornomentlərlə
bəzədilmiş ştamp yazıları, ton və keramik yazılar da var idi. Elə kalliqrafik
yazıların ilk nümunələri də o zaman yaranıb. Məlumdur ki, İslam mədəniyyətində
canlı aləmin şəklini bilavasitə vermək qadağandır. Ancaq təsviri sənət vasitəsilə
onu dolaylı yolla vermək olar. Məs: "Bismillah" sözünü şriftlərlə leylək şəklində
verirlər. Bu kalliqrafik yazı nümunəsidir. Ümumiyyətlə kalliqrafik sözü yunanca
"kallos" gözəllik, "grapho" yazı mənasına gəlirdi.Ən qədim ideoqrafik yazılarından
biri də Misir yazısıdır. Bu yazının inkişaf dövründə 3 yazı forması meydana
çıxmışdır:1.heroqlif 2.heratik 3.demotik
Dostları ilə paylaş: |